Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6781/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3608/2024 saylı 17 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əli-zadə Əli Şərəf oğlu xx.xx.2011-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır.
2. İş materiallarında olan məlumatdan görünür ki, Cavabdeh müddətsiz ikinci qrup əlildir.
3. İş materiallarında olan 1599 saylı xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır.
4. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-334/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən - “birgə nikahından doğulmuş X5 anası iddiaçı Cavabdeh yanında saxlanılması, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 atası cavabdeh X4 alınaraq anası iddiaçı Cavabdeh verilməsi, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay cavabdeh İddiaçı 150 manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması, birgə nikahdan doğulmuş X6 münasibətdə alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması" hissələrində ləğv edilmişdir. Həmin hissələrdə ilkin iddia təmin olunmamış, qarşılıqlı iddia qismən təmin olunmuşdur. xx.xx.2011-ci il təvəllüdlü X7 atası cavabdeh İddiaçı yanında qalmışdır.
5. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-334/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh İddiaçı Hüseynxan oğlunun xx.xx.2008-ci il təvəllüdlü “X3, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X5 ataları olması müəyyən edilmiş, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün cavabdeh İddiaçı Hüseynxan oğlundan 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh xeyrinə tutulmuşdur. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanmışdır.
6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Arayışın surətindən görünür ki, X7 həqiqətən Bakı şəhəri Ə.Əliyev adına 125N-li tam orta məktəbin 2023/2024-cü tədris ilində Vİ (altıncı) sinfində təhsil alır. Şagird müntəzəm olaraq dərslərdə iştirak edir. Daim atasının nəzarəti altındadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü Əli-zadə Əli Şərəf oğluna görə cavabdehdən bir uşağa görə 300 azn aliment məbləği tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh uşağı ilə heç maraqlanmır. Faktiki olaraq cavabdehlə xasiyyətləri uyğun gəlmir. Ailənin saxlanılması qeyrimümkündür. Ailənin dağıdılmasının səbəbkarı məhz cavabdehin özü olmuşdur. Halhazırda cavabdeh onun uşağına baxmır və aliment də ödəmir. Lakin o, ona uşaqla görüşü qadağan etməmiş və hal-hazıra kimi uşaq ilə görüşə bilər. Dəfələrlə aliment istəsə də həmişə bəhanə ilə ödəmir. Uşaqların saxlamaq üçün təkcə atadan deyil, həmdə anadan da aliment alına bilər. Uşaqların atanın yanında saxlanılması ananı uşaqların saxlanması üçün aliment vermək vəzifəsindən azad etmir.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3608/2024 saylı 17 oktyabr 2024-cü il tarixli qətnaməsi (hakim Zaur Tağıyev) ilə, iddianın qismən təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü Əli-zadə Əli Şərəf oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının 19 avqust 2024-cü il tarixdən hesablanması, Cavabdeh 32 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra olunması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 100.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı Əli-zadə Əli Şərəf oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. cavabdehin bank hesablarında 10 minlərlə pul vəsaitləri dövriyyə edir. Məhkəmə sorğusu əsasında Mərkəzi bank sistemindən məlumatlar əldə edilə bilərdi. Cavabdeh qazancı barədə məhkəməyə heç bir sənəd təqdim etməmiş və məhkəmə də bunu araşdırmamışdır. Məhkəmə tərəflərin məhkəmə iclasında verdiyi izahatı, məhkəməyə cavabdehin qazancı barədə heç bir sənədin təqdim edilməməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının xeyrinə cavabdehdən çox az sabit pul məbləği olan 100 manat aliment tutulmalı və aliment sabit pul məbləğində müəyyən edilməlidir hissəsində uşağən mənafeyini məhkəmə qorumamışdır və burda yalnız cavabdehin mənafeyini düşünərək əsassız qərar qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
16. 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
17. 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
18. 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar.
19. 75.4. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
20. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
21. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir.
“Uşaq hüquqları haqqında” Konvensiyanın
22. 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün.
23. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun
24. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
25. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
26. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
27. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir....Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
28. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir.
29. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
30. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
31. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırki halda qətnamədən yalnız iddiaçı apellyasiya şikayəti verdiyindən, qətnamə təmin olunan hissədə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, apellyasiya şikayəti həddində, yəni iddianın təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3608/2024 saylı 17 oktyabr 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericiliyə əsasən uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir.
40. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, həm iddiaçının, həm cavabdehin qüvvədə olan əmək müqaviləsi mövcud deyil.
41. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olduğu qeyd edilsə də bu təminatın bütünlüklə bir valideyndən alınmalı olması barədə qanunvercilikdə imperativ norma müəyyən edilməmişdir. Qeyd edilən Plenum Qərarında vurğulanmışdır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
42. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin daha yüksək məbləğdə gəlirləri barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübutun təqdim olunmamasını, uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olmasını, hüquqların məhkəmə müdafiəsinin təmin edilməsi üçün real icrası mümkün olan məhkəmə qətnaməsinin qəbul edilməsinin zəruriliyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi alimentin məbləği hissəsində qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü Əli-zadə Əli Şərəf oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 100 (bir yüz) manat aliment tutularaq iddiaçıya verilməlidir.
43. Məhkəmə kollegiyası bildirir ki, hazırda apelyasiya şikayəti ilə müraciət edən iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq, xx.xx.2011-ci il təvəllüdlü Əli-zadə Əli Şərəf oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 300 (üç yüz) manat tutularaq iddiaçıya verilməsini xahiş edir.
44. Kollegiya qeyd edir ki, cavabdehin rəsmi iş yerinin olmamasını və ikinci qrup əlil olmasını əsas götürərək, habelə cavabdehin daha yüksək məbləğdə gəlirləri barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübutun təqdim olunmamasını, uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olmasını, hüquqların məhkəmə müdafiəsinin təmin edilməsi üçün real icrası mümkün olan məhkəmə qətnaməsinin qəbul edilməsinin zəruriliyini nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür.
45. Belə ki, Ailə Məcəlləsinin 56-cı maddəsinin tələblərinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Habelə məhkəmə qərar qəbul edərkən nəzərə almalıdır ki, onun icrası mümkün olsun.
46. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur.
47. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı şikayətdə göstərilənlər hallarla bağlı heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
49. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddaçının apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
51. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3608/2024 saylı 17 oktyabr 2024cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin Qətnamədən kassasiya şikayəti verilə bilməz.