Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5816/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Xudiyeva Fərqanə Xanoğlan qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5816/21 (Açar sözlər: maddi, mənəvi zərərin əvəzinin ödənilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(103)3774/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 14 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh2 və digərlərinə qarşı iddia qaldıraraq, onunla Cavabdeh2 arasında bağlanmış 11 Avqust 2018-ci il tarixli ilkin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, sonuncudan və Cavabdeh1 MMC müştərək qaydada Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə, 3 saylı yaşayış kompleksində yerləşən, 3 otaqlı, ümumi sahəsi 157,6 kv.metr olan 45 saylı mənzilə görə ödədiyi 100.200 manat, həmin pulun illik 5 faizi olaraq 5.010 manat, mənzilin təmirinə çəkilmiş xərclərə görə 42.000 manat, mənəvi zərərə görə 50.000 manat olmaqla, cəmi 147.210 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsin i, habelə Cavabdeh2 və Cavabdeh1 MMC qanuni təmsilçisinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri olduğu üçün bu barədə xüsusi qərardad çıxarılmasını xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim K.F.Əmirxanova) iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11 avqust 2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 mənzilə görə ödənilmiş 100.200 manat, habelə mənzildə aparılmış təmir xərclərinə görə Cavabdeh1 MMC 31.000 manat pulun tutulub İddiaçı ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Eyni zamanda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli xüsusi qərardadı ilə Cavabdeh1 MMC qanuni təmsilçisinin əməlində cinayətin əlamətlərinin olub-olmamasının araşdırılması üçün Bakı şəhəri Nərimanov rayon prokurorluğuna məlumat verilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 11 avqust 2018ci il tarixli notarial qaydada təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh2 28 fevral 2007-ci il tarixli müqavilə və maliyyə arayışı üzrə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə, 3 saylı yaşayış kompleksində yerləşən, 3 otaqlı, ümumi sahəsi 157,6 kv.metr olan 45 saylı mənzili 100.000 manata İddiaçı satıb və sonuncu 11 avqust 2018-ci il tarixli kassa mədaxil orderlərinə əsasən 100.200 manat pul ö dəyib. 11 avqust 2018-ci il tarixdə Cavabdeh2 sözügedən mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə dair notarial qaydada təsdiq edilməklə yazılı ərizə verib və gələcəkdə həmin mənzillə bağlı heç bir tələbinin olmayacağını bildirib. Həmçinin, 11 avqust 2018-ci il tarixdə Cavabdeh2 əri X3 mənzilin özgəninkiləşdirilməsinə, satılmasına və bağışlanmasına notarial qaydada təsdiq edilməklə yazılı razılıq verib. Bundan sonra, Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 Camal Məlikova və digərlərinə qarşı sözügedən mənzil üzərində sahiblik, istifadə hüquqlarının tanınması, həmin mənzilə dair Camal Məlikovla Cavabdeh1 MMC arasında imzalanmış 08 oktyabr 2014-cü il tarixli ilkin müqavilənin etibarsız hesab edilməsi barədə i ddiası əsassız olduğundan rədd edilib. Eyni zamanda “X1” MMC 28 yanvar 2020-ci il tarixli arayışına görə həmin mənzilin təmirinə 31.000 manat vəsait xərclənib. Lakin sonradan İddiaçı məlum olub ki, sözügedən mənzilə dair ilkin müqavilə Camal Məlikovla bağlanıb və mənzilin dəyəri ilkin olaraq onun tərəfindən ödənilib. Göründüyü kimi İddiaçı qeyd olunan ilkin müqavilənin bağlanması məqsədilə Cavabdeh2 tərəfindən aldadılıb. Ona görə də həmin mənzilə dair onlar arasında bağlanmış ilkin müqavilə etibarsız hesab edilməli, mənzilə görə ödənilmiş 100.200 manat pul Cavabdeh2, mənzildə aparılmış təmir xərclərinə görə 31.000 manat pul Cavabdeh1 MMC tutulub İddiaçı verilməli və qalan hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21. 1, 21.2, 337.1, 339.1, 339.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh2 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə də iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- mənzildə aparılmış təmir xərclərinə görə ondan 31.000 manat pulun tutulub iddiaçıya verilməsi hissəsində ləğv edilib, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə (h akimlər A.V.Tanrıverdiyev sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayətləri təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilib, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11 Avqust 2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilib, Cavabdeh2 mənzilə görə ödənilmiş 100.200 manat pulun tutulub iddiaçıya verilməsi və qalan hissələrdə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 11 avqust 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh2 28 fevral 2007-ci il tarixli müqavilə və maliyyə arayışı üzrə ona məxsus olan Bakı ş əhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə, 3 saylı yaşayış kompleksində yerləşən, 3 otaqlı, ümumi sahəsi 157,6 kv.metr olan 45 saylı mənzili 100.000 manata İddiaçı satıb və sonuncu 11 avqust 2018-ci il tarixli kassa mədaxil orderlərinə əsasən 100.200 manat pul ödəyib. 11 avqust 2018-ci il tarixdə Cavabdeh2 sözügedən mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə dair notarial qaydada təsdiq edilməklə yazılı ərizə verib və gələcəkdə həmin mənzillə bağlı heç bir tələbinin olmayacağını bildirib. Həmçinin, 11 avqust 2018-ci il tarixdə Cavabdeh2 əri X3 mənzilin özgəninkiləşdirilməsinə, satılmasına və bağışlanmasına notarial qaydada təsdiq edilməklə yazılı razılıq verib. Bundan sonra, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qət naməsi ilə Cavabdeh2 Camal Məlikova və digərlərinə qarşı qeyd olunan mənzil üzərində sahiblik, istifadə hüquqlarının tanınması, həmin mənzilə dair Camal Məlikovla Cavabdeh1 MMC arasında imzalanmış 08 oktyabr 2014-cü il tarixli ilkin müqavilənin etibarsız hesab edilməsi barədə iddiası əsassız olduğundan rədd edilib. Eyni zamanda “X1” MMC 28 yanvar 2020-ci il tarixli arayışına görə sözügedən mənzilin təmirinə 31.000 manat vəsait xərclənib. Birinci instansiya məhkəməsi işə baxarkən mülki prosessual normaların tələblərini pozaraq məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh2 və Cavabdeh1 MMC lazımi qaydada məlumatlandırmayıb. Bu isə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Digər tərəfdən, Cavabdeh2 sözügedən ilkin alqı-satqı müqaviləs i üzrə qeyd olunan mənzili İddiaçı satması və sonuncu tərəfindən mənzilə görə Cavabdeh2 100.000 manat, notariat xərcinə görə 200 manat pul ödənilməsi və beləliklə də Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi mülki iş materialları ilə istisna olunmur. Ona görə də bu hissədə iddia təmin edilməlidir. Lakin, Cavabdeh1 MMC-dən mənzildə aparılmış təmir xərclərinə görə 42.000 manat pul tələbinə gəlincə isə, sonuncu ilə İddiaçı arasında mənzildə təmir işlərinin aparılması ilə bağlı hər-hansı müqavilə bağlanmadığından və Cavabdeh1 MMC üzərinə mənzildə aparılmış təmir xərclərini ödəməklə bağlı hər hansı öhdəlik götürmədiyindən iddia bu hissədə də əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin 100.200 manat pulun illik 5 faizi olan 5.010 manat və mənəvi zərərə görə 50.000 m anat pulun Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qayadada tutularaq İddiaçı ödənilməsi ilə bağlı, sonuncu lazımi sübutları məhkəməyə təqdim etmədiyindən iddia bu hissələrdə də rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 339.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi i şə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil3 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasə n, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd ( mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, id dianın tam təmin edilməsi xahiş olunsa da, qətnamənin əsaslılığı yalnız mənzilin təmirinə çəkilmiş xərclərə görə 31.000 manat pul tələbinə aid hissədə yoxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia, 100.200 manat pulun illik 5 faizi olaraq 5.010 manat, mənəvi zərərə görə 50.000 manat pul tələblərinə aid hissələrdə rədd, mənzilə görə 100.200 manat, mənzilin təmirinə çəkilmiş xərclərə görə 31.000 manat pul tələblərinə aid hissələrdə təmin edilməsinə baxmayaraq, İddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti verməyib. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC apellyasiya şikayətlərinə əsasən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, yeni qətnamə çıxarmaqla iddianı yalnız mənzilə gör ə ödənilmiş 100.200 manat pul tələbinə aid hissədə təmin, qalan hissələrdə rədd edib. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən ümumiyyətlə apellyasiya şikayəti vermədiyindən, qətnamənin həmin hissələri, habelə iddianın təmin olunan hissəsi kassasiya instansiyasında işə baxılmasının predmeti ola bilməz və qətnamə yalnız mənzildə aparılmış təmir xərcləri tələbinə aid hissədə yozlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının tələblərini pozub. Belə ki, işdən görünür ki, Bakı ş əhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə, 3 saylı yaşayış kompleksində yerləşən, 3 otaqlı, ümumi sahəsi 157,6 kv.metr olan 45 saylı mənzil Cavabdeh1 MMC tərəfindən inşa edilib və 03 avqust 2007-ci il tarixli müqaviləyə əsasən sonuncu həmin mənzili tikib payçı Camal Məlikova təhvil verməyi, sonuncu isə mənzili qəbul edib, mənzilin ümumi dəyəri olan 104.000 manat pulu Cavabdeh1 MMC ödəməyi öhdəsinə götürüb. Cavabdeh1 MMC tərəfindən Camal Məlikovun adına verilmiş 03 avqust 2007-ci il tarixli maliyyə arayışına görə mənzilin pay haqqı tam məbləğdə sonuncu tərəfindən ödənilib və onun Cavabdeh1 MMC ödənilməmiş borcu yoxdur. Bundan sonra, sözügedən mənzilə dair X4 Qəniyeva arasında 08 oktyabr 2014-cü il tarixli notarial qaydada təsdiq edilməklə ilkin alqı-satqı müqaviləsi bağlanıb. Həmçinin, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 28 fevral 2007-ci il tarixli müqavilənin kserosurəti ilə müəyyən olunur ki, sonuncu, sözügedən mənzili tikib payçı Cavabdeh2 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib ümumi dəyəri 110.320 manat olan pulu Cavabdeh1 MMC ödəməyi öhdəsinə götürüb. Daha sonra, işə əlavə edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının 29 may 2019cu il tarixli qərarının surəti ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən Cavabdeh1 MMC vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və digər maddələri üzrə cinayət işi başlanıb və istintaqı zamanı müəyyən edilib ki, Camal Məlikova məxsus olan sözügedən mənzil sonradan saxta sənədlər əsası nda Cavabdeh2 adına rəsmiləşdirilib. İstintaq zamanı alınmış 30 yanvar 2013-cü il tarixli audit rəyi və həmin rəyə əlavə edilmiş mənzillərin siyahısı ilə müəyyən edilib ki, qeyd olunan mənzil məhz Camal Məlikova satılıb və mənzilin sahibi kimi Cavabdeh2 deyil, Camal Məlikov qeyd edilib. Eyni zamanda, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, Cavabdeh2 Camal Məlikova və digərlərinə qarşı “sözügedən mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilə dair Camal Məlikovla Cavabdeh1 MMC arasında bağlanmış 03 avqust 2007-ci il tarixli müqavilənin, habelə X4 Qəniyeva arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli i lkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası əsassız olduğundan rədd edilib. Bundan sonra, 11 avqust 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ilkin alqısatqı müqaviləsinə əsasən, Cavabdeh2 28 fevral 2007-ci il tarixli müqavilə və maliyyə arayışı üzrə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə, 3 saylı yaşayış kompleksində yerləşən, 3 otaqlı, ümumi sahəsi 157,6 kv.metr olan 45 saylı mənzili 100.000 manata İddiaçı satıb və sonuncu 11 avqust 2018-ci il tarixli kassa mədaxil orderlərinə əsasən 100.200 manat pul ödəyib. 11 avqust 2018-ci il tarixdə Cavabdeh2 sözügedən mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə dair notarial qaydada təsdiq edilməklə yazılı ərizə verib və gələcəkdə həmin mənzillə bağlı heç bir tələbinin olmayac ağını bildirib. Həmçinin, 11 avqust 2018-ci il tarixdə Cavabdeh2 əri X3 da mənzilin özgəninkiləşdirilməsinə, satılmasına və bağışlanmasına notarial qaydada təsdiq edilməklə yazılı razılıq verib. Hazırda İddiaçı, Cavabdeh2 tərəfindən mübahisəli mənzilə dair əqd bağlanması məqsədilə aldadıldığını, sonuncunun özünə məxsus olmayan həmin mənzili ona satdığını, müqavilə bağlandıqdan sonra Cavabdeh2 razılığı ilə mənzildə təmir işləri apardığını və mənzilin təmirinə ümumilikdə 42.000 manat vəsait xərclədiyini göstərib, həmin vəsaitin tutulub ona ödənilməsini iddia edir. Əvvəla, kassasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı əqd bağlanması məqsədilə Cavabdeh2 tərəfindən aldadılması mülki iş materialları ilə istisna olunmur. Yəni, Cavabdeh2 özünə məxsus olmayan sözügedən mənzilə dair İddiaç ı ilə ilkin alqısatqı müqaviləsi bağlaması Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən Cavabdeh1 MMC vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və digər maddələri üzrə başlanmış cinayət işinin materialları, o cümlədən qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə təsdiq olunur. Belə ki, Cavabdeh2 ilk gündən sözügedən mənzilin Camal Məlkova məxsus olduğunu bildiyi və hətta məhkəmənin sözügedən qətnaməsi ilə onun Camal Məlikova və digərlərinə qarşı “sözügedən mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilə dair Camal Məlikovla Cavabdeh1 MMC arasında bağlanmış 03 avqust 2007-ci il tarixli müqavilənin, habelə X4 Qəniyeva arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddia tələbləri rədd edildiyi halda, mənzilə dair İddiaçı ilə ilkin alqı-satqı müqaviləsi bağlamaqla, əslində sonuncuya birbaşa zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ yol verib. Mülki Məcəllənin 339-cu maddəsinin mənasına görə, aldatma dedikdə- şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan əqdin bağlanmasına nail olur. Ədin etibarsızlığı dedikdə isə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hü quqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqd qanunazidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb olur. Əqd etibarsız olduqda, bir qayda olaraq, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Əgər alınanları eyni ilə qaytarmaq mümkün deyilsə onun dəyəri pulla ödənilməlidir. Əgər tərəflərdən biri əqd üzrə müəyyən iş görmüşsə və sair bunların da dəyəri pulla ödənilməlidir. “Temuraz Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, alqı-satqı müqaviləsini etibarsız hesab etməklə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması təkcə onun əqd üzrə xərclərinin ödənilməsi ilə məhdudlaşmamalıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edildiyi halda mübahisəli əmlakın yaxşılaşdırılmasına çəkilən xərclərin əvəzinin ödənilməsinin tələb edilməsinin mümkünlüyü Mülki Məcəllənin 21-ci maddəsinin müddəasından irəli gəlir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırki halda d a İddiaçı cavabdehlərə qarşı mənzildə aparılmış təmir xərclərinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüy ü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür və yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: birincisi, törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; ikincisi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; üçüncüsü, ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Hazırki işdə də Cavabdeh2 özünə aid olmayan mənzilə dair İddiaçı ilə müqavilə bağladıqdan sonra sonuncunun mənzildə təmir işləri aparması, iddia ərizəsi, işdə iştirak edən şəxslərin izahatları, habelə “X2” MMC-nin 28 yanvar 2020-ci il tarixli “Qiymətləndirmə hesabatı” ilə də təsdiq olunur. Belə ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra İddiaçı məhz Cavabdeh2 razılığı ilə mənzildə müvafiq təmir işləri apardığını iddia edir. İşin qeyd olunan halları sözügedən müqavilə üzrə məhz Cavabdeh2 qeyd olunan mənzili 100.000 manata İddiaçı satması, mənzilin dəyərini təşkil edən həmin pul vəsaitini kassa məxaric orderinə əsasən qəbul etməsi, həm özünün, həm də əri Mənaf Ağayevin mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə notarial qaydada yazılı razılıq vermələri ilə də təsdiq olunur. Mənzildə müvafiq təmir işlərinin aparılması hesabata əlavə edilmiş fotoşəkillərlə də istisna olunmur. İddiaçı, mənzildə apardığı təmir işlərinə ümumilikdə 42.000 manat vəsait xərclədiyini iddia etsə də, sözügedən hesabatdan görünür ki, mənzilin təmirinə sərf olunan vəsaitin miqdarı təqribən 31.000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi, İddiaçı tərəfindən mənzildə müvafiq təmir işlərinin aparıldığını inkar etməsə də, iddianı bu hissədə rədd edərkən mənzildə təmir işlərinin aparılmasına dair İddiaçı ilə Cavabdeh1 MMC arasında müvafiq müqavilənin bağlanmaması və sonuncunun bu barədə üzərinə hər hansı öhdəlik götürməməsi ilə əsaslandırmağa çalışsa da, tərəflər arasındakı hazırki öhdəliyin müqavilədən deyil, məhz zərər vurmadan irəli gəldiyini nəzərə almayıb və bununla da Mülki Məcəllənin 386.1-ci maddəsinin tələblərini pozub. Belə ki, qeyd olunan maddənin mənasına görə, öhdəliklər- hüquqi və fiziki şəxslər arasında çox ciddi hüquq və vəzifələr yaratdığına görə onların əmələ gəlməsi əsaslarının dəqiq müəyyən edilməsini n böyük əhəmiyyəti vardır. Sözügedən maddədə öhdəliklərin əmələ gəlməsinin başlıca əsasları nəzərdə tutulub. Buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklər daxildir. Maddədə nəzərdə tutulmuş bu əsasları müqavilələrdən əmələ gələn öhdəliklər və müqavilədən kənar öhdəliklər deyə iki qrupa ayırmaq olar. Müqavilədən kənar öhdəliklər qrupuna zərər vurmadan, əsassız varlanmadan, Mülki Məcəllədə nəzərdə tutulmuş və qanundan irəli gələn öhdəliklər daxildir. Digər tərəfdən, başqa şəxsə zərər vurulması bir qayda olaraq hüquq pozuntusu (delikt) nəticəsində baş verir. Məhz hüquqa zidd hərəkətə yol vermiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Belə olan halda şəxsin hüquqa zidd hərəkəti onun üçün öhdəliklər yaradır. Haz ırki halda Cavabdeh2 İddiaçı qarşı hüquqi zidd hərəkətə yol verməsi və mənzildə aparılmış təmir xərclərinə görə məhz onun mülki hüquqi məsuliyyət daşıması nəticəsinə gəlməyə əsas verir. İddiaçı mənzildə təmir işlərinin aparılması üçün Cavabdeh1 MMC ilə müqavilə bağlamaması, onun zərər vurma qaydasında mənzildə apardığı təmir xərclərini Cavabdeh2 geri tələb etməsini istisna etmir. Apellyasiya instansiyası məhkəməsi, işin halları üzrə düzgün nəticəyə gəlsə də və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət versə də, iddianı mənzildə aparılmış təmir xərclərinə görə 31.000 manat pul tələbinə aid hissədə rədd etməklə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən, iddianın mənzildə aparılmış təmir xərclərinə görə pul tələbinə aid hissədə qismən 31.000 manat məbləğdə təmin edilməsi və İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan apellyasiya şikayəti verməməsini də nəzərə alır. Ona görə də kassasiya instansiyası məhkəməsi, İddiaçı kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- mənzildə aparılmış təmir xərclərinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməklə iddia qismən təmin olunmalı, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə, 3 saylı yaşayış kompleksində yerləşən, 3 otaqlı, ümumi sahəsi 157,6 kv.metr olan 45 saylı mənzildə aparılmış təmir xərclərinə görə Cavabdeh2 31.000 manat pul tutulub İddiaçı verilməli və qalan müb ahisələndirilən hissədə qətnamə İddiaçı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(103)-3774/2021 saylı qətnaməsi qismən- mənzildə aparılmış təmir xərclərinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilməklə iddia qismən təmin olunsun, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə, 3 saylı yaşayış kompleksində yerləşən, 3 otaqlı, ümumi sahəsi 157,6 kv.metr olan 45 saylı mənzildə aparılmış təmir xərclərinə görə Cavabdeh2 31.000 manat pul tutulub İddiaçı verilsin və qalan mübahisələndirilən hissədə qətnamə İddiaçı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5816/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5816/2021
14.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver