Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6764/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-nə qarşı əmək haqqı və gecikmə faizinin ödənilməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-835/21 saylı 14.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı 2020-ci ilin iyun, iyul və avqust ayları üzrə ödənilməmiş əmək haqqınnı və 14.04.2021-ci il tarixədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 (bir) faizi məbləğində pulun cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən hesablanaraq ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin iyun ayı üçün əmək haqı 370 manat, gecikmə faizi 411 manat, cəmi 781 manat, iyul ayı üçün əmək haqqı 909 manat, gecikmə faizi 727 manat, cəmi 1636 manat, avqust ayı üçün əmək haqqı 664 manat, gecikmə faizi 325 manat, cəmi 989 manat ödənilməmiş əmək haqqı, 30 manat dövlət rüsumu, ümumilikdə 3436 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “X1 Mərkəzi” MMC-dən 2020-ci ilin iyun ayından etibarən yekun məhkəmə qərarı qəbul edilən günədək ödənilməmiş əmək haqqının və gecikmə faizinin onun xeyrinə tutulması barədə qətmamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 09 iyun 2020-ci il tarixində "X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə baş mühasib vəzifəsinə qəbul edilmişdir. Əmək haqqı 1000 manat qəbul edilmişdir. İşlədiyi dövrdə özünə aid bütün mühasibatlıq işlərini görmüşdür. 16 avqust 2020-ci il tarixdə ona zəng edilərək bildirilmişdir ki, şirkət başqa şəxslərə satılmış, ofis başqa ünvana köçürülmüşdür. O, yeni ünvanı soruşduqda ona bildirilmişdir ki, artıq şirkətə yeni baş mühasib təyin olunmuşdur, ona görə də ünvanı deyə bilmirlər. O dəfələrlə müdriyyətə zəng edib ünvanı öyrənmək və bu məsələyə aydınlıq gətirilməsinə çalışsa da, cəhdləri boşa çıxmışdır. Beləliklə, o, yeni iş axtarmaq üçün işdən çıxma ərizəsi yazmağa məcbur olmuş və 19 avqust 2020-ci il tarixində işdən çıxma ərizəsi ilə müdriyyətə müraciət etdikdə ərizəsi qəbul edilmişdir. Lakin sonradan əmək kitabçasında işdən çıxma günü 14.08.2020-ci il qeyd olunmuş, e-gov.az portalında isə onu 21.08.2020-ci il tarixindən işdən azad etmişlər. İşdən çıxmağına baxmayaraq, işlədiyi 15.06.2020-ci il tarixdən 19.08.2020-ci il tarixədək əmək haqqını almamışdır. Qeyd olunanları nəzərə alıb şirkətin ona iyun ayı üçün əmək haqqı - 370 manat, gecikmə faizi 41 1 manat, cəmi 781 manat: iyul ayı üçün əmək haqqı - 909 manat, gecikmə faizi 727 manat, cəmi 1636 manat: avqust ayı üçün əmək haqqı - 664 manat, gecikmə faizi 325 manat, cəmi 989 manat borcu vardır. 2020-ci ilin iyun ayından başlayaraq yekun məhkəmə qərarı qəbul edilən günədək ödənilməmiş əmək haqqının və gecikmə faizinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-835/21 saylı 14.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh “X1 Mərkəzi” MMC direktoru tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı və cavabdeh “X1 Mərkəzi” MMC-nin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, 2019-cu ilin dekabr ayından "X1 Mərkəzi” MMC-də işləyir. 2020-ci ilin fevral ayına kimi maaş verilməmişdir. Mart ayının ortası hələ də maaş yox idi. MMC-də işləyən Elenora xanım onlara bildirmişdir ki, onların maaş kartlarında problem var. Kartlar dəyişməlidir. May ayında kartları yığıldı. Onlara dedilər yeni kart üçün işdən çıxıb yenidən işə qəbul olmalıdırlar. Yenidən işə qəbul ediləndən sonra da kartlar verilmədi. Avqustda ona iş yoldaşları məlumat verdi ki, maaşlar köçmüşdür və sonradan yenidən çıxıldı. O, bu barədə banka məlumat vermişdir. Ona bildirdilər ki, Şahid burdadır, onların kartlarını yeniləyir. Maaş köçməmişdən əvvəl işçinin biri demişdir ki, Günel xanımla danışmışdır, o bildirimşdir ki, onlar maaşları aldılar, onlar da məsələni müdiriyyətlə həll edərlər. 2019-cu il dekabrından 2020-ci ilin avqust ayına qədər ona 840 manat pul yüklənib. Halbuki, aprelin 5-indən mayın 5-nə qədər istisna olmaqla hər gün işə çıxmışdırlar. Pulsuz işləyib haqqı tələb etmədiyinə səbəb onlara pulun yoxluğunun deyilməsi olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X9 ifadəsində bildirmişdir ki, dekabrda işə qəbul olunmuşdur. Kartları yeni kartlar verilməsi üçün yığılmışdır. Sonra məlum olmuşdur ki, karta pul mədaxil edilmiş və yarım saatdan sonra pul məxaric olmuşdur. Kartları təhvil verəndə Günel xanım işləyirdi. Rəsmiləşdirmə işlərini Elyanora və Günel xanım edirdi. Pulla bağlı Günel xanımdan da soruşmuşdur. Bütün bu proseslər əvvəlki rəhbərliyin dövründə baş vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X10 ifadəsində bildirmişdir ki, Günel xanım mühasib işləmişdir. Maaş kartlarından pul çıxması ilə bağlı Günel xanıma bildirəndə xəbəri olmadığını bildirmişdir. Bu pozuntular əvvəlki rəhbər Şahid vaxtında olurdu. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, 2020-ci ilin mart ayında işə qəbul olmuşdur. Avqust ayına qədər maaş almamışdır. Ona işdən çıxarıldığını bildirmiş, lakin səbəbini bildirməmişdirlər. Bank kartını onlardan yığmışlar və bildirmişdirlər ki, kartlarda problem var və yeni kartlar veriləcəkdir. Sonrdan bildirmişdir ki, maaş karta köçmüşdür və onlardan xəbərsiz pulu çıxarmışdırlar. Sonra ona bildirmişlər ki, onun kartına iki min beş yüz manat pul köçəcəkdir. O da onda kart olmadığını və kartın ondan aldıqlarını bildirmişdir. Onda Bank Respublikanın kartı var, həmin karta köçürmək üçün onun şəklini ata bilər. Onar katın şəklini göndərməyini istəmiş, o da göndərmişdir. Sonra ofisə gəlmiş və Elyanora xanım əmək kitabçasını yazdığını görmüşdür. O, pulunun köçməyini soruşanda, ona həmin gün günortadan sonra pul onun kartına oturacaq. Üstündən 20 dəqiqə keçmişdi ki, iddaçı ona bildirmişdir ki, Elnur müəllimlə Vüqar müəllim onun kartına pulun oturmağına icazə vermir. O orda Elnurla Vüqarla mübahisə etmişdir. Sonra çıxıb getmişdir. İddiaçı mühasib idi. Onların kartını mühasibatlıq bir dəfə mayda, sonra iyun ya iyul da almışdır. Kartı mühasibatlıqda Elyanora xanım almışdır və kartı verməklə bağlı ona zəngi Günel xanım vurmuşdu. Günel xanım ona zəng edəndə dedi ki, şəxsiyyət vəsiqənin surətini və kartını ona atsın. Günel xanım dedi pul günortadan sonra köçəcəkdir, sonradan bilmişdir ki, pul köçmüşdür amma başqası pulu çıxarmışdır. Pulun başqasının çəkməyini Bəhruz adlı işçi ona demişdir. İş materiallarında olan “X1 Mərkəzi” MMC ilə X7 arasında bağlanmış 09.06.2020-ci il tarixli, 13/2020 saylı əmək müqaviləsinin surətinə əsasən İddiaçı 10.08.2020-ci il tarixədək 1000 manat əmək haqqı müəyyən edilməklə baş mühasib vızifəsinə işə qəbul edilmişdir. Bir ay sınaq müddəti müəyyən edilmişdir. İş materiallarında olan 09.06.2020-ci il tarixli, 07/20-HK saylı işə qəbul barəsində əmrin surətinə əsasən İddiaçı 09..06.2020-ci il taixdən etibarən əmək haqqı ödənilməklə “X1 Mərkəzi” MMC-də baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 21.08.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair bildirişə əsasən 09.06.2020-ci il tarixli əmək müqaviləsinə “X1 Mərkəzi” MMC tərəfindən 14.08.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “2a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarıında olan İddiaçı tərəfidən yazılmış 19.08.2020-ci il tarixli ərizəyə əsasən İddiaçı 19.08.2020-ci il tarixdə etibarən “X1 Mərkəzi” MMC-də tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan “X1 Mərkəzi” MMC-nin işdən azad olunma və əmək müqaviləsinin ləğv olunması haqqında 14.08.2020-ci il tarixli, 09 saylı əmrdən müəyyən olunur ki, “X1 Mərkəzi” MMC ilə Axud-zadə Günel Mehman qızı arasında bağlanmış 09.06.2020-ci il tarixli, 13/2020 saylı əmək müqaviləsinə 14.08.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “2a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətinə əsasən X6 09.06.2020-ci il tarixdə “X1 Mərkəzi” MMC-də baş mühasib vəzifəsinə təyin edilmişdir. 14.08.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2 maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş ödəniş cədvəlinə əsasən 2020-ci il 01-15 iyun tarixləri üzrə X3 368,98 manat ödəniş edilmişdir. İş materiallarında olan Əliheydər Ələsgərov tərəfindən Şahid ünvanlanmış müraciət ərizəsinə əsasən Əliheydər Ələsgərov 13.08.2020-ci il tarixdən “X1 Mərkəzi” MMC-nin direktoru təyin edilmişdir. Təyin edildiyi günə qədər şirkətin direktoru Şahid olmuşdur. Lakin Şahid işdən azad edildikdən sonra şirkəti aktiv və passivləri ilə ona təhvil verməmişdir. Şirkətin mövcud tələblərinə, borclarına, mühasibatlığına və kadr heyətinə dair sənədləri təhvil-təslim aktı ilə ona təhvil verməsini xahiş etmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı 09.06.2020-ci il tarixdə "X1 Mərkəzi” MMCdə baş mühasib vəzifəsinə təyin edilmişdir. 14.08.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı ona ödənilməmiş əmək haqqını və gecikmə faizini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə işəgötürən hər hansı direktor deyil, məhz cavabdeh “X1 Mərkəzi” MMC-dir. Əmək haqqı işəgötürənin təqsiri üzündən vaxtında ödənilməmişdir Məhkəmə bir məqamı da qeyd edir ki, işdən azad edilmə barədə əmrdən və əmək kitabçasının sürətindən müəyyən olunun ki, əmək müqaviləsinə 14.08.2020-ci il tarixdə işçinin xahişi ilə xitam verilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, işçi tərəfindən işdən azad edilmə barədə ərizə 19.08.2020-ci il tarixdə imzalanmışdır. Əmək müqaviləsinə xitam verilmə barədə bildiriş isə 21.08.2020-ci il tarixdə imzalanmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 13.08.2020-ci il tarixli çıxarışına əsasən X1 Mərkəzi” MMC-nin hazırki qanuni təmsilçisi X2r. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəyə qeydə əsasən bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh "X1 Mərkəzi” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6764/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6764/2021
22.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver