Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6874/2025 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(003)-3732/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı AZ-İİİ seriyalı 857422 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-ci il tarixində Türkiyə Respublikası, İstanbul şəhərində anadan olmuş, atası İddiaçı, anası isə Cavabdehdır. AZ-İİİ seriyalı 857423 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-ci il tarixində Türkiyə Respublikası, İstanbul şəhərində anadan olmuş, atası İddiaçı, anası isə Cavabdehdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2105/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2002-ci il tarixli nikahının pozulması, birgə nikahdan dünyaya gəlmiş X3 və X5 ataları İddiaçı yanında qalması qət olunmuşdur. EMİS portalından çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının sərhədindən xx.xx.2024-cü il tarixdə, saat 20:46 radələrində çıxmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndə və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi, mediasiya üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində ilkin mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndə və vəkili Vəkil göstərdi ki, Cavabdeh və İddiaçı xx.xx.2002-ci il tarixində nikahlarını Qırğızıstan Respublikasının Bişkek şəhərinin Nikah sarayının Qeydiyyat şöbəsində qeydiyyata aldırmaqla rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 22 oktyabr 2002-ci il təvəllüdlü X6, xx.xx.2004-cü il təvəllüdlü X7, 20 oktyabr 2016-cı il təvəllüdlü X9 və 20 oktyabr 2016-cı il təvəllüdlü X8 anadan olmuşdur. 2020-ci ilin əvvəllərindən başlayaraq, Cavabdeh uzun müddətə Azərbaycan Respublikasından Qırğızıstan Respublikasına qetmişdir. Həmin vaxtdan halhazıradək Cavabdeh cəmi 2 dəfə, anasının vəfatı ilə əlaqədar Azərbaycana qayıtmışdır. Yas mərasimlərini yola verdikdən sonra yenidən Qırğızıstana geri qayıtmışdır. Sonuncu dəfə Cavabdeh 17 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasında olmuşdur. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların atanın yanında qalmasına dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e- 2(003)- 2105/2025 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2002-ci il tarixdə bağlanmış nikah pozulmuş, həmin nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 ataları İddiaçı yanında saxlanmışdır. İddiaçı iddia ərizəsində alimentlə bağlı tələb irəli sürməmişdir. Lakin İddiaçı hazırda hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün valideynlik vəzifələrini həyata keçirərək, aliment ödəməlidir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh qismində cəlb olunmuş Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(003)-3732/2025 nömrəli qətnaməsinə əsasən, iddianın qismən təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulması, İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, yetkinlik yaşına çatmayan uşaqlar atası İddiaçı ilə qalırlar. İddiaçı hər uşaqların saxlanması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulmasını tələb etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. İddiaçı tərəfindən cavabdehin rəsmi iş yeri barədə və ya aylıq gəlirləri barədə məlumatı məhkəməyə təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının (2025-ci il üzrə 400 AZN məbləğində müəyyən edilmişdir) 0,25 (100 AZN:400 AZN=0,25) mislində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü maddələrinə, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1, 20.1, 20.2, 75.1, 76.1.1, 81.1, 81.2, 100.2, 110.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4, 234.2.1-ci maddələrinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(003)-3732/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, qismən ləğv edilməsi iddianın tam təmin edilərək xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi maddi hüquq hüquq normalarını pozmaqla və ya düzgün tətbiq etməməklə qəbul edildiyi üçün həmin qətnamənin ləğv olunmasını xahiş edir. Belə ki, məhkəmə işə baxarkən, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara, sübutlarla bağlı məhkəmə iclaslarında verdiyi izahatlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə işə əsaslı baxdığı ilə bağlı görünüş yaratmasına baxmayaraq, reallıqda işə ədalətli şəkildə baxmamışdır. Cavabdeh və İddiaçı xx.xx.2002-ci il tarixində nikahlarını Qırğızıstan Respublikasının Bişkek şəhərinin Nikah sarayının Qeydiyyat şöbəsində qeydiyyata aldırmaqla rəsmi nikaha daxil olmuşlar. Nikahları nikah akt qeydləri kitabında xx.xx.2002-ci il tarixli, 46 nömrəsi ilə qeyd olunmuşdur. Birgə nikahlarından 22 oktyabr 2002-ci il təvəllüdlü X6, xx.xx.2004-cü il təvəllüdlü X7, eləcə də, yetkinlik yaşına çatmayan 20 oktyabr 2016-cı il təvəllüdlü X9 və 20 oktyabr 2016-cı il təvəllüdlü X8 anadan olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e-2(003)-2105/2025 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2002-ci il tarixdə bağlanmış nikah pozulmuş, həmin nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 ataları İddiaçı yanında saxlanmışlar. Nikahın pozulması İddiaçı, Cavabdeh ailəsinə və uşaqlarına soyuq və laqeyd münasibəti, iddiaçının etirazlarına baxmayaraq uşaqları iddiaçının öhdəsində saxlamaqla dəfələrlə uzun müddətə Azərbaycan Respublikasını tərk etməsi, nəhayət 2020-ci ilin əvvəllərində Cavabdeh məlumat vermədən ölkəni tamamilə tərk edərək, doğulub böyüdüyü Qırğızıstan Respublikasına köçmüşdür. Sonuncu dəfə Cavabdeh anasının vəfatı ilə əlaqədar Azərbaycana qayıtmış və 17 dekabr 2024-cü il tarixində ölkəni tərk etmişdir. İddiaçı iddia ərizəsində alimentlə bağlı tələb irəli sürməməsinə baxmayaraq, sonradan fikirini dəyişərək birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 tək onun valideynlik vəzifəsi olmadığını, azyaşlı uşaqların anası olan Cavabdeh da uşaqlarının həyatı və gələcəkləri üçün üzərinə məsuliyyət götürməli olduğunu və uşaqların saxlanması üçün sabit pul məbləğində aliment ödəməli olduğunu hesab edir. Bu səbəbdən də İddiaçı alimentin ödənilməsi tələbi ilə cavabdeh X2rşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsində İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi İddiaçı iddia tələbi ilə bağlı mülki işə baxaraq, iddiaçı tərəfindən cavabdehin rəsmi iş yeri barədə və ya aylıq gəlirləri barədə məlumatı məhkəməyə təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci iltarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (2025-ci il üzrə 400 AZN məbləğində müəyyən edilmişdir) 0,25 (100 AZN:400 AZN=0,25) mislində sabit pul məbləğində aliment tutulmalı olduğu qənaətinə gəlmişdir. Bu cür qənaətə gəlməklə aliment məbləğinin hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məhz (2025-ci il üzrə 400 AZN məbləğində müəyyən edilmişdir) 0,25 (100 AZN:400 AZN=0,25) mislində sabit pul məbləğində ödənilməli olduğunu nə ilə əsaslandırır? Ona görə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(003)-3732/2025 saylı qətnaməsinin qismən ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia ərizəsini tam təmin edərək, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib izahatında əlavə olaraq göstərmişdir ki, İddiaçı Cavabdeh Zamanovun birgə nikahlarından olan dörd övladlarının ataları İddiaçı himayəsində olmaqla bütün xərcləri İddiaçı tərəfindən qarşılanır. Cavabdeh sonuncu dəfə anasının dəfn mərasimi ilə bağlı 2024-cü ilin dekabr ayında Azərbaycan Respublikasına gəlmişdir. Cavabdeh övladları ilə maraqlanmır, onların qayğısına qalmır, ana olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34.Nikah hüququ İ. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. İİ. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. İİİ. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 7 saylı Protokolu Maddə 5. Ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir; Maddə 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Maddə 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58.2.Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 9.3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Maddə 18. Bənd 1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarı: Bənd 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bənd 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən, iddiaçı apellyasiya şikayətində qətnaməni təyin olunmuş alimentin məbləği hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı mübahisələndirilən hissədə yoxlanılır Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Kollegiya həmçinin qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Kollegiya eyni zamanda qeyd edir ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasında yaşamayan cavabdehdən aliment tələb edərkən sonuncunun ailə vəziyyəti, əmək qabiliyyətli olub-olmaması, qazancı, gəlirləri barədə hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, bu səbəbdən də, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə ilə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(003)-3732/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6874/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6874/2025
26.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver