Məhkəmə qərarları › İş №2(103)-6743/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6743/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6743/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, “X3” ASC-ə və Bakı şəhər 53 saylı Notariat Ofisinə qarşı “ipoteka müqaviləsinin, sonrakı ipoteka müqaviləsinin və sonrakı ipoteka müqaviləsinə əlavənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3315/2021 saylı, 26 may 2021-ci il tarixli qərardadından İddiaçı1 nümayəndəsi və vəkili Vəkil şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, “X3” ASC-ə və Bakı şəhər 53 saylı Notariat Ofisinə qarşı “ipoteka müqaviləsinin, sonrakı ipoteka müqaviləsinin və sonrakı ipoteka müqaviləsinə əlavənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3315/2021 saylı, 26 may 2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, “X3” ASC-ə və Bakı şəhər 53 saylı Notariat Ofisinə qarşı “ipoteka müqaviləsinin, sonrakı ipoteka müqaviləsinin və sonrakı ipoteka müqaviləsinə əlavənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan İddiaçı1 nümayəndəsi və vəkili Vəkil verdiyi şikayət məhkəmənin 07 iyun 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil şikayətdə göstərmişdir ki, birinci instansiya məhkəməsi onun vəkil olmasını nəzərə almayaraq əsassız olaraq mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiyindən, işə tərəflərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmə baxış iclası 26.05.2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmişdir. Lakin iddiaçılar və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdirlər. Cavabdeh 53 saylı Notariat Ofisinin notariusu Ələkbərova Samirə 25.05.2021-ci il tarixdə məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil Şücaət oğlu ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, ərizədə iddiaçının nümayəndəsi 26.05.2021-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesində iştirak etmək üçün Şəki şəhərinə gediyini bildirsə də bununla bağlı heç bir sübut ərzəyə əlavə etməmişdir. Məhkəmə iclasında iştirak edən “X3” ASC-nin nümayəndəsi X1 işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı, 260.1ci və 260.6-cı maddələrinə istinad etməklə iddia ərizəsini baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçı tərəf işə onun iştirakı olmadan baxmağı xahiş etməmişsə və cavabdeh də işə mahiyyəti üzrə baxılmanı tələb etmirsə bu halda məhkəə iddia ərizəsini baxılmamış saxlaya bilər. Hazırki iş üzrə isə İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəə iclasında bir gün öncə ərizə ilə məhkəməyə müraciət edərək, 26.05.2021-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesində iştirak etmək üçün Şəki şəhərinə gediyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə əsassız olaraq iddiaçının nümayəndəsi eyni zamanda vəkilinin qeyd olunan ərizəyə sübut əlavə etmədiyinə istinad etmişdir. Halbuki iddiaçı tərəf işə onun iştirakı ilə baxılması üçün iclasın təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mülki-prosessual hüquq normalarının tələblərini pozmuş, bununla da iddiaçının hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Ona görə də Yasamal Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş, iddia ərizəsinin icraata qəbul edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı1 nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3315/2021 saylı, 26 may 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar