Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6996/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə,Bakı şəhəri Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1527/2022 saylı işi üzrə 01 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1527/2022 saylı işi üzrə 05 may 2022ci il tarixli, qətnaməsi ilə İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə, Bakı şəhəri Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilmişdir (iş səh.62).İddiaçı tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmişdir (səh.77). Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5249/2022 saylı işi üzrə 05 iyul 2022-ci il tarixli, qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1527/2022 saylı 05 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (səh.84). İddiaçı yeni apelyasiya şikayəti və "buraxılmış müddətin bərpasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, texniki səbəblərdən yaranmış hala görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1527/2022 saylı 05 may 2022-ci il tarixli, qətnaməsindən şikayət verilməsi üçün müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir (səh.96). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1527/2022 saylı işi üzrə 10 avqust 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, e-2(006)-1527/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş "buraxılmış müddətin bərpasına” dair ərizənin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, e-2(006)-1527/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır(səh.106). Həmin qərardaddan İddiaçı tərəfindən şikayət ərizəsi verilmişdir (səh.111).Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1527/2022 saylı işi üzrə 01 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə, Bakı şəhəri Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, e-2(006)-1527/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş qərardaddan şikayət ərizəsinin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1, 135.6, 268.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mülki işin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, e-2(006)-1527/2022 saylı qərardadı 15 avqust 2022-ci il tarixdə İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. Lakin həmin qərardaddan şikayət isə qanunla müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra, yalnız 26 avqust 2022-ci il tarixdə verilmişdir. qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.Göründüyü kimi, qərardad 15 avqust 2022-ci il tarixdə iddiaçıya məxsus elektron kabinetə yerləşdirilməklə, rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır. Lakin həmin qərardaddan verilmiş şikayət ərizəsi qanunla müəyyən edilmiş müddət bitdikdən sonra verilmişdir. Qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Qərardadın iddiaçının müraciəti əsasında qəbzə imza etməklə kağız daşıyıcı üzərində ona təqdim olunması halı vəziyyəti dəyişdirmir. Belə ki, mülki iş materiallarına əsasən qəbul edilmiş qərardad yuxarıda qeyd edildiyi kimi, iddiaçının elektron kabinetinə yerləşdirilmiş, bu isə məhkəmə aktının tərəfə rəsmi qaydada təqdim olunmasıdır. Belə olan halda qərardadın müraciət əsasında sonradan alınması prosessual müddətin həmin vaxtdan etibarən hesablanması anlamına gələ bilməz (səh.126). İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin e-2(006)- 1527/2022 saylı işi üzrə 01 sentyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini və qanunauyğun prosessual hərəkətlərin icrasının təmin olunmasını xahiş etmiş, qərardadın elektron sistemə yerləşdirilməsi ilə bağlı ona elektron poçt, sms və ya digər yolla heç bir məlumat çatdırılmamış, iş materaillarında da barədə sübutu olduğu görsənmir. Qərardadı rəsmi qaydada 25 avqust 2022-ci il tarixdə əldə etmiş və növbəti gün dərhal şikayətlə müraciət etmişdir. Əlavə olaraq, 10 avqust 2022-ci il tarixli qərardadın baxılmasına iştirak etmək üçün rəsmi qaydada, yəni nə poçt məktubunə s və ya elektron poçtla çağırılmamışdır.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə (səh.138). Məhkəmənin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmişdir (səh.145). Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-135, 146, 395, 397-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayyətçinin diqqətinə çatdırılmalıdır ki, onun dəlilləri ümumi səciyyə daşıyır, sübuta yetirilmir və dispozitiv imkandan sui-istifadəyə şərait yaradan amil kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinintələblərinə əsasən: Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6, 135.7-ci maddələrinin tələblərinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Məcəllənin 357.1,360, 396.1.-cı maddələrinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti (məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində, qərardad isərəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər) verə bilər. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, hazırki iş üzrə qərardaddan şikayət verilməsi üçün müddətin bərpasına dair müraciət mövcud olmamışdır. Ona görə, müddətin ötürülməsinin üzrlü səbəblərinin (umumiyyətlə müddətlə bağlı) müzakirələrin aparılması prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1527/2022 saylı işi üzrə 01 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. .
Məhkəmə qərarları › İş №2(103)-6996/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6996/2022
17.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver