Məhkəmə qərarları › İş №2(103)-6799/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6799/2021

02.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6799/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Həsən Əhmədovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh3 və Cavabdeh2, cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “qızıl-zinət və cehiz əşyaların qaytarılması və ya önların dəyərinin ödənilməsi, təmirə çəkilmiş xərcin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli qərardadından cavabehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində bir neçə tələb irəli sürülüb. Tələblərdən biri ondan ibarətdir ki, iddiaçıya məxsus olan 172 adda əşya cavabdehlərdən alınaraq iddiaçıya qaytarılsın. İş üzrə icraat zamanı iddiaçı “əmlakın üzərinə həbs qoyulması barədə” ərizə ilə məhkəməyə müraciət edərək xahiş edib ki, həmin əşyaların üzərinə iddianı təmin etmə tədbiri kimi həbs qoyulsun. Binəqədi Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilsin, həmin əşyaların üzərinə həbs qoyulsun. Cavabdehlər bu qərardaddan şikayət verərək xahiş ediblər ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalıdır. Belə ki, əmlaka münasibətdə “həbs” ifadəsi “azad olmayan əmlak” mənasını veririr: mülki dövriyyəsi azad olmayan, istifadəsi azad olmayan və digər cəhətdən azad olmayan əmlak. Lakin əmlakın mülki dövriyyədə iştirakının məhdudlaşdırılması (sərəncam hüququnun qadağan edilməsi) və ya əmlakdan istifadənin məhdudlaşdırlması (istifadə hüququnun qadağan edilməsi) bütün hallarda “əmlakın həbsi” hesab olunmur. Həmin məhdudlaşdırmaların “həbs” adlandırılması üçün əlavə olaraq 2 şərtin birlikdə mövcud olması tələb olunur: 1) əmlak cavabdehə məxsus olmalıdır; 2) cavabdehə məxsus həmin əmlakın tələbkara verilməsi və ya satılması nəzərdə tutulmalıdır. Göstərilən 2 şərti qanun müəyyən edib. Belə ki, Mülki-Prosessual Məcəllənin 158.1.1-ci maddəsinə görə həbs cavabdehə məxsus əmlakın üzərinə qoyula bilər. “İcra haqqında” Qanunun 50.4.1-ci maddəsinə görə həbs tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün qoyulur. Məhkəmə icraatı zamanı (qətnaməyə qədər) iddianı təmin etmə tədbiri kimi qoyulan həbs sanki məcburi icra tədbirinin bir elementidir. O, icra sənədi üzrə icraat zamanı (qətnamədən sonra) satış ilə birləşərək məcburi icra tədbirini əmələ gətirir. Belə ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirindən biri sayılır. Beləliklə, mülki prosesdə “əmlakın həbsi” deyildikdə cavabdehə məxsus olan, qətnamənin məcburi icrası zamanı tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın azad olmayan elə vəziyyətidir ki, bu zaman əmlak üzərində sərəncam hüququ, zərurət olduqda isə istifadə hüququ mədudlaşdırılmaqla o, götürülə və ya saxlanmaq üçün müvafiq şəxsə verilə bilər. Hazırkı işdə iddiaçı özünə məxsus olan əmlakın üzərinə həbs qoyulması barədə ərizə verib. Birinci instansiya məhkəməsi isə Mülki-Prosessual Məcəllənin 158.1.1-ci maddəsinin tələbini pozaraq həmin əmlakın üzərinə həbs qoyub. Ona görə də qərardad ləğv olunmalı və ərizə rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli qərardadı ləğv edilsin və İddiaçı tərəfindən verilmiş “əmlakın üzərinə həbs qoyulması barədə” ərizə rədd edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar