Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6826/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi Vəkil1, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin ləğv edilərək texnoloji avadanlıqların saz vəziyyətdə geri qaytarılması və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-71/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qızna qarşı “müqavilənin ləğv edilərək texnoloji avadanlıqların saz vəziyyətdə geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 2.544.000 manat əsas borcun, 1.584.657 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 4.128.687,0 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, müqavilələlərin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqları və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, 1.951.000 manat əsas borcun, 1.584.657 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 3.535.687,0 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, müqavilələlərin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqları və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmədə işə baxılarkən İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, 2.544.000 manat əsas borcun, 1.584.657,0 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 4.128.687,0 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, müqavilələlərin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqları və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 468 nömrəli sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 06-LA/l 1 nömrəli, 02 may 201 1-ci il tarixli 11-LA/l 1 nömrəli və xx xxxxxx 2013-cü il tarixli 07-LA/13 nömrəli müqavilərə əsasən, cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqaviləinin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun şəkildə ödəmək şərti ilə 1 müqavilə üzrə 1.173.900 manat, tutumu 2000 ton olan soyuducu kamera və dəyəri 504.000 manat, tutumu 500 ton olan soyuducu kamera avadanlığını, 11 müqavilə üzrə dəyəri 1.406.100,0 manat və dəyəri 725.550,0 manat olan 2 dəst soyuducu kamera avadanlığını və 111 müqavilə üzrə dəyəri 313.000 manat olan soyuducu kamera üçün 2000 ədəd aqroboks avadanlıqlarını lizinqə götürmüşdür. Cavabdeh texnoloji avadanlıqların dəyərindən 381.165,00 manat məbləğində ilkin ödəniş aparmış, qalan 3.741.385 manat məbləği isə lizinq ödəniş qrafıkinə uyğun olaraq ödəməyi öhdəsinə götürsə də müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-71/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxxxx 2011-ci il tarixli 06-LA/11 nömrəli, xx xxx 2011-ci il tarixli 11-LA/11 nömrəli və xx xxxxxx 2013-cü il tarixli 07- LA/13 saylı lizinq müqavilələri ləğv edilmiş, lizinq obyektindən istifadəyə görə yaranmış 2.544.000 manat əsas borc, 200.000 manat cərimə, 30 manat dövlət rüsumu, cəmi 2.744.000 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi lizinq obyekti olan texnoloji avadanlıqlar və onun yerləşdiyi tikilinin (binanı) kommunikasiyası saz vəziyyətdə İddiaçı ASC-nə geri qaytarılması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9807/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)-2407/2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9807/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi xx.xx.2013-cü il tarixli 07-LA/13 nömrəli lizinq müqaviləsi üzrə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi avadanlığın yerləşdiyi torpaq, sahəsinin hüquqi statusunu müəyyən etməmişdir. İddiaçı ASC başqasının mülkiyyətində olan torpaq sahəsində torpağın mülkiyyətçisinin razılığı olmadan, avadanlıqları quraşdırmışdır. O da uzun illər həmin avadanlıqlardan istifadə edə bilmir. Bundan əlavə bu gün Sabunçu Rayon Məhkəməsində həmin torpaq sahəsinin məhkəmə mübahisəsinin predmeti məhz mübahisəli avadanlıqlardır. Orada avadanlığın torpaq sahəsindən çıxarılmasından söhbət gedir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin xx.xx.2013-cü il tarixli 07-LA/13 nömrəli lizinq müqaviləsi hissəsində yoxlanılmasını təşkil edir. Digər müqavilələr hüquqi qiymət verildiyindən, qətnamə həmin hissədə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtləri tərəflərin hüquq və vəzifələrini aydın şəkildə müəyyən edir. Həmin şərtlər mülki qanunvericiliyin müddəalarına uyğundur. Göründüyü kimi cavabdeh könüllü olaraq təsdiq etdiyi lizinq müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış İddiaçı ASC-yə məxsus ümumi dəyəri 313.000 manat, olan soyuducu kamera üçün 2000 ədəd aqroboksun, güzəştli qaydada lizinqə verilməsi barədə” xx xxxxxx 2013-cü il tarixli 07-LA/13 nömrəli lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqavilə üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İddiaçı ASC-nin xx.xx.2015-ci il tarixli 4844/6 saylı əmri ilə xx xxxxxx 2013-cü il tarixli 07-LA/13 nömrəli lizinq müqaviləsinə xitam verilmiş və müqavilə üzrə öhdəliklər “xxxxxxxxxxxxxxxx” MMC-yə ötürülmüşdür. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir sıra halları araşdırmamış və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-2-ci maddəsinin tələbinə əsasən lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddələrinin tələblərinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Kollegiya qeyd edir ki, mübahisəli xx xxxxxx 2013-cü il tarixli 07-LA/13 nömrəli lizinq müqaviləsi üzrə öhdəliklərin verilməsi barədə müqavilə olmasa da, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İddiaçı ASC-nin xx.xx.2015-ci il tarixli 4844/6 saylı əmri ilə xx xxxxxx 2013-cü il tarixli 07-LA/13 nömrəli lizinq müqaviləsinə xitam verilmiş və müqavilə üzrə öhdəliklər “xxxxxxxxxxxxxxxx” MMC-yə ötürülmüşdür. Bu halı iddiaçının vəkili-nümayəndəsi Vəkil1 məhkəmə kollegiyasının iclasında iştirak edərkən təsdiq etmişdir. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh İddiaçı ASC qarısında öhdəlikləri mövcud olmadığından, iddia tələbi xx xxxxxx 2013-cü il tarixli 07-LA/13 nömrəli lizinq müqaviləsinə aid hissədə təmin edilə bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 71/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi xx xxxxxx 2013-cü il tarixli 07-LA/13 nömrəli lizinq müqaviləsinə aid hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-71/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi xx xxxxxx 2013-cü il tarixli 07-LA/13 nömrəli lizinq müqaviləsinə aid hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6826/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6826/2020
15.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver