Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6781/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İbragimova Nailanın Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin təyin edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İbragimova Nailanın iştirakı ilə, İddiaçı İbragimova Nailanın Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2(011)- 7116/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARİ
1. İddiaçı İbragimova Naila Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 analarının yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 246 manat, cəmi 738 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İbragimova Nailaya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X8 Respublikasının vətəndaşıdır. Uzun müddətdir ki, Bakı şəhərində yaşayır. El adət-ənənəsi ilə Cavabdeh ilə ailə quraraq bir yerdə yaşamışlar. Rəsmi nikahları olmasa da, onunla faktiki nikahda olub. Ailə kimi bir evdə yaşadıqları müddətdə xx.xx.2002-ci il tarixdə X1, xx.xx.2004-cü il tarixdə X6, xx.xx.2009-cu il tarixdə X7, xx.xx.2015-ci il tarixdə X9 və xx.xx.2017-ci il tarixdə X10 adlı övladları dünyaya gəlmişdir. İlk vaxtlar ailə münasibətləri yaxşı olsa da, son zamanlar tam olaraq pozulmuş və nəticədə cavabdehlə ailə kimi bir yerdə yaşamağı qeyri-mümkün hala gəlmişdir. Belə ki, cavabdeh ailə dəyərlərinə uyğun olaraq öz ailəsinə baxmır, onlara maddi və mənəvi köməklik etmir. 6 aya yaxın müddətdir ki, cavabdeh ailəsinə köməklik göstərmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2(011)- 7116/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 anaları İbragimova Nailanın yanında saxlanılması, xx.xx.2025-ci il tarixdən başlayaraq (müvəqqəti alimentin tutulması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-657/2025 nömrəli xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərardadları nəzərə alınmaqla) xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı İbragimova Nailaya ödənilməsi qət edilmişdir.
3. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehdən aliment 2025-ci il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,5 misili (200 manat (məhkəmə tərəfindən müəyyən edilən aliment) : (bölünsün) 400 manat (2025-ci il üzrə minimum əmək haqqı) = 0,5 ) həddində tutulmalıdır.
4. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4, 75.4 78.1, 78.2, 81.1, 100.2-ci maddələri, Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ
5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2(011)-7116/2025 saylı qətnaməsinin alimentin miqdarı hissəsində dəyişdirilməsini və xx.xx.2009-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 246 manat (2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.615 misli miqdarında), cəmi 738 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İbragımova Nailaya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Azərbaycan Respublikasında 2025-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununa uyğun olaraq 2025-ci il üçün uşaqlar görə yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Həmçinin qeyd edir ki, dünyada gedən inflyasiya prosesləri bütün ölkə ərazisində olmaqla istehlak mallarının və xidmət sahələrinin qiymətlərində 2024-cü ilə müqayisədəə təxminən 50 faiz qiymət artımı ilə müşahidə olunur. Bu səbəbdən hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7116/25 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun tələblərini pozmaqla qəbul edildiyindən ədalətsizdir və cavabdehin bir ata kimi vəzifə və öhdəliklərinin yerinə yetirməkdən boyun qaçırmasına şərait yaratmaqla, iddiaçını bir ana olaraq ağır maddi duruma salır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
6. Məhkəmə iclasında iştirak edən N.İbragimova apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 7.İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
8.İş materiallarında olan Bakı 10 saylı Mediasiya Təşkilatının mediatoru V.Seyfullayeva tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/10/2025-00491 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İbragimova Naila nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və əmlak tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət etmiş, lakin tərəflər arasında ilkin mediasiya sessiyası baş tutmamışdır. İlkin mediasiya sessiyası ilə bağlı 60 manat mediasiya xərci ödənilmişdir. 9.Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ № 955372 seriyalı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası İbragimova Naila, atası Cavabdehdur. 10.Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ № 955373 seriyalı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, anası İbragimova Naila, atası Cavabdehdur. 11.Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ № 955374 seriyalı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, anası İbragimova Naila, atası Cavabdehdur. 12.Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ № 612210 seriyalı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası İbragimova Naila, atası Cavabdehdur. 13.Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ № 958098 seriyalı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası İbragimova Naila, atası Cavabdehdur.
14. Elektron Məhkəmə Portalından əldə edilmiş çıxarışa əsasən Cavabdeh xx.xx.2016-cı il tarixdən aktiv vergi istifadəçisidir və sahibkarlıq fəaliyyəti ilə məşğul olur (VÖEN **********).
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin alimentin miqdarı hissəsində dəyişdirilməsi xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin alimentin miqdarı hissəsində yoxlanılması təşkil edir.
17. İş materiallarından müəyyən edilir ki, tərəflərin rəsmi nikahları olmasa da, İbragimova Naila ilə Cavabdeh faktiki nikah münasibətlərində olmaqla bir ailə kimi yaşamışlar. Bu faktiki nikah münasibətindən tərəflərin 5 övladı anadan olmuşdur. Hazırda iddiaçı İbragimova Naila yetkinlik yaşına çatmayan X2, X3 və X4 onun yanında saxlanılması və həmin uşaqların saxlanılması üçün alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
18. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 78.1, 78.2, 100.2 və 110.2-ci maddələrinə, «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvesiyasının 8-ci maddəsinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarlarını nəzərə alaraq hesab edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbini və apellyasiya şikayətini nəzərə alaraq, alimentin məbləğinin dəyişdirilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, qanunvericilik alimentin təyin edilməsinin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu (“Azərbaycan Respublikasında 2025-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir)(iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir) özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.
18. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericiliyin tələblərini və “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş cavabdehin gəlir məlumatlarına əsasən cavabdehin aktiv vergi istifadəçi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını (VÖEN **********), həmçinin uşaqların maddi cəhətdən təmin olunmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər uşağa görə 246 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün tutulan aliment “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamının 1-ci bəndinə uyğun olaraq, 2025-ci il üzrə ölkə üzrə mövcud olan 400 manat minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehdən aliment 2025-ci il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,615 misili (246 manat (məhkəmə tərəfindən müəyyən edilən aliment) : (bölünsün) 400 manat (2025ci il üzrə minimum əmək haqqı) =0,615 ) həddində tutulmalıdır. 19.Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı (alimentin məbləğinin müəyyən edilməsi hissəsində) düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin (alimentin məbləğinin müəyyən edilməsi hissəsində) dəyişdirilməsi üçün əsas təşkil edir. 20.MPM-nin 384.0.3-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 21.Apellyasiya şikayəti təmin edildiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilməmiş 46 manat dövlət rüsumu (iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunan şəxsdir), MPM-nin 119.2-ci maddəsinin tələbinə görə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2(011)- 7116/2025 saylı qətnaməsi “sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,5 misli həddində” hissəsində dəyişdirilsin. xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017- ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı İbragimova Nailaya ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün 46 (qırx altı) manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dəyişdirilən hissədə dərhal icra edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov