Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6923/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəmənin 2(007)-2266/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin və uşağın saxlanılması üçün çəkilən xərclərin yarısının cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair məhkəməyə müraciət edərək, onun yanında yaşayan xx.xx.2021-ci il təvəllüdlü X1 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulması, onun yanında yaşayan xx.xx.2021- ci il təvəllüdlü X1 adlı uşaqlarının 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 300 manat sabit pul məbləğində aliment tutulması, xx.xx.2021-ci il təvəllüdlü X1 adlı uşaqlarının doğulmasına, müalicəsinə, geyiminə, yaşamasına çəkdiyi xərclərin yarısınıncəmi 25.337 manat məbləğində pulun Cavabdeh onun xeyrinə alınaraq verilməsi və ödənilmiş 267 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2266/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə əmlakın qiymətləndirilməsinin aparılması, qiymətləndirmənin aparılmasının “LegalPrime” Hüquq və Konsaltinq şirkətinə tapşırılması və hazırkı qərardadın surətinin mülki işin materialları ilə birlikdə ekspertə təqdim edilməsi, ekspertizanın iddia tələbində qeyd edilən əşyaların olduğu ünvanda onlara baxış keçirilməklə və ya həmin əşyaların fotoşəkilləri ilə aparılması, ekspertin qarşısında iddia tələbində qeyd edilən əşyaların: uşaq üçün vanna, uşaq üçün yemək masası, yerimə arabası, musiqili yelləncək, uşaq çarpayısının oyuncağı, uşaq arabası, uşaq üçün avtokreslo, mebel dəsti, uşaq üçün blender, oyuncaqlar, at oyuncaq, “Lima və “Alisa” uşaq çarpayıları, müxtəlif növdə uşaq paltarlarının hazırda bazar qiymətinin nə qədər olması sualının qoyulması qərara alınmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəmənin 2(007)-2266/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan da cavabdeh şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2266/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və icraatın dayandırılması barədə həmin məhkəmənin 2(007)-2266/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla vermiş olduğu şikayətin geri qaytarılmalı olduğu bildirilmişdir. Əsas olaraq da, verdiyi şikayətin xx.xx.2022-ci il tarixli qərardadın dayandırma hissəsindən yox, qiymətləndirmə təyin edilməsi hissəsindən olduğu qeyd edilmişdir. Bunları qəbul etməyərək bildirir ki, qəbul edilmiş bir qərardadla qiymətləndirmə təyin edilməsi və icraatın dayandırılması qərara alınmışdır ki, bu da bir ümumi qərarın tərkib hissəsidir (Nizami rayon məhkəməsi 2(007)-2266/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı). xx.xx.2022-ci il tarixli verilmiş şikayətin məzmununda açıq aşkar qalın hərflərlə də qeyd edilmişdir ki, “ümumiyyətlə iş üzrə əmlakların qiymətləndirilməsi belə keçirilməməli və icraat dayandırılmamalıdır.” Həmçinin şikayətdə “Nizami Rayon Məhkəməsinin 2(007)-2266/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi” xahiş edilmişdir. Bu isə icraatın dayandırılmasının ləğv edilərək, davam etdirilməsinin xahişidir. Bakı şəhəri Nizami Rayon Məhkəmənin 2(007)-2266/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının yalnız icraatın dayandırılması hissəsindən qanunvericilikdə şikayətin verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən verilmiş şikayətin məzmunundan isə görünür ki, cavabdeh məhz qərardadı qiymətləndirmə təyin edilməsi hissəsində mübahisələndirir. Beləliklə, əmlakın qiymətləndirilməsinin təyin edilməsi barədə qərardaddan qanunvericilikdə şikayətin verilməsi nəzərdə tutulmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2266/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 256.0.2-ci maddəsinə əsasən, iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılır. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə iş üzrə ekspertiza təyin edə bilər. (MPM. mad.97.1) Məhkəmənin bu sahədə xüsusi biliyi olsa belə, bu hal onun ekspertiza təyin etmək hüququnu istisna etmir. Çünki, prosessual qanunvericiliyin tələblərinə riayət etməklə işə baxılması qaydasını məhkəmə özü müəyyən edir. Buna görə də, öz təşəbbüsü ilə ekspertiza təyin edən məhkəməyə bu prosessual hərəkəti etməyi hər hansı bir formada məhdudlaşdırmaq yaxud qadağan etmək prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin tələblərinə görə iş üzrə ekspertiza təyin edildikdə hakim öz təşəbbüsü ilə icraatı dayandıra bilər. Bu əsasla icraatı dayandırmaq hakimin vəzifəsi deyil, hüququdur. Hazırkı halda birinci instansiya məhkəməsinin hakimi həmin hüquqdan istifadə etmişdir. Qeyd olunduğu kimi Mülki Prosessual Məcəllənin tələblərinə riayət etməklə işə baxılması qaydasını, o cümlədən zəruri olan prosessual qərarları məhkəmə özü qəbul edir. Əlbətdə, proses iştirakçılarının da icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət vermək hüquqları vardır. Lakin bu şikayət əsaslı olmalıdır. Şikayət verən şəxs şikayət etdiyi qərardadın ləğv olunmasını xahiş edərkən arzu etdiyi nəticəyə bunun nə kimi təsiri olacağını şikayətində açıqlamalıdır. Hazırki şikayətdə isə şikayət verənin məqsədi anlaşılan deyil. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəmənin 2(007)-2266/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəmənin 2(007)-2266/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6923/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6923/2022
12.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver