Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6943/2025 26.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia iddiaçı Maraqlı şəxs ərizəsi üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı iddia və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmaqla Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C ünvanında yerləşən binanın A girişindəki, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Cavabdeh2 həmin mənzilin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2020-ci il tarixli, 85 saylı protokolunun, ondan çıxarışın və Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C ünvanında yerləşən binanın A girişinin, 13-cü mərtəbəsindəki ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilində hər hansı bir şəxs və ya tikinti briqadası tərəfindən təmir, daxili yerdəyişmə işlərinin aparılması qadağan edilməklə mənzilin üzərinə həbs qoyulmasını, iş üzrə cavabdehə və digər üçüncü şəxslərə əmlak barəsində sərəncam verilməsinin rəsmiləşdirilməsinin məhdudlaşdırılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6275/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, hazırkı mülki iş üzrə iddianın təmini tədbiri kimi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C ünvanında yerləşən binanın A girişinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilində hər hansı bir şəxs və ya tikinti briqadası tərəfindən təmir, daxili yerdəyişmə işlərinin aparılması qadağan edilməklə mənzilin üzərinə həbs qoyulmuş və iş üzrə cavabdehə və digər üçüncü şəxslərə əmlak barəsində sərəncam verilməsinin rəsmişləşdirilməsi məhdudlaşdırılmışdır. Həmin qərardaddan verlmiş şikayətlər Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2428/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" MTK-ya və İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Həmçinin, Maraqlı şəxs mübahisə predmeti barsində müstəqil tələblər irəli sürən 3-cü şəxs qismində cavabdehlər "xxxx" MTK, İddiaçı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MTK, İddiaçı və Cavabdeh2 tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C ünvanında yerləşən 3 otaqlı, 59 saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Tbilisi prospekti, 100, M14, mənzil 4) istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması, maddi zərərin əvəzi kimi 5.000 manat pulun, mənəvi zərərin əvəzi kimi 50.000 manat məbləğində kompensasiyanın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddiasının təmin edilməsi, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən binanın A girişindəki ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Cavabdeh2 həmin mənzilin payçısı olmasının təsdiq edilməsi barədə Cavabdeh1 üzvlərinin ümumi iclasının xx.xx.2020-ci il tarixli, 85 saylı protokolunun, ondan çıxarışın və Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddiasının, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Maraqlı şəxs iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Maraqlı şəxs aid edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5636/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-1361/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə bu nəticə ilə razılaşmışdır. Bundan sonra mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs Maraqlı şəxs ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6275/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadla ərizə təmin edilsə də, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı şikayətinə əsasən həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4133/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ləğv edilərək, mübahisə predmeti barsində müstəqil tələblər irəli sürən 3-cü şəxs Maraqlı şəxs ərizəsi rədd edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə yenidən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C ünvanında yerləşən 3 otaqlı, 59 saylı mənzillə (yeni qaydalarla: AZ1102; Bakı şəhəri, Tbilisi prospekti, 100 M14, mənzil 4) bağlı tətbiq olunmuş iddianın təmin etmə/müvəqqəti təminat tədbirinin ləğv edilməsi və mənzilin üzərindən həbs və digər məhdudiyyətlərin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6275/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı və həmin qərardadla tətbiq edilmiş iddianın təmin etmə tədbirləri ləğv edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi, ərizənin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini iş üzrə çıxarılmış məhkəmə aktlarına istinadən onunla əsaslandırmışdır ki, hazırki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya və kasasiya şikayətləri nəticədə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5636/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-1361/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə təmin edilməmişdir. Sonradan iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Maraqlı şəxs və qeyrilərinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli mənzilin alqı-satqısına dair Cavabdeh2 ilə Maraqlı şəxs arasında bağlanmış və Bakı şəhəri 23 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-420 reyestr qeydli müqavilənin etibarsız hesab olunmasını, mənzilin Maraqlı şəxs adına aparılmış reyestr qeydiyyatının və müvafiq çıxarışın ləğv edilməsini, Maraqlı şəxs mənzildən çıxarılaraq mənzilin ona təhvil verilməsıni tələb etmişdir. Məhkəmənin gedişində iş üzrə cavabdeh Maraqlı şəxs qarşılıqlı iddia verərək əvvəllər də nümayiş etdirdiyi mövqeyini təkrarlayaraq ona vurulmuş maddi ziyanın əvəzi olaraq 13.000 manat pulun, mənəvi ziyanın əvəzi olaraq 15.000 manat pulun, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 171 manat dövlət rüsumunun, habelə hüquqi yardım üçün çəkilmiş 220 manat xərcin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3162/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 ilə Maraqlı şəxs arasında həmin mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, mənzilə dair Maraqlı şəxs adına xx.xx.2020-ci il tarixdə verilmiş çıxarış ləğv edilmiş, Maraqlı şəxs mənzildən çıxarılmış, mənzil İddiaçı təhvil verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3162/2023 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi ilə qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-362/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3162/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı ilk iddiası təmin edilməmişdir. Cavabdeh Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3162/2023 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsindən apellyasiya şikayəti isə təmin edilməmişdir. Bu qətnamədən İddiaçı kasassiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 29102)-2199/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Belə ki, məhkəmələr (istər Apelyasiya, istərsə də Ali Məhkəmənin Mülki Kollegiyaları) öz aktlarında vicdansız və qanunsuz davranan satıcı tərəfin hüquqdan sui-istifadə etməsini, etibarsız MTK sənədləri (özləri saxtalaşdırmışlar) əsasında aparılmış rəsmiləşmələri, preyudisial əhəmiyyətli məhkəmə qərarı ilə özəlləşmə və hüquqmüəyyən edici digər ilkin sənədlərin etibarsız hesab olunmasını görməməzlikdən gəlməklə “vicdanlı alıcı” institutunu yolverilməz əsaslarla qabartmış, bir sətirlik cümlə ilə vətəndaşa vurulan maddi ziyanı leqallaşdırmışdır. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq əlavə kassasiya qaydasında Ali Məhkəmənin Plenumuna şikayət verilmişdir. Şikayətin verilməsi iddiaçının hüquqları ilə əlaqədardır və o, əmlakının əlindən alınması ilə barışa bilməz. Məhkəmə instansiyalarının tükədilməsi baş verməmiş və iddiaçı ümidvardır ki, “vicdanlı alıcı” proseduruna düzgün qiymət verilməklə bu mübahisəli hal öz həllini tapacaqdır. Yaranmış bu boşluqdan istifadə edən tərəf, yəni Maraqlı şəxs vəkili-nümayəndəsi vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və ilk icraat üzrə tətbiq olunmuş məhdudiyyətin götürülməsini tələb etmişdir. İlk gündən həmin tərəfin məqsədi ciddi-cəhd ilə mənzili satıb aradan çıxmaqla işi öz xeyrinə yekunlaşdırmaqdan ibarətdir. O, mübahisəli vəziyyətin bu cür sonlandırılmasında yolverilməz vicdansız mövqe nümayiş etdirmişdir. Hazırkı işdə satıcı qismində iştirak edən Cavabdeh2 faktiki qüvvədən düşmüş MTK tərəfindən vaxtı ilə verilən əvvəlki sənədləri təqdim etməklə alıcı Maraqlı şəxs ilə ilk öncə ilkin müqavilə bağlaması, sonradan etibarsız özəlləşmə rəsmiləşdirməsi aparmaqla alqı-satqı etməsi faktı hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Ərizə ilə əlaqədar məhkəməyə verilmiş əlavə kassasiya şikayətinin surətinin təqdim olunmasını təsdiqləyən sənədin qeydə alınması üçün işin təxirə salınması məhkəmədən xahiş edilsə də, buna əhəmiyyət verilməmiş və məsələyə iddiaçının iştirakı olmadan baxılaraq müvəqqəti təminat tədbiri ləğv edilmişdir. Həmin qərardadla iddiaçı razılaşmır. Belə ki, qərardad onun hüquqlarına toxunmaqla yanaşı prossesual pozuntu ilə qəbul olunmuş və bu səbəbdən ləğv edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra iş üzrə icra icraatına başlanılmış, lakin icra icraatının başlanmasına əsas olmuş icra sənədinin tam şəkildə icra olunmadığı müəyyən edilmişdir. Bunun əsası ondan ibarətdir ki, tərəf yuxarı məhkəmə orqanında öz hüquqlarının müdafiə olunmasını arzulayır və şikayət vermişdir. Lakin ərizəyə baxan hakim öz qərardadında bunun maneə olmamasını göstərərək təmin tədbirini ləğv etməklə qarşı tərəfə daşınmaz əmlakın sonrakı taleyi barədə yolverilməz özgəninkiləşdirmə prosesini tətbiq etməyə şərait yaratmışdır. Məhkəmə iddiaçın mövqeyinə düzgün qiymət verməmiş, onun mövqeyinin əsaslandırılmasına şərait yaratmamaqla ədaləti təmin etməyərək, sübutları tədqiq etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra Maraqlı şəxs tərəfindən şikayətə qarşı yazılı etiraz təqdim edilmiş, lakin işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1473/2021 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər; 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər; 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalara istinadən qeyd edir ki, müvəqqəti təminat tədbiri, tərəflərin mövcud vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarət olmaqla, cavabdehlərin və digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını qeyri-mümkün edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Qüvvədə olan qanunvericilikdə bu tədbirin tətbiq edilməsi qaydası və əsasları ilə yanaşı, onun ləğv edilməsi qaydası və əsasları da təsbit edilmişdir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, müvəqqəti təminat təbirinin tətbiq edildiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)- 1473/2021 nömrəli mülki iş üzrə çıxarılmış xx.xx.2021-ci il tarixli qətnamə ilə İddiaçı iddiası təmin edilmiş, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmaqla Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilə ləğv edilmiş hesab olunmuş, Cavabdeh2 həmin mənzilin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının xx.xx.2020-ci il tarixli, 85 saylı protokolu, ondan çıxarış və Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilmişdir. Həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5636/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)- 1361/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə bu nəticə ilə razılaşmışdır. Bundan sonra İddiaçı cavabdehlər Cavabdeh2 və Maraqlı şəxs, habelə qeyrilərinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli mənzilin alqı-satqısına dair Cavabdeh2 ilə Maraqlı şəxs arasında bağlanmış və Bakı şəhəri 23 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, mənzillə bağlı Maraqlı şəxs adına aparılmış reyestr qeydiyyatının və verilmiş müvafiq çıxarışın ləğv edilməsini, Maraqlı şəxs mənzildən çıxarılaraq mənzilin ona təhvil verilməsıni tələb etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3162/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-362/2025 saylı,xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı iddiası təmin edilməmişdir. Bu qətnamədən İddiaçı kasassiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2199/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Bununla belə, qeyd edilən ilk mülki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddiası məhkəmələr tərəfindən təmin edilməklə, qeyd edilən mənzilə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsi, Cavabdeh2 mənzillə bağlı verilmiş maliyyə arayışı, habelə Kooperativinin üzvlərinin ümumi iclasının protokolu etibarsız hesab edilsə də, bu mənzil xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 tərəfindən Maraqlı şəxs satıldığından və bundan sonra sonuncunun mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından mənzilin iddiaçıya təhvil verilməsi mümkün olmamışdır. Bununla bağlı tərəflər arasında həmin müqavilənin etibarsız hesab edilməsi, Maraqlı şəxs mənzilə dair mülkiyyət hüququ barədə qeydin ləğv edilməsi və mənzilin sonuncu tərəfindən təhvil verilməsi tələbi üzrə yeni mübahisə yaranmış, lakin İddiaçı bu tələblər üzrə iddiası hüquqi nəticə etibarı ilə məhkəmə tərəfindən rədd edilmiş, mənzil Maraqlı şəxs mülkiyyətində saxlanılmışdır. Bu barədə məhkəmə qətnaməsi artıq qanuni qüvvəsini də almışdır. Mülki prosessual qanunvericiliyin tələbləri baxımından isə iddia rədd edildiyi halda tətbiq edilmiş müvəqqəti təminat tədbiri bu barədə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Qeyd edilənlər öz növbəsində iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6275/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbirlərinin ləğv edilməsini şərtləndirir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəmənin Qərarı qəbul edildiyi andan qüvvəyə minir və həmin Qərarla rədd edilmiş iddia ilə bağlı tətbiq edilmiş müvəqqəti təminat tədbirinin qüvvədə olma müddəti də həmin anla (vaxtla) məhdudlaşdırılır. Tərəfin əlavə kassasiya qaydasında şikayət verməsi tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsinin qarşısını almır və qüvvədə saxlanılması müddətinin davam etməsi üçün əsas yaratmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6275/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbirlərinin saxlanılması üçün hər hansı əsas yoxdur, mövcud olan əsaslar isə artıq aradan qalxmışdır. Qeyd edilənlər öz növbəsində onların ləğv edilməsini şərtləndirir. Bu baxımdan birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6943/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6943/2025
26.12.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver