Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6947/2025 19.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(006)-3451/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı xx.xx.1986-cı il tarixdə Könüllü Hərbi X5 Cəmiyyətində işə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2011ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən saat hesabı nəzəriyyə müəllimi vəzifəsinə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə 73-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı 2002-2011-ci illərdə istifadə etmədiyi məzuniyyət günlərinə görə 2.670 (iki min altı yüz yetmiş) manat miqdarında pul vəsaitinin ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2002-2011-ci illərdə istifadə olunmamış və kompensasiya ödənilməmiş əmək məzuniyyətlərinə görə 2.670 (iki min altı yüz yetmiş) manat miqdarında pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1986-ci ilin mart ayından 2017-ci ilə qədər cavabdeh Könüllü Hərbi X5 Cəmiyyətində “Avtomobilin quruluşu və Yol hərəkəti qaydaları” fənni üzrə nəzəriyyə müəllimi işləmişdir. İşlədiyi müddətdə onunla müəssisənin rəhbərliyi arasında heç bir problemlər olmamışdır. Dəfələrlə müəssənin rəhbərliyinə mənzuniyyətə çıxmaq istəyini bildirsə də, işci çatışmazlığından onu mənzuniyyətə buraxmayıblar. O, 1992-2012-ci illərdə işlədiyi müddətdə savad və bacarığını yüksək səviyyədə şagirdlərə çatdırmışdır. Məzuniyyət məsələsi ilə bağlı xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri ərizəsi ilə tanış olduqdan sonra ərizəni Sumqayıt şəhərində fəaliyyət göstərən X10 Xidmətinin 7 saylı region üzrə X6 rəisinə göndərmişdir. Sumqayıt şəhərində fəaliyyət göstərən X10 Xidmətinin 7 saylı region üzrə rəisi A.K.Əhədov ərizəyə cavab olaraq bildirmişdir ki, İddiaçı çatacaq 1992-2014-cü illərdə istifadə olunmamış məzuniyyətlər qalmışdır. xx.xx.2015-ci il tarixli yoxlama aparılması haqqında tərtib edilmiş 006075 saylı aktın qərarına əsasən xx.xx.2015-ci il tarixli, 005552 saylı yoxlama aktı tərtib edilmiş, xx.xx.2015-ci il tarixli C05552 saylı yoxlamanın nəticələri üzrə qərarla icrası məcburi olan tədbirlərin 3 ay müddətinə ona hesablanmamış məzuniyyət pullarının hesablanıb ödənilməsinin yerinə yetirilməsi müəssisə rəhbərliyinə tapşırılmışdır. Amma, 19 ilin məzuniyyət pulları hələ də ödənilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri ərizə ilə tanış olandan sonra ona bildirilmişdir ki, onların 19 il ərzində işlədiyi müddətdə həmin illərin məzuniyyətini cavabdeh Azərbaycan Respublikasının Könüllü Hərbi X5 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbində həmin dövr rəis işləmiş Cavabdeh ödəməmədiyinə görə məhkəməyə müraciət etmək hüququ vardır. Onun 1992-ci il tarixdən 2014-ci ilə qədər istifadə etmədiyi məzuniyyət haqqından 3 (üç) ilin pulu ödənilib qalan 19 (on doqquz) ilin pulunu almaq üçün müraciət etsə də, qanunsuz və əsassız olaraq onun məzuniyyət pullarını həmin dövrdə müəssisənin rəhbəri işləmiş (xx.xx.2002-ci il tarixdən xx.xx.2011ci illər üçün) cavabdeh Könüllü Hərbi X5 Cəmiyyəti Sumqayıt Avtomobil Məktəbin rəisi Cavabdeh oqlu ödəməlidir. Məktəbin rəisi işləmiş Cavabdeh tərəfindən hüquq və qanuni mənafeləri pozularaq onu məzuniyyətə buraxmayıb, bu barədə məzuniyyət üçün kompensasiya ödənilməyib. Hətta, məzuniyyət pulunun ödənilməsinə dair X10 Xidmətinin 005552 saylı qərarı olsa belə, bu günə qədər tam olaraq ona ödənilməli olan məzuniyyət pulu ödənilməyib. 890 manat məzuniyyət pulu hesablanıb üç ilin pulu ödənilib əmək cədvəlində göstərilib. 1992-ci ildən 2014-ci ilə qədər istifadə etmədiyi məzuniiyyət haqqının ödənilməməsini qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-61-ci maddələrinin tamamilə pozulmasına şərait yaradan cavabdeh Sumqayıt şəhər avtomobil məktəbinin rəisi öz şəxsi mənafeyi üçün heç kəslə hesablaşmadan öz mənafeyini ictimai mənafedən və dövlət mənafeyindən üstün tutmuşdur. O, 1986-cı ilin mart ayından 2017-cı ilin mart ayına qədər bu kollektivdə çalışmış, ömrünün çox hissəsini bu kollektivə həsr etmiş, məktəbin ictimai və digər işlərində daim fəal olmuşdur. O, işlədiyi dövrdən bir neçə müdir dəyişilib. O, dəfələrlə məzuniyyətə çıxmaq istəsə də, müəssisə rəhbərliyi tərəfindən işçinin olmadığı səbəbindən onu məzuniyyətə buraxmayıblar. Onun da əmək hüququ və istirahət hüququ vardır. Onun da, konstitusion hüquqları və vəzifələri vardır. Göründüyü kimi keçmiş direktoru Cavabdeh tərəfindən onun əmək hüququ və konustitusiya hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Qeyd olunanlara əsasən istifadə edilməmiş məzuniyyətlərə görə xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Könüllü Hərbi X5 Cəmiyyəti Sumqayıt Avtomobil Məktəbinin rəisi Cavabdeh olub. 9 (doqquz) ilin məzuniyyət kompensasiyası ödənişi 2.670 (iki min altı yüz yetmiş) manat təşkil edəcəyi halda, qeyd edilən məbləğ ödənilməyib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 7 saylı region üzrə X1 gələn məktubda, qərarın surətində qeyd olunub ki, 1992-ci ildən-2014-cü ilə qədər istifadə etmədiyi məzuniyyət pullarının hesablanması və İddiaçı ödənilməsi barədə tapşırıq verilsə də, cavabdeh tərəfindən təmin olunmadı. xx.xx.2015-ci il tarixli, 005552 saylı akt əsasında yoxlamanın qərarı ilə məcburi olan tədbirlər 3 ay müddətində ödənilməsinə göstəriş verilsə də, avtomobil məktəbi verilən tapşırığa əsasən məzuniyyət pullarının 3(üç) ilin pulunu ödəmişdir. 10(on) ilə yaxın vaxt keçməsinə baxmayaraq qalan 9(doqquz) ilin məzuniyyət pullarının ödənilməsini iş üzrə Cavabdeh ödəməmişdir. Halhazırda, 1992-ci ildən 2014-cü ilə qədər istifadə etmədiyi məzuniyyət illəri pullarının doqquz ilini həmin vaxtı müəssisənin direktoru işləmiş Cavabdeh günahı ucbatından ödənilməyib. Uzun müddət müraciətlərinin heç bir nəticəsi olmadığı üçün məcbur olub Bakı Şəhər Nəsimi rayon Məhkəməsinə müraciət edir ki, pozulmuş əmək hüqüqu, bərpa olunmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(006)- 3451/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, hazırkı tələb iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Belə ki, iddiaçının ödənilməsini xahiş etdiyi məzuniyyət haqqı 2002-2011-ci illərdə istifadə olunmamış məzuniyyət günlərini əhatə edir ki, iddiaçının həmin dövrdə Könüllü Hərbi X5 Cəmiyyətində işlədiyi müəyyən edilir və sonuncu əmək müqaviləsinə həmin cəmiyyət tərəfindən xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə 73-cü maddəsinə əsasən xitam verilmişdir. İddiaçı isə hazırkı tələbini həmin dövrdə Könüllü Hərbi X5 Cəmiyyətinin direktoru olmuş Cavabdeh qarşı qaldırmışdır. Halbuki iddiaçının tələbini yönəltdiyi həmin cavabdeh hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Cavabdeh iddiaçının işlədiyi dövrdə cəmiyyətin direktoru olmuş və cəmiyyətin ləğv edilməsi ilə onun da səlahiyyətlərinə xitam verilmişdir. Beləliklə, Könüllü Hərbi X5 Cəmiyyəti ləğv olunduğundan, iddiaçının əmək müqaviləsinə xitam verilən vaxt cəmiyyətin direktoru olan Cavabdeh isə cəmiyyətin öhdəlikləri ilə bağlı məsuliyyətli şəxs olmadığından ona qarşı hazırkı tələbin irəli sürülməsi yolverilən deyildir. İddiaçı isə Cavabdeh hazırki iddiaya cavab verməli olan şəxs olması barədə mötəbər sübutları təqdim etməmişdir. Məhkəmə iclasında MPM-in 14-cü maddəsinin tələbi baxımından əsl olmayan cavabdehlə bağlı məsələ müzakirə olunmuş, lakin iddiaçı cəmiyyətin ləğv olunduğunu, ona isə həmin dövrdə direktor olmuş şəxsə qarşı iddia qaldırmalı olduğunun izah edildiyini bildirərək, iddia tələbini düzgün olaraq Cavabdeh qarşı irəli sürdüyünü israr etmiş və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bu səbəbdən Azərbaycan Respublikası MPM-in 54.2-ci maddəsinə əsasən məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Belə olan halda məhkəmə qeyd etmişdir ki, tələb üzrə iddiaya cavab verməli olan şəxs hazırkı iş üzrə Cavabdeh olmadığından iddia rədd olunmalıdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının müvafiq iddianı düzgün olmayan cavabdehə qarşı qaldırılması müəyyən edildiyindən və bu əsasla iddia tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən, iş üzrə iddia müddətinin tətbiqinə zərurət qalmır. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün məzuniyyətlə bağlı hüquqlarının pozulduğu andan dərhal aidiyyatı qurumlara müraciətlər edildiyini, bu barədə rəsmi qurumlardan cavab məktublarının gəldiyini, qəbul edilmiş qərarların, tərtib edilmiş aktların mövcudluğunu bildiyi halda cavabdehin maraqlarının qorunması istiqamətində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu hal məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Həmçinin Bakı şəhəri Nəsimi rayon Məhkəməsi iddia tələbinin qanuni və əsaslı olduğunu bildiyi halda, guya həmin iddia tələbinin başqa cavabdehə yönəlməli olduğunu əsas gətirmişdir, cavabdehin maraqlarının qorunması məqsədi ilə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bu hal məhkəmə tərəfindən sübut edilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi hazırda onun ödənilməyən məzuniyyət pullarının konkret olaraq kimdən, hansı cavabdehdən tutulub ödənilməsi məsələsinə tam olaraq aydılıq gətirməmişdir. Bu vəziyyət işin hallarına uyğun gəlmir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları İddiaçı məhkəmə tərkibinin 2 hakiminə verilmiş etirazın baxılmamış saxlanılması ilə razılaşmayaraq verdiyi apellyasiya şikayəti ilə bağlı mövqe bildirməkdən imtina edərək məhkəmə iclas zadını tərk etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya): 110-cu maddəsinin 1-ci bəndinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 135-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş əsas məzuniyyətlərin (21 və ya 30 təqvim günü) bir iş ilindən başqa iş ilinə keçirilməsi,habelə əmək məzuniyyətlərinin dalbadal iki il ərzində verilməməsi qadağandır. 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddənin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən–iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan İT-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı xx.xx.1986-cı il tarixdə Könüllü Hərbi X5 Cəmiyyətində istehsalat tədrisi müəllimi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən saat hesabı nəzəriyyə müəllimi vəzifəsinə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə 73-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti 7 saylı region üzrə X6 xx.xx.2015-ci il tarixli 232/1 saylı məktubunda göstərilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeçiliyində olan Hərbi Vətənpərvərlik və X3 Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər 1 № li filialından işlədiyi illər ərzində məzuniyyətdən istifadə etmədiyinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciət aidiyyəti üzrə araşdırılmışdır. Araşdırma zamanı müəyyən olundu ki, onun işləmiş olduğu 1992-2014-cu illərdə istifadə olunmamış məzunuyyətləri qalmış, lakin xx.xx.2014-cü il tarixli 38 № li əmrlə onlar həmin filialdan işdən azad olunmuş, ona son haqq-hesab hesablanarkən məzuniyyətdə olmadığı illərin məzuniyyət pulları hesablanmamış və ödənilməmişdir. Bununla əlaqədar Filialda tərəfindən xx.xx.2015-ci il tarixli yoxlama aparılması haqqında 006075 saylı qərarına əsasən xx.xx.2015-ci il tarixli 005552 saylı yoxlama aktı yazılmış, xx.xx.2015-ci il tarixli 005552 saylı yoxlamanın nəticələri üzrə qərarla icrası məcburi olan tədbirlərin 3 ay müddətinə sizə hesablanmamış məzuniyyət pullarının hesablanıb ödənilməsi yerinə yetirilməsi Filial rəhbərliyinə bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti 7 saylı region üzrə X6 35/1 saylı xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Səfərbrlik və Hərbi Çağırış üzrə Dövlət xidməti "Hərbi Vətənpərvərlik və X3’’ MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialında istifadə etmədiyi illərin məzuniyyətə görə kompensasiyasının ödənilməsinə köməklik edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyiniz təkrar eyni məzmunlu müraciətinə baxılmış və xx.xx.2015-ci il tarixli 232/1 saylı məktub ilə cavablandırılmışdır. Əlavə olaraq bildirilir ki, müraciətin araşdırılması nəticəsində inzibati xəta haqqında aşkar edildiyindən müəssisə rəhbərliyinə 09 iyun 2015 ci il tarixli 000646 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmiş və 12 iyun 2015-ci il tarixli 000645 nömrəli İnzibati tənbeh haqqında Qərarla 1.500 (min beş yüz) manat cərimə tədbiq edilmişdir. Həmin cərimənin ödənilməsi məqsədi ilə Sumqayıt şəhər İcra şöbəsi ilə xx.xx.2015-ci il tarixli 45/m saylı məktubla rəsmi müraciət olunmuşdur. Eyni zamanda ’’Hərbi Vətənpərvərlik və X3’’ MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialının rəhbərliyinin 23 may 2018-ci il tarixli 07 nömrəli məktubnda onlar 1992-ci ildən 2012-ci ilədək Könüllü Hərbi Vtənpərvərlik Texniki İdman Cəmiyyətində (KHVTİC) işlədiyini, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə "Hərbi Vətənpərvərlik və X3” MMC-nin yarandığını, Azərbaycan Respublikası Könüllü Hərbi X5 Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün statusundan imtina etdiyini, əmlakın dövlətə verdiyini nəzərə maraq onun əmlakı "Hərbi Vətənpərvərlik və X3’ MMC-nə verilmişdir. ’’Hərbi Vətənpərvərlik və X4" MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialı vətəndaşın həmin müəssisədə xx.xx.2012-ci il tarixindən işlədiyi illər üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiya pulunun ödənilməsini cəmi 890(səkkiz yüz doxsan) manat təmin etmişdir. Mübahisəli hal hesab eldiyi təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə daxil olmuş Azərbaycan Könüllü Hərbi X5 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbi (VÖEN **********) barədə məlumatın təqdim edilməsinə dair müraciətiniə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildirilir ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən Azərbaycan Könüllü Hərbi X5 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin direktoru Cavabdehdur və hal-hazırda fəaliyyəti aktivdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti "Hərbi Vətənpərvərlik və X3" Məhdud Məsuliyyətli Cəmiyyətinin 101 saylı xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Könüllü Hərbi X5 Cəmiyyəti 14 iyun 2012-ci il tarixdə özünün növbədənkənar X qurultayında ictimai statusundan imtina etmiş və əmlakının dövlətə verilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X3" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. "xxxx" MMC KHVTİC-nin hüquqi varisi deyildir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət xidməti “Hərbi Vətənpərvərlik və X3” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialının 11 saylı xx.xx.2023cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Könüllü Hərbi X5 Cəmiyyəti öz hüquqi statusundan imtina edərək 2012-ci il tarixində qurultay çağıraraq könüllü qaydada ləğv olunmuşdur. Keçmiş Cəmiyyət rəhbərliyinin bu ünvanla heç bir əlaqəsi yoxdur. Sumqayıt şəhər Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞS-MT030-2023 02600 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı əmək mübahisəsi ilə bağlı tələbinə dair xx.xx.2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası Könüllü Hərbi X5 Cəmiyyəti və direkioru X8 mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. İddiaçı 60 manat mediasiya xərcini ödəmişdir. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)-2182/2019 nömrəli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-4418/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərli və Hərbi Çağırış üzrə Dövlət Xidməti “Hərbi Vətənpərvərlik və X3” MMC-nin Sumqayıt şəhər 1 saylı filialına qarşı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi, əvvəlki işinə qaytarılaraq müqavilə bağlaması öhdəliyinin qoyulması, sığorta haqqının ödənilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-4418/2018 nömrəli qətnaməsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə Könüllü Hərbi X5 Cəmiyyətində işə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən saat hesabı nəzəriyyə müəllimi vəzifəsinə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə 73cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı 2002-2011-ci illərdə istifadə etmədiyi məzuniyyət günlərinə görə 2.670 (iki min altı yüz yetmiş) manat miqdarında pul vəsaitinin ödənilməsini xahiş edir. Lakin həmin vəsaiti iddiaçıya ödəməli olan tərəf, yəni iddiaçının hazırki iddiasına cavab verməli olan cavabdeh olan şəxs Cavabdeh deyildir. Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Cavabdeh iddiaçının işlədiyi dövrdə cəmiyyətin direktoru olmuş və cəmiyyətin ləğv edilməsi ilə onun da səlahiyyətlərinə xitam verilmişdir. Göründüyü kimi Könüllü Hərbi X5 Cəmiyyəti ləğv olunduğundan, iddiaçının əmək müqaviləsinə xitam verilən vaxt cəmiyyətin direktoru olan Cavabdeh isə cəmiyyətin öhdəlikləri ilə bağlı məsuliyyətli şəxs olmadığından ona qarşı hazırkı tələbin irəli sürülməsi yolverilən deyildir. İddiaçı isə Cavabdeh hazırki iddiaya cavab verməli olan şəxs olması barədə mötəbər sübutları təqdim etməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iş materialları ilə iddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh hazırki iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, hazırki iddia tələbinə cavab verməli olan şəxs Cavabdeh olduğu təqdirdə belə, iddiaçı istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın məhz Cavabdeh tərəfindən ödənilməli olmasını sübuta yetirməmiş, eyni zamanda Cavabdeh tərəfindən iddiaçıya hər hansı formada maddi ziyan vurmağı müəyyən edilməmişdir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Kollegiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin hazırda onun ödənilməyən məzuniyyət pullarının konkret olaraq kimdən, hansı cavabdehdən tutulub ödənilməsi məsələsinə tam olaraq aydılıq gətirməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi irəli sürülmüş tələb üzrə iddiaya cavab verməli olan şəxsin Cavabdeh olmamasını müəyyən etsə də, göstərilən məsələyə tam olaraq aydınlıq gətirmək vəzifəsini daşımır. Kollegiya bu qənaətə gələrkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi və s.tələblər üzrə qanuni qüvvəyə minmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin mövcudluğunu da nəzərə almışdır. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(006)- 3451/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.