Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6806/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi hərəkətinin qanunsuz hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4081/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASCyə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, yaranmış hüquqdan sui-istifadə etmə hallarına son qoyulması, pul vəsaitindən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi; cavabdehin vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardadın çıxarılması və prokurora xəbər verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4081/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, yaranmış hüquqdan sui-istifadə etmə hallarına son qoyulması, pul vəsaitindən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi; cavabdehin vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardadın çıxarılması və prokurora xəbər verilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əvvəlki məhkəmə qərardadına əsasən iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarıldığı halda, hazırda heç bir əsas olmadan həmin iddia ərizəsi üzrə məhkəmə icrratının aparıldığı göstərilməklə iddianın yolverilməzliyinə görə icraata qəbuldan imtina edilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 4081/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərardadı ləğv edilməli, iddianın icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3352/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, yaranmış hüquqdan sui-istifadə etmə hallarına son qoyulması, pul vəsaitindən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi, tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, həmin iddia ərizəsi ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı deyildir. Həmin qərardaddan verilən şikayət Bakı Apellyaisya məhkəməsinin qərardadı ilə təmin edilməmiş, qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, ilk dəfə iddiaçının eyni məzmunlu iddia ərizəsi ərazi aidiyyətinə riayət edilməməsi əsası ilə geri qaytarılmış, yəni icraata götürülməmişdir. Belə olan halda prosessual qanunvericilik yenidən eyni iddianın verilməsini həmin iddianın yolverilməz hesab edilməsini deyil, yenidən icraata qəbul edilməməklə geri qaytarılmasını özündə ehtiva edir. Yəni hazırda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş mövcud deyil. Kollegiya hesab edir ki, birinci instansiya məhkəmənin prosesual qanunvericiliyin tələblərinə riayət etmədən iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4081/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4081/2023 nömrəli, 22 may 2023cü il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6806/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6806/2023
01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver