Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-677/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-236/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-236/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 53 870,78 manat əsas borcun, 14 390,39 manat faiz borcunun ümumilikdə isə 68 261,17 manat kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, kredit, ipoteka müqavilələrinin, ipoteka müqaviləsinə dair əlavə razılaşmanın, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 73 manat rüsum məbləğin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* №-li **********62- 051101-083005 reyestr №-li, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 113 ünvanında yerləşən ümumi sahəsi 99,5 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 113 ünvanında yerləşən ümumi sahəsi 99,5 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 150 000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə edilən pul vəsaitinin pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan qeyriyaşayış sahəsinin satıldıqdan sonra boşaldılması, əmlakın satışından əldə edilən vəsait pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, kredit müqaviləsi üzrə əvvəllər ödəmələri vaxtında həyata keçirmiş, həmçinin müqavilə üzrə xx.xx.2020-ci il tarixdə 15.000 manat, xx.xx.2020-ci il tarixdə 5.000 manat, xx.xx.2020-ci il tarixdə 3.500 manat, xx.xx.2020-ci il tarixdə 2.000 manat, xx.xx.2020-ci il tarxidə 2.000 manat pulu nəğd şəkildə, xx.xx.2020-ci il tarixdə 1.500 manat, xx.xx.2020-ci il tarixdə cəmi 2000 manat pulu Bank vasitəsilə köçürərək iddiaçıya ümumilikdə 31.000 (otuz bir min) manat ödədiyini bildirmişdir. Hesab edir ki, borc məbləği şişirdilmişdir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, 53 870,78 manat əsas borcu, 14 390,39 manat faiz borcunun, ümumilikdə isə 68 261,17 manat pulun tutulması hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi E.Nəsibov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda əmlakın real bazar qiyməti ilə bağlı birinci instansiya məhkəməsinin ekspert rəyi ilə razı olduqlarını, likvid dəyərin müəyyən edilməsinə ehtiyac olmadığını bildirmişdir. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli 6483F saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 66 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə X4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehipoteka qoyan Cavabdeh və digər paylı mülkiyyətçi X1 iddiaçı ilə bağladığı xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu, X8 prospekti 113 ünvanında yerləşən ümumi sahəsi 99,5 kv.metr qeyri-yaşayış sahəs iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 67 №-li reyestr kitabının 6248 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu, X8 prospekti 113 ünvanında Cavabdeh mülkiyyətində olan 99,5 kv.m qeyri-yaşayış sahəsi kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunmuş və idarədə qeydə alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. «xxxx» MMC-nin Qeyri-yaşayış binasının qiymətləndirilməsinə dair Hesabatına əsasən Cavabdeh məxsus qeyri-yaşayış binasının bazar dəyəri 150 000 manat təşkil etmişdir. Ekspert tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19183 saylı, xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə olan borcu xx.xx.2019-cu il tarixə ümumilikdə 68 261,17 manat, o cümlədən əsas borc üzrə 53 870,78 manat, faiz borcu üzrə 14 390,39 manat məbləğində müəyyən olunmuşdur. Ekspert rəyində göstərilən faiz məbləğləri ilə bağlı isə xx.xx.2019- cu il tarixə müxtəlif rəqəmlərin göstərilməsi- birincinin xx.xx.2019-cu il tarixə, ikincisinin isə rəyin tərtib edildiyi tarixə uyğun gəldiyi ehtimal olunur. Odur ki, faiz borcu üzrə birinci rəqəm 14,390.39 əsas götürülür. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/5393 nömrəli ekspert rəyindən məlum olur ki, cavabdehin banka olan borcu xx.xx.2020-ci il tarixə (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7706/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının verildiyi tarixə) əsas borc üzrə 46583,73 manat, 5876,02 manat faiz borcu təşkil edir. “xxxx” MMC-nin MB 14/0129 saylı, xx.xx.2021-ci il tarixli məlumatından görünür ki, ekspert tərəfindən mənzilə baxış keçirilməsinə cavabdeh şərait yaratmağından, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 113 ünvanında yerləşən ümumi sahəsi 99,5 kv.metr qeyri-yaşayış sahəsinin likvid dəyəri müəyyən edilməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Mülki iş materiallarından məlum olur ki, cavabdeh tərəfindən öhdəliklər müəyyən müddət icra olunsa da, sonradan lazımınca icra olunmamış və onun iddiaçıya yuxarıda qeyd olunan məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh qətnaməni əsas və faiz borc hissəsində mübahisələndirərək real borc məbləğinin müəyyən edilməsini xahiş etmişdir. Bununla əlaqədar, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7706/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/5393 nömrəli ekspert rəyindən məlum olur ki, cavabdehin banka olan borcu xx.xx.2020-ci il tarixə (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7706/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının verildiyi tarixə) əsas borc üzrə 46583,73 manat, 5876,02 manat faiz borcu təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 46583,73 manat, 5876,02 manat faiz borcu tutulmalıdır. Kollegiya həmçinin qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7706/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası da təyin edilmiş, ekspert qarşısında ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 113 ünvanında yerləşən ümumi sahəsi 99,5 kv.metr qeyri-yaşayış sahəsinin likvid dəyəri müəyyən edilməsi sualı qoyulmuşdur. xxxx” MMC-nin MB 14/0129 saylı, xx.xx.2021-ci il tarixli məlumatından görünür ki, ekspert tərəfindən mənzilə baxış keçirilməsinə cavabdeh şərait yaratmağından, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 113 ünvanında yerləşən ümumi sahəsi 99,5 kv.metr qeyri-yaşayış sahəsinin likvid dəyəri müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi E.Nəsibov əmlakın real bazar qiyməti ilə bağlı birinci instansiya məhkəməsinin ekspert rəyi ilə razı olduqlarını, likvid dəyərin müəyyən edilməsinə ehtiyac olmadığını bildirmişdir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 46583,73 manat, 5876,02 manat faiz borcu tutulmalı və qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-236/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi əsas və faiz borcuna aid hissədə dəyişdirilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 46583,73 manat (qırx altı min beş yüz səksən üç manat, yetmiş üç qəpik), faiz borcu üzrə 5876,02 (beş min səkkiz yüz yetmiş altı manat, iki qəpik) manat olmaqla, ümumilikdə 52.459,75 (əlli iki min dörd yüz əlli doqquz manat, yetmiş beş qəpik) manat tutulsun. Qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh tutularaq ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-677/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-677/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver