Məhkəmə qərarları › İş №2(103)-6949/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6949/2021

18.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6949/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X10 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-998/2021 saylı 31 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “tutulmuş alimentin əlli faizinin uşaqların hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları olan 2014-cü il təvəlüdlü X6 və 2016-cı il təvəllüdlü X2 üçün tutulmuş alimentin, yəni min dörd yüz manat pulun əlli faizini övladlarının hesabına keçirilməsi barədə qərar qəbul edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı nikahın pozulması və iki uşağın saxlanması üçün aliment tələbi ilə iddia qaldırmışdır. Məhkəmə hər ay ayliq qazancının 1/3 hissısi miqdarında (yeni min dörd yüz manat) alimentin tutulub cavabdehə verilməsi barədə 2(007)-929/2020 nömrəli, 27.02.2020-ci il tarixli qərar qəbul edərək qətnamə çıxarmışdır. Lakin bu pullar onun övladlarından ötrü xərclənmədiyinə dəqiqliyinə əmindir. Ona görə də həmin pulun əlli faizini övladları üçün hesab açılıb onların hesablarına köçürülməsi barədə qərar çıxartmaq üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-998/2021 saylı 31 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın rədd edilməsini uşaqların tərəflərin birgə yaşadıqları dövrdə və hazırda olan maddi təminatın aşağı düşməsinə səbəb ola bilər və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ödədiyi alimentin cavabdeh tərəfindən uşaqların ehtiyacları üçün deyil, digər məsrəflərə xərclənməsinə iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə har-hansı bir sübut təqdim etməmiş kimi əsaslanrırmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 929/2020 saylı qətnaməsi ilə iki az yaşlı övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, 21 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay qazancımın 1/3 (1500 AZN) hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Bundan əlavə Cavabdeh məhkəməyə müraciət edərək iştəmişdir ki, hər ay aldığı 1500 manat alimentdən başqa 2(007)-2143/2018 saylı, 11.062018-ci il tarixli qərardadda qeyd olunan 350000 manat vəsaitin onun tərəfindən cavabdehlə böldüyü və ona düşən 175000 manat bank hesabında olan pulun aylıq depozit faizlərin 1/3 hissəsi miqdarında əlavə olaraq aliment tutularaq cavabdehə verilsin və Nizami Rayon Məhkəməsi 8(007)-280/2020 saylı qərardadı ilə həmin bu müraciəti təmin etmişdir. Hazırda minimum aliment bir uşaq üçün 170 manat miqdarında dövlət tərəfindən müəyyən olunub və onun qazancından tutulan 1500 manat aliment müəyyən olunan minimumdan dəfələrlə çoxdur, bank hesabında olan pulun aylıq depozit faizlərin 1/3 hissəsi miqdarında əlavə olaraq aliment tutulmasın nəzərə almamışdır. Cavabdehlə razılığa gəlmişlər ki, oğlu X5 1-ci sinifə Nərimanov rayonunda yerləşən Ankara adlı dövlət liseyinə düzəltsinlər amma uşağın qeydiyyatı Nizami rayonunda olduğuna görə həmin liseyə daxil ola bilməmişdir. Çünki Təhsil Nazirlikdən onlara izah etmişlər ki, uşaq qeydiyyatda olduğu yerdə məktəb və ya lisey seçimi edə bilər. Bu səbəbdən uşaq bir ilini itirməməsi üçün cavabdehə təklif etmişdir ki, uşağı bir il özəl liseyə qoysunlar və ikinci sinifdən dövlət liseyinə keçirsinlər ki, növbəti illərdə pullu liseyə illik təhsil haqqı üçün alimentdən 6000 manat xərclənməsin, həmin aliment puluna qənaət edilsin uşaqların gələcəyi üçün. Cavabdeh terəfindən məhkəməyə təqdim olunan məktəb təhsil haqqı xərcləri bu günədək yuxarıda göstərilən aliment pulundan artıq ödənilib. Onun məqsədi uşaqların mənafelərini, maraqlarını qorumaqdır və gələcəkdə maddi rifahlarını təmin etməkdir bu səbəbdən istəyir ki, onun qazancından tutulan böyük miqdarda alimentin yarısı uşaqların hesabına köçürülsün və onlar yetkinlik yaşına çatanda hesablarında yığılmış vəsaitə özləri sərəncam verə bilsinlər çünki aliment pulunun yarısı uşaqlar üçün yığılmasını cavabdeh tərəfindən zəmanət verilə bilinməz. Aliment pulun yarısı yəni 750 manat və bankdakı hesablarından tutulan hissə uşaqların paltarlarına, yeməyinə, əyləncəsinə, müalicəsinə və s. kifayətdir. Cavabdeh uşağı növbəti illərdə özəl liseydə oxutdurmasının davam etməsini bəhanə gətirərək alimentin yarısını uşaqların hesabına köçürülməsi barədə iddia tələbini qəbul etməmişdir, çünki cavabdeh uşaqların yox ilk növbədə öz mənafeyini və marağını güdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və qətnamənin ləğv eidlməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili X14 apellyasiya şikayətinə etiraz təqdim edərək təmin edilməməsini və qətnamənin dəyişdirlmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-998/2021 saylı 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: - Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 mart 2020 il tаriхdə vеrilmiş AZ-T № 018266 saylı nikah haqqında şəhаdətnаməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 23 oktyabr 2010-cu il tаriхdə İddiaçı ilə Cavabdeh аrаsındа nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 oktyabr 2010-cu tarixdə 1383 № ilə qеyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mursaquliyev, arvada Məmmədova soyadı verilmişdir. - 2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən 13 iyun 2020-ci il tаriхdə vеrilmiş AZ-T № 106720 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 09 iyun 2014-cü il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 21 iyun 2014-cü il tarixdə 3566 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 mart 2020-ci il tаriхdə vеrilmiş AZ-T № 126103 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 07 noyabr 2016-cı il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 11 noyabr 2016-cı il tarixdə 4016 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. - Bir tərəfdən "xxxx" Ü.T.M MMC, Sifarişçi 1FS sinif şagirdi X3 valideyni Cavabdeh və digər tərəfdən icraçı X9 arasında bağlanmış 13 oktyabr 2020-ci il tarixli Məktəbli daşıma xidmətlərinin göstərilməsi haqqında servis haqqında müqavilədən görünür ki, sifarişçi məktəbli daşıma xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış qaydada “məktəbli daşıma” xidmətləri göstərməyə öz öhdəsinə götürür. - "xxxx" Ümumi Təhsil Müəssisəsi MMC Təhsil müəssisəsi, valideyn Cavabdeh Nazim qızı və tələbə X7 arasında bağlanmış 23 iyul 2020-ci il tarixli 1573 saylı Təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, Təhsil müəssisəsi 1-ci sinif, rus bölməsi proqramını tədris etməyi, valideyn isə təhsil proqramının tədris olunması üşün 10 sentyabr 2020-ci ildən 25 iyun 2021-ci ilədək olan dövrü əhatə edən 2020-2021-ci tədris ili üçün 5600 manat təhsil haqqını təhsil müəssisəsinə ödəməyi öhdəsinə götürür. - 05.08.2020-ci il tarixli kassa mədaxil orderindən görünür ki, X6 tərəfindən 250 manat ödəniş edilmişdir. - 11.08.2020-ci il tarixli qəbzin sürətindən görünür ki, X3 təhsili ilə bağlı "xxxx"a 601 manat ödəniş edilmişdir. - 04.09.2020-ci il tarixli qəbzin sürətindən görünür ki, X3 təhsili ilə bağlı "xxxx"a 2002 manat ödəniş edilmişdir. - 11.08.2020-ci il tarixli qəbzin sürətindən görünür ki, X3 təhsili ilə bağlı "xxxx"a 3003 manat ödəniş edilmişdir. - "xxxx" MMC-nin 17.06.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 01.11.2016-cı il tarixindən "xxxx" MMC-nin Radio giriş şəbəkəsinin tutumunun idarə edilməsi üzrə bölmə rəhbəri vəzifəsində işləyir və onun aylıq əmək haqqı vergilər daxil olmaqla 4972,03 AZN (dörd min doqquz yüz yetmiş iki manat, 03) təşkil edir. Hazırkı arayış əsasında "Azerconnect MMC" şirkəti İddiaçı adından, onun xeyrinə və ya ona münasibətdə hər hansı məsuliyyət və ya öhdəlik qəbul etmir, o cümlədən onun xeyrinə maliyyə və ya digər zəmanət vermir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-280/2020 saylı 19.11.2020-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-929/2020 saylı, 27.02.2020-ci il tarixli qərardadında “09 iyun 2014-cü il təvəllüdlü X3 və 07 noyabr 2016-cı il təvəllüdlü X1 üçün 21 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh verilsin” ifadəsi “09 iyun 2014-cü il təvəllüdlü X3 və 07 noyabr 2016-cı il təvəllüdlü X1 üçün 21 yanvar 2020-ci il tarixdən başlayaraq cavabdehin hər ay qazancının və eyni zamanda başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh verilsin” ifadəsi kimi izah edilməsi qərara alınmışdır. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.3-cü bəndi ilə məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli 2(011)-3662/2018 saylı qətnaməsi ilə iddia Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-929/2020 saylı 08 dekabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı 09 iyun 2014-cü il təvəllüdlü X6 və 07 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, 21 yanvar 2020-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Hazırda isə iddiaçı uşaqların saxlanması üçün ödədiyi alimentin cavabdeh tərəfindən uşaqların saxlanması üçün xərclənmədiyini bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə, cavabdeh tərəfindən uşaqlarının təhsil, geyim yol nəqliyyat xərcləri ilə bağlı sənədlər məhkəməyə təqdim edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından aydın olur ki, alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalıdır. İddiaçı ödədiyi alimentin yarısının uşaqların hesabına köçürülməsini xahiş etsə də, məhkəmə belə qənaətə gəlir ki, bu hal uşaqların tərəflərin birgə yaşadıqları dövrdə və hazırda olan maddi təminatının aşağı düşməsinə səbəb ola bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə İddiaçı tərəfindən 09 iyun 2014-cü il təvəllüdlü X6 və 07 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ödədiyi alimentin cavabdeh tərəfindən uşaqların ehtiyacları üçü deyil, digər məsrəflərə xərclənməsinə, iddia tələbində istinad etdiyi halların sübuta yetirilməsidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İş materiallarından göründüyü kimi, iddiaçı tərəf iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisə üzrə İddiaçı ödədiyi alimentin cavabdeh tərəfindən uşaqların ehtiyacları üçü deyil, digər məsrəflərə xərclənməsinə, iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim edə bilmədiyindən, iddiasını həmin hallara uyğun əsaslandırmadığından, iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsaslı hesab edilə və qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, Apellyasiya şikayəti yuxarıda qeyd edilənlərə əsasən təmin edilə və şikayətdə göstərilən hallar həmin qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, Apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-998/2021 saylı 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-998/2021 saylı 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar