Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6906/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı2 nümayəndəsi, vəkili Elçin Mustafayevin, Cavabdehin nümayəndəsi Fərəh Fərhadovanın iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO «xxxxxxxxxxxxx» KB QSC-nin ləğvedicisi X1rşı «ipoteka və kredit öhdəliyinə xitam verilməsi» tələbinə dair 2(006)-2157/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO «xxxxxxxxxxxxx» KB QSC-nin ləğvedicisi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliyinin müddətinin keçməsi ilə əlaqədar İddiaçı2 ilə LPO «xxxxxxxxxxxxx» KB QSC arasında bağlanmış 100A034007 saylı kredit müqaviləsi üzrə İddiaçı2 kredit öhdəliyinə xitam verilməsi, İddiaçı1 ilə LPO «xxxxxxxxxxxxx» KB QSC arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli, 100A034007 saylı ipoteka öhdəliyinə xitam verilməsi və ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi R.Göyüşov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 118,5 kv.m yaşayış, 212,8 kv.m köməkçi sahədən ibarət 183 nömrəli fərdi yaşayış evinin ipotekasına xitam verilməsinə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müvafiq arayışın verilməsi vəzifəsinin ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB QSC-nin ləğvedicisi X2 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2007-ci il tarixdə İddiaçı2 ilə «xxxxxxxxxxxxx» KB QSC arasında bağlanmış 100A034007 saylı kredit müqaviləsinə əsasən illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 86080 manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədi ilə İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 118,5 kv.m yaşayış, 212,8 kv.m köməkçi sahədən ibarət 183 nömrəli fərdi yaşayış evi xx xxxxxxx 2007-ci il tarixli, 100A034007 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin, kredit müqaviləsinin müddəti xx xxxxxxx 2009-cu il tarixdə bitməsinə baxmayaraq, bu müddət ərzində öhdəliyinin icrası ilə əlaqədar bank tərəfindən heç bir tədbir görülməmiş, eləcə də məhkəməyə müraciət edilməmişdir. İddiaçı2 tərəfindən LPO «xxxxxxxxxxxxx» KB QSC-yə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət olunaraq kredit müqaviləsinin müddətinin bitməsindən 10 il keçdiyini və Mülki Məcəllənin 551-ci maddəsinin tələbini nəzərə alaraq öhdəliyə xitam verilməsi xahiş olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2007-ci il tarixdə X3 ilə QSC “Bank Standart” Kommersiya Bankı arasında bağlanmış 100A034007 saylı kredit müqaviləsinə əsasən illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 86080 manat məbləğində kredit verilmişdir. Sözügedən kreditin müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 118,5 kv.m. yaşayış, 212,8 kv.m. köməkçi sahədən ibarət 183 nömrəli fərdi yaşayış evi xx xxxxxxx 2007-ci il tarixli, 100A034007 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin kredit müqaviləsinin müddəti xx xxxxxxx 2009-cu ildə bitməsinə baxmayaraq bu müddət ərzində öhdəliyinin icrası ilə əlaqədar Bank tərəfindən heç bir tədbir görülməmiş, eləcə də məhkəməyə müraciət edilməmişdir. Şikayətçi tərəfindən LPO QSC “Bank Standart” KB-yə 28.10.019-cu il tarixli ərizə ilə müraciət olunaraq kredit müqaviləsinin müddətinin bitməsindən 10 il keçdiyini və öhdəliyə xitam verilməsi xahiş olunmuşdur. xx xxxxxx 2019-cu il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, xx.xx.2019- cu il tarixinə xx.xx.2007-ci il tarixli, 100A034007 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC “Bank Standart” KB qarşısında 70.577 manat 24 qəpik əsas borc və 224.096 manat 34 qəpik məbləğində faiz borcu mövcud olduğu və borcun ödənilməsinin təmin olunması tövsiyyə edilmişdir. Mülki iş materiallarından da göründüyü kimi, kredit və ipoteka müqavilələrinin müddətlərinin bitməsindən artıq 10 ildən çox vaxt keçir. Sözügedən kredit və ipoteka müqavilələrinin bağlandığı vaxtdan 12 il, müqavilələrin müddətlərinin bitməsindən isə 10 ildən çox vaxt keçir. Bu müddət ərzində cavabdeh təşkilat tərəfindən borcun ödənilməsi barədə iddia irəli sürülməmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi mülki iş materialları ilə sübut edilən halları nəzərə almadan, yəni kredit müqaviləsinin müddətinin keçməsindən 11 il keçməsinə baxmayaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı2 təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı1 məhkəmə iclasında təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx xxxxxxx 2007-ci il tarixdə İddiaçı2 ilə QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı arasında bağlanmış 100A034007 saylı kredit müqaviləsinə əsasən, Bank borcalana illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 86080 manat məbləğində kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə, İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 118,5 kv.m. yaşayış, 212,8 kv.m. köməkçi sahədən ibarət 183 nömrəli fərdi yaşayış evi İddiaçı1 ilə Bank arasında bağlanılmış xx xxxxxxx 2007-ci il tarixli, 100A034007 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. LPO «xxxxxxxxxxxxx» KB QSC xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli məktublarla, iddiaçılara mövcud borc məbləğinin banka ödənilməsini tövsiyə etmişdir Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-4154/2019 saylı qətnaməsi ilə İddiaçı2 cavabdeh LPO «xxxxxxxxxxxxx» KB QSC-nin ləğvedicisi X1rşı «müqavilə üzrə öhdəliyə xitam verilməsi» tələbinə dair iddiası rədd edilmişdir.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13511/2019 saylı qətnaməsinə əsasən, İddiaçı2 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550, 551.1 və 552.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il müddət keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, işin araşdırılan halları əsasında müəyyən edilmişdir ki, Bankla kredit müqaviləsi bağlanılmış və müqavilə üzrə öhdəliklər tam lazımınca yerinə yetirilmədiyi üçün kredit borcu yaranmışdır. Hazırkı iş üzrə iddiaçılar müddətin keçməsi ilə bağlı olaraq, kredit öhdəliyinə xitam verilməsini tələb edir. Kollegiya nəzərə alır ki, hər hansı tələb üzrə müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur və qanunvericilikdə müəyyən edilmiş hallarda iddianın rədd olunması üçün əsasdır. Baxılan iş üzrə Bank pulun qaytarılması barədə tələb irəli sürməmişdir. Qeyd edilənlərə əsasən, apelyasiya şikayətləri təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2157/2020 nömrəli mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6906/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6906/2020
13.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver