Məhkəmə qərarları › İş №2(103)-6759/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6759/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6759/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh X7 X6 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh X7 Təşkilatı X4rşı “fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1118/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdehin nümayəndəsinin şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1118/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Puşkin küçəsində istifadədə olan 0.0093 ha torpaq sahəsində İddiaçı və X2 ümumi birgə mülkiyyətindəki sahəsi 59,5 kv.m yaşayış, 44,5 kv.m yardımçı, 104 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı 122 nömrəli fərdi yaşayış evini girovdan azad etmək üçün qanunla müəyyən edilmiş formada sənədin verilməsinin vəzifə olaraq Cavabdeh BOKT ASC-nin üzərinə qoyulması və iddiaçıya hesablanmış kompensasiyanın Cavabdeh BOKT ASC tərəfindən borca silinmiş 6.427,90 (altı min dörd yüz iyirmi yeddi manat, doxsan qəpik) manat məbləğində pulun Cavabdeh BOKT ASC-dən tutulub İddiaçı qaytarılması qət edilmişdir. Cavabdeh "Cavabdeh" X7 X6 Cəmiyyəti tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1118/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh "Cavabdeh" X7 X6 Cəmiyyəti tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1118/2020 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Sonradan cavabdeh "Cavabdeh" X7 X6 Cəmiyyəti tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1118/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1118/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməmişdir. Cavabdeh X7 X6 Cəmiyyətinin həmin qərardaddan verdiyi şikayət də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Respublika ərazisində tətbiq edilən karantin qaydalarının sərtliyi və işçilərin tam heyətlə çıxmamaları səbəbindən iddia müddəti ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1118/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ərizəçi Cavabdeh X7 X6 Cəmiyyətinin işdə qeyd olunan hüquqi ünvanına göndərilmiş, xx xxxxxx 2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə qətnamə alınmışdır. Apellyasiya şikayəti isə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Kollegiya ərizəçinin şikayətinin arqumentini əsassız hesab edərək qeyd edir ki, cavabdeh "Cavabdeh" X7 X6 Cəmiyyəti həmin apellyasiya şikayətini vaxtında poçt vasitəsilə məhkəməyə göndərə bilərdi. Bu baxımdan kollegiya hesab edir ki, müddətin bərpasına dair ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzürlü hesab edilən hallar o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçdikdən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1118/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar