Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6832/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, e-2(011)- 6050/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlakının mənzildən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh məxsus cehiz əşyaları iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildə yerləşir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, e-2(011)- 6050/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı cehiz əmlakının mənzildən çıxarılmasına dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət vermiş, qərardadın ləğv edilməsini və iddia ərizəsinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatına qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, iddia tələbində nəzərdə tutulmuş əşyalar daşınar əşyalar olduğundan bu mübahisəyə müstəsna aidiyyat tətbiq edilə bilməz. MPM-nin 39.1ci maddəsi daşınar əşyanın hansısa daşınmaz əşyada yerləşməsinə görə müəyyən edilmir. MPM-nin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı yaranan mübahisələri ehtiva edir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, e-2(011)- 6050/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və apellyasiya şikayəti mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh məxsus cehiz əşyaları iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildə yerləşir. İddiaçının hazırkı iddia tələbi mülkiyyətində olan mənzilə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış maneənin aradan qaldırılması ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi həmin iddia ərizəsinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. İddiaçının mövcud iddia tələbi müstəsna aidiyyətə görə cehiz əşyalarının Sabunçu rayonu ərazisində yerləşməsi və iddiaçının mənzildən istifadə hüquqlarının pozulması əsasına görə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı olan iddia tələbidir. Buna görə də işə onun ərazi aidiyyətinə görə aid olduğu Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, e-2(011)- 6050/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, e-2(011)- 6050/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6832/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6832/2022
07.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver