Məhkəmə qərarları › İş №2(103)-6783/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6783/2024

24.12.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6783/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil Babalı oğlu, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3611/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3611/2024 nömrəli 15 oktyabr 2024cü il tarixli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəsatət ünvanlayaraq, hazırki mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3819/2024 nömrəli mülki işə birləşdirilərək birgə baxılmasına dair qərarda çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, daha öncə İddiaçı ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, uşaqları ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsini xahiş etmişdir. Həmin iddia tələbi məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsində 2(103)-3819/2024 nömrəli mülki iş kimi hakim Xəyal Sarıyevin icraatındadır. Hər iki iş eyni tərəflər arasında, eyni əmlakla bağlıdır, bir-biri ilə əlaqəli işlərdir, onlara birgə baxılması ədalət mühakiməsinin daha düzgün həyata keçirilməsinə səbəb olar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili vəsatətin təmin edilməməsini xahiş etdi. Cavabdeh vəsatəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)- 3819/2024 nömrəli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə icraat, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı "müqavilələrin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3819/2024 nömrəli qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə icraat, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı "müqavilələrin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Göründüyü kimi həmin mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olmaqla, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər dayandırılmışdır. Məhkəmə kollegiyası, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırkı iş, Bakı Apelyasiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmaqla hakim Xəyal Sarıyevin icraatında olan, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki işlə eyni icraatda birləşdirilməlidir, ona görə ki, apellyasiya instansiyası məhkəməsində olan hər iki mülki iş bir-biri ilə əlaqəlidir, hakim Xəyal Sarıyevin icraatında olan iş daha əvvəl icraata götürülməklə, icraatı hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. İşlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 43, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdeh qarşı “mənzilin bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” 2(103)-3819/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar