Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6938/2020 28.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi, eyni zamanda vəkili X2 və Cavabdeh1 MMC-nin icraçı direktoru X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxx” Kompani MMC və Cavabdeh2 qarşı müqavilənin etibarsızlığı, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dairmülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-400/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh “xxxxxxx” Kompani MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxxxxx” Kompani MMC və Cavabdeh2 qarşı müqavilənin etibarsızlığı, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək iddiaçi İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli mənzilin ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən birgə qaydada iddiaçının ünvan 1 1156 ünvanda yerləşən 3 saylı yaşayış kompleksindəki ümumi sahəsi 157,6 kv.metr təşkil edən üçotaqlı 45 saylı mənzilə görə ödədiyi 100200 (bir yüz min iki yüz) manat pulun, həmin pulun illik 5 (beş) faizi olan 5010 (beş min) manatın, təmirə çəkilmiş 42 000 (qırx iki min) manat xərclərin, 50 000 (əlli min) manat mənəvi zərərin, cəmi 147 210 (bir yüz qırx yeddi min iki yüz on) manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin rəhbərinin əməlində Azərbaycan Respeblikası Cinayət Məcəlləsinin 178.3-cü maddəsinin tərkibi mövcud olduğu üçün onlar barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 400/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxx” Kompani MMC və Cavabdeh2 qarşı müqavilənin etibarsızlığı, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər “xxxxxxx” Kompani MMC və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-400/2020 saylı, xx xxxx 2020ci il tarixli qərardadı ilə cavabdeh “xxxxxxx” Kompani MMC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh “xxxxxxx” Kompani MMC tərəfindən şikayət verilmiş, qərardadın ləğv edilərək, şikayətin təmin edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılmasına dair mövqeyi tamamilə əsassızdır və heç bir qanuna sığmır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılan zaman onlara heç bir məlumat verilməmiş, iştirakları olmadan, məhkəmə bildirişləri onlara və digər Cavabdeh2 göndərilmədən, çəkişmə prinsipinə riayət edilmədən işə baxılaraq əsassız və qanunsuz qətnamə qət edilmişdir. Həmin qətnamə rəsmi qaydada onlara təqdim edilməmişdir. Bununla da məhkəmə işə baxarkən kobud prosessual hüquq pozuntusuna yol vermiş, ədalət mühakiməsinin əsas prinsiplərindən olan çəkişmə prinsipinə riayət etməmişdir. Bundan əlavə, Nərimanov Rayon Məhkəməsi tərəfindən məhkəmə qətnaməsi xx.xx.2020ci il tarixli məktubla xx.xx.2020-ci il tarixli poçt reyestri ilə Füzuli rayonuna göndərilmişdir ki, onların nə hüquqi, nə də ki, faktiki ünvanları Füzuli rayonunda yerləşmir. Məhkəmənin hansı əsasla “xxxxxxx" Kompani MMC-nə çatmalı olan məhkəmə qətnaməsini Füzuli rayonuna göndərməsi tamamilə absurddur. Poçt qəbzində xəttin oxunaqlı olmaması səbəbindən məhkəmə qətnaməsinin kim tərəfindən qəbul edildiyini belə müəyyən etmək mümkün deyildir, poçt bildirişində imza edən şəxsin adı, soyadı, ata adı, vəzifəsi göstərilməyib. Həmin bildirişə onlar imza etməmişdir. Ümumiyyətlə, “xxxxxxx" Kompani MMC-də ondan başqa heç bir işçi yoxdur. Bununla belə, “xxxxxxx” Kompanı MMC-nin direktoru X3 xx.xx.2020-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-400/2020 saylı, xx.xx.2020-ci ıl tarixli qətnaməsini qəbul etmiş və tərəflərindən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq müddətə riayət olunaraq xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-400/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh “xxxxxxx” Kompani MMC-nin icraçı direktoru şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili şikayətə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən gəlməyən digər cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini işin materialları ilə birgə araşdırıraq hesab edir ki, şikayət təmin edilməməlidir. Beləki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarında olan xəbərnamədən (i.v.116) görünür ki, cavabdeh “xxxxxxx” Kompani MMC tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-400/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, cavabdeh apellyasiya şikayətini müddəti ötürməklə xx.xx.2020-ci il tarixdə vermişdir. Bununla yanaşı, apellyasiya şikayətinə müddətin bərpası ilə bağlı ərizə əlavə edilməmişdir. Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh “xxxxxxx” Kompani MMC-nin icraçı direktoru ondan başqa heç bir işçinin olmamasını qeyd etsə də bunu təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Həmçinin “xxxxxxx” Kompani MMC-nin icraçı direktoru X3 xx.xx.2020-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 400/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsini qəbul etməsini bildirməsinə baxmayaraq bu halı təsdiq edən qəbz iş materiallarında aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, yuxarıda qeyd olunan maddələrin tələbinə görə, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi səbəbindən apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardadı qanunu və əsaslı olduğundan ləğv edilə bilməz. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-400/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh “xxxxxxx” Kompani MMC tərəfindən verilmiş şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-400/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6938/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6938/2020
28.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver