Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6997/2025 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Sadıqov Vahid Nəriman oğlu və Səmədov Rəşid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2(001)-4551/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixində nikaha daxil olmuş və onların nikahı Səadət Sarayında 3081 saylı akt qeydi ilə eyni tarixdə qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından 3 övladları-xx.xx.2008-ci il təvəllüdlü X15, xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X13 dünyaya gəlmişdir. İddiaçı və cavabdeh arasında mediasiya prosesində “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması, aliment və uşaqla ünsiyyət” tələbi ilə bağlı xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00422 saylı barışıq sazişi bağlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4626/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2007-ci il tarixində 3081 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Hazırda iddiaçı qeyd edilən barışıq sazişinin 2-ci və 3-cü bəndinin etibarsız hesab edilməsini və xx.xx.2017-ci il təvəllüdlü X4 İddiaçı yanında saxlanılması, xx.xx.2017-ci il təvəllüdlü X4 Cavabdeh alınaraq İddiaçı verilməsini, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 1 uşağa görə qazancının və başqa gəlirlərinin 1/4 hissəsində alimentin, 61 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh və Bakı 13 saylı Mediasiya Təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsi və sair” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli Barışıq sazişinin 2-ci bəndində qeyd olunan: Tərəflər, 1-ci tərəf X1 2-ci tərəf Cavabdeh ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi 2-ci tərəf Cavabdeh yanında, himayəsində saxlanılmasına razılaşdılar", Barışıq sazişinin 3-cü bəndində qeyd olunan “Tərəflər, 1-ci tərəf İddiaçı 2ci tərəf Cavabdeh ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü ilin may ayından başlayaraq hər ayın 25-i 30-u aralığında hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 manat aliment məbləğinin İddiaçı Cavabdeh ödəməsi barədə razılaşdılar” bəndlərinin etibarsız hesab edilməsini, xx.xx.2017-ci il təvəllüdlü X4 İddiaçı yanında saxlanılması, xx.xx.2017-ci il təvəllüdlü X4 Cavabdeh alınaraq İddiaçı verilməsini, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 1 uşağa görə qazancının və başqa gəlirlərinin 1/4 hissəsində alimentin, 61 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə xx.xx.2025-ci il tarixində vəsatətlə müraciət edərək Bakı 13 saylı Mediasiya Təşkilatının cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixində nikaha daxil olmuş və onların nikahı Səadət Sarayında 3081 saylı akt qeydi ilə eyni tarixdə qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından 3 övladları-xx.xx.2008-ci il təvəllüdlü X15, xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X13 dünyaya gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4626/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı və cavabdeh arasında xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00422 saylı Barışıq sazişi bağlanmışdır. Həmin Barışıq sazişinin 2-ci bəndinə əsasən Tərəflər birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi Cavabdeh yanında, himayəsində saxlanılmasına, Barışıq sazişinin 3-cü bəndinə əsasən Tərəflər, İddiaçı və Cavabdeh ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2009- cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü ilin may ayından başlayaraq hər ayın 25-30-u aralığında hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 manat aliment məbləğinin İddiaçı tərəfindən Cavabdeh ödənməsi barədə razılaşmışlar. Birgə nikahdan dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X13 iddiaçının yanında qalmaqda israrlıdır, bunu da iddiaçıya yazdığı məktublarında bildirmişdir. Mədinə Əliyeva iddiaçıya yazdığı 27.11.2O24- cü il məktubda qeyd edir ki, “mən anamı, çox sevirəm, mən anamla qalmaq istəyirəm, bacım məni döyür, nənəm üstümə qışqırır, mənimlə pis rəftar edir, atam mənim üstümə qışğırır, mən atamla qalmaq istəmirəm, anam məni gəlib götürsün”. xx.xx.2024-cü il məktubda isə qeyd edir ki, “ana mən səni çox sevirəm, sən mənim gözəl anamsan, gəl məni apar”. Belə olduğu təqdirdə iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2(001)- 4551/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “tərəflər arasında mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişində hər iki tərəf əqdin etibarlılığı (şərtin yerinə yetirilmədiyi halda əqdin etibarsızlığı) şərtlərindən biri olan əqdin subyekt tərkibinə dair tələblərə cavab verirlər. Belə ki, mübahisələndirilən sazişi bağlayan tərəflər birgə nikahlarından dünyaya gəlmiş uşaqların valideynləri olaraq onların yaşayış yerinin müəyyən ediməsi ilə bağlı Ailə Məcəlləsi ilə onlara verilmiş hüquqlara malik şəxslər olmuşlar. Beləliklə, tərəflər əqdin etibarlılığı üçün subyekt tərkibinə dair şərtlərə cavab verən şəxslərdir. Məhkəmə tərəflər arasında bağlanmış barışıq sazişinin forması ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 881.3-cü maddəsində barışıq razılaşmasının forması ilə bağlı tələbin olmadığının qeyd edilməsinə baxmayaraq, “Mediasiya haqqında” Qanunun 33.1-ci maddəsi barışıq sazişinin tərəflər arasında yazılı formada bağlanmasını imperativ tələb olaraq müəyyən edir. Hazırda mübahisələndirilən barışıq sazişi bağlanarkən də tərəflər barışıq sazişinin formasına dair qanunvericiliyin müəyyən etdiyi imperativ tələblərə əməl etmiş və onlar barışıq sazişini yazılı şəkildə bağlamışlar. Beləliklə də, tərəflər əqdin etibarlılığı üçün onun forma ilə bağlı tələblərinə də əməl etmişlər. Əqdin məzmununa dair şərtlərlə bağlı məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 390-cı maddəsində də qeyd edildiyi kimi fiziki şəxslər azad surətdə bağladıqları müqavilənin məzmununu müəyyən edə bilər, eləcə də müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Müqavilə şərtlərinin tərəflərin istəyi ilə müəyyənləşdirilməsinin Mülki Məcəllə bir istisnasını müəyyən edir ki, o da həmin şərtin məzmununun Mülki Məcəllə ilə müəyyən edildiyi haldır. İndiki halda tərəflər müqavilənin məzmununu özləri müəyyən etmiş və müəyyən edilmiş məzmunla bağlı qanunvericilikdə də hər hansı bir istisna qeyd edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, barışıq sazişinin əqdin bu etibarlılıq şərtinə də cavab verir. Əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair məhkəmə qeyd etmişdir ki, iradə ifadəsinə bağlı olan şərtlərə Mülki Məcəllənin 339-cu maddəsində (Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı) 340-cı maddəsində (Uydurma və yalan əqdlərin etibarsızlığı), 342-ci maddəsində (Fəaliyyət qabiliyyəti olmayan şəxslərin bağladığı əqdlərin etibarsızlığı), 344-cü maddəsində (On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı), 346-cı maddəsində (Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) və 347- ci maddəsində (Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı) nəzərdə tutulmuş şərtlər aid edilə bilər. İradə ifadəsinə bağlı olan şərtlər ümumiyyətlə iradə ifadəsinin olmaması, yaxud olduğu halda da qüsurlu (zədəli) olması ilə bağlı olan şərtlərdir. Məhkəmə tərəflər arasında bağlanmış barışıq sazişinin bağlanması zamanı tərəflərin iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsinin vəhdətinə münasibətdə qeyd etmişdir ki, keçirilmiş məhkəmə hazırlıq iclaslarında, eləcə də məhkəmə baxış iclasında cavabdeh mübahisələndirdiyi barışıq sazişini öz iradəsi ilə və könüllü şəkildə, yəni iradə sərbəstliyindən istifadə etməklə bağladığını, barışıq sazişinin bağlandığı zaman, eləcə də ondan öncə onun iradəsinə qarşı cavabdeh və ya digər şəxslər tərəfindən hər hansı bir təsirin-hədə-qorxunun, zorakılığın, aldatmanın, fiziki və psixi şiddətin və digər formalarda hər hansı bir təzyiqin göstərilmədiyini bildirmiş və əlavə etmişdir ki, həmin dövrdə birgə nikahdan olan uşaqlarının cavabdehin yanında qalmasını könüllü olaraq istəmiş, hətta aliment ödəməyə də razılaşmış və uzun müddət də razılaşdırılmış aliment məbləğinin ödəmişdir. Lakin, iddiaçı indi sonuncu övladına münasibətdə fikrini dəyişmiş və istəyir ki, xx.xx.2017-ci il təvəllüdlü qızı X13 onun yanında saxlanılsın. Şərh edilənlərdən də göründüyü kimi, barışıq sazişinin şərtləri tərəflər arasında əvvəlcədən razılaşdırılmış və onlar həmin sazişi öz istəkləri ilə imzalamışlar. Barışıq sazişi bağlanarkən iddiaçının aldadılması, ona hər hansı formada təzyiq göstərilməsi kimi hallar, habelə barışıq sazişinin etibarsızlığına səbəb ola biləcək əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir”. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Məhkəmə işi tam və obyektiv araşdırmadan qətnamə qəbul etmişdir. Mədinə Əliyeva anasına 5 martda yazdığı məktubda qeyd edir ki, “ana seni mən çox sevirəm gəl məni apar, 09 apreldə yazdığı məktubda qeyd edir ki, “ana məni tez gəl apar mən səni çok sevirəm nə olar tez gəl məni apar”, 11 apreldə yazdığı məktubda “ana mən seni çok sevirəm ablam məni döyür”, xx.xx.2024-cü il məktubda qeyd edir ki, “mən anamı çox sevirəm, mən anamla qalmaq istəyirəm, bacım məni döyür, nənəm üstümə qışqırır, mənimlə kötü davranır, atam mənim üstümə qışğırır, mən atamla qalmaq istəmirəm, anam məni gəlib götürsün”. xx.xx.2024-cü il məktubda isə qeyd edir ki, “ana mən səni çox sevirəm, sən mənim gözəl anamsan, sən məni gəl apar, mən sənin üçün çox darıxırdım, anam ürəyim mənim, atam ilə qalmaq istəmirəm, tez gəl məni apar, çox darıxıram”. Məhz buna görə İddiaçı Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2017-ci il təvəllüdlü X4 İddiaçı yanında saxlanılması, xx.xx.2017-ci il təvəllüdlü X4 Cavabdeh alınaraq İddiaçı verilməsi, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, 61 manat mediasiya xərcin və 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi rayon məhkəməsinin e-2(001)-1183/2025 saylı xx.xx.2025-ci il qərardadı ilə İddiaçı Cavabdeh qarşı uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair iş üzrə icraata xitam verilməsi, iddiaçıya ümumi əsaslarla Cavabdeh ilə aralarında Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişini mübahisələndirmək hüququnun olması izah edilməsi qət edilmişdir. Məhkəmə qərardadında əsas kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsini istinad edərək göstərmişdir ki, müəyyən edən 2(102)-3821/2024 saylı (3 ulduzlu) qərarından müəyyən olunur ki, “...nikah pozulduqdan sonra uşaqların yaşayış yeri barədə mediasiya prosesində barışıq sazişi bağlandığına görə, iddiaçının hazırkı iş üzrə uşaqların yanında saxlanması barədə tələbinə iddia icraatı qaydasında baxılması üçün prosessual əsaslar olmamışdır. Bu halda məhkəmə tərəfindən “uşaqların atanın himayəsində saxlanılması" tələbi üzrə icraata xitam verilməli idi. Lakin məhkəmələr həmin tələbə də mahiyyəti üzrə baxıb qətnamə çıxarmaqla prosessual hüquq normalarını pozmuşlar...” Bundan sonra iddiaçı hazırki iddi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan hakim isə qətnaməsində qeyd edir ki, barışıq sazişinin etibarsızlığı üçün əsas yoxdur. Birincisi qeyd edildiyi kimi həmin tələb Binəqədi Rayon Məhkəməsinin qərardadına əsasən verilmişdir. İkincisi isə iddia tələbi barışıq sazişinin tam etibarsızlığı yox onun bəndlərinin etibarsız hesab edilməsi olmuşdur. Üçüncüsü isə iddia tələbindən biri də xx.xx.2017-ci il təvəllüdlü X4 İddiaçı yanında saxlanılması, xx.xx.2017-ci il təvəllüdlü X4 Cavabdeh alınaraq İddiaçı verilməsi, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 1 uşağa görə qazancın və başqa gəlirlərinin dörddə bir hissəsində alimentin, 61 manat mediasiya xərcin və 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi olmuşdur. Hansı ki, Binəqədi rayon icra hakimiyyəti yanında qəyyumluq və himayəçilik komissiyasının 19 may 2025-ci il tarixli rəyində qeyd olumuşdur ki , xx.xx.2017-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsində qalmasını məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin 03 aprel 2025-ci il tarixli ekspert rəyində qeyd olunur ki, xx.xx.2017-ci il təvəllüdlü X13 əqli inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailə daxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil şəkildə formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, hal-hazırda onun psixikasında və davranışlarında anası İddiaçı olan münasibəti ilə bağlı kənar psixoloji təsir əlamətləri üzə çıxır. Çox təəssüf ki, işə baxan hakim iddiaçının bu tələbinə ümumiyyətlə münasibət bildirməyərək həmin tələbi də rədd etmişdir. Bir çox hallarda yetkinlik yaşına çatmayan uşağın atanın və ya ananın yanında saxlanılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olur. Lakin, sonradan uşaq atanın və ya ananın yanında qalmasını istəyir bu əsaslar məhkəməyə yeni iddia ərizəsi ilə müraciət olunur. Məhkəmə tərəfindən işə baxılaraq uşağın atanın və ya ananın yanında saxlanılması barədə qətnamə qəbul olunur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Ailə Məcəlləsi: 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişindədinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
76. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı.
“Uşaq hüquqları haqqında” Qanun:
Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşağın ailədə valideynləri ilə bərabər yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir- azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Uşaq hüquqlarına dair BMT Konvensiyası”:
3. . Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarı:
7. Nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçun vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər arvadın ümumi birgə mülkiyyətınin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar uçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 8.2. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
“Mediasiya haqqında” Qanun:
1.0.7. Barışıq sazişi-tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 9.3 və 9.3.1. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. 26.3. Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator qəyyumluq və himayəçilik orqanının rəyini alır. 26.4. Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə qəyyumluq və himayəçilik orqanına məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. 26.5. Mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini qəyyumluq və himayəçilik orqanına təqdim etməyə borcludur. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan birinci tərəf İddiaçı ilə ikinci tərəf Cavabdeh arasında Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən həyata keçirilmiş mediasiya prosesində bağlanan 29 aprel 2024-cü il tarixli, MŞB/13/2024-00422 saylı Barışıq Sazişindən görünür ki, tərəflər arasında aşağıdakı şərtlərlə barışıq sazişi imzalanmışdır: Tərəflər, 1-ci tərəf İddiaçı 2-ci tərəf Cavabdeh ilə qeyd olunan məzmunda razılığa gələrək 13 oktyabr 2007-ci il tarixində Bakı şəhəri Səadət Sarayında 3081 sayı ilə qeydə alınan nikahı pozsunlar. Tərəflər, 1-ci tərəf İddiaçı 2-ci tərəf Cavabdeh ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi 2-ci tərəf Cavabdeh yanında, himayəsində saxlanılmasına razılaşdılar. Tərəflər, 1-ci tərəf İddiaçı 2-ci tərəf Cavabdeh ilə birgə nikahdan anadan olan övİadİarı xx.xx.2008-ci il təvəllüdlü X10. xx.xx.2009-cu il təvəllüdlü Ə!iyeva Fatimə Musa qızının və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çalana kimi saxlanması üçün 2024-ci ilin may ayından başlayaraq hər ayın 25-30-u aralığında 235 (iki yüz otuz beş ) manat, ümumilikdə 705 (yeddi yüz beş) manat aliment məbləğini 1-ci tərəf İddiaçı 2-ci tərəf Cavabdeh ödəməsi barədə razılaşdılar. Tərəflər, 1-ci tərəf İddiaçı 2-ci tərəf Cavabdeh ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X15, xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X13 ilə hər həftənin şənbə və bazar günləri 14:00-dan 17:00-a qədər (uşağın təhsil, tərbiyyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) görüşüb ünsiyyətdə olması barədə razılaşdılar. Hazırda iddiaçı qeyd edilən barışıq sazişinin 2 və 3-cü bəndinin etibarsız hesab edilməsini və xx.xx.2017-ci il təvəllüdlü X4 İddiaçı yanında saxlanılması, xx.xx.2017-ci il təvəllüdlü X4 Cavabdeh alınaraq İddiaçı verilməsini, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 1 uşağa görə qazancının və başqa gəlirlərinin 1/4 hissəsində alimentin, 61 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi xahiş edir. Məhkəmə Kollegiyası iddia tələbinə münasibətdə qeyd edir ki, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 10.2-ci bəndinə əsasən qanuni maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşağın fikri mütləq nəzərə alınmalıdır. Zərurət olduqda, məhkəmə öz mülahizəsi ilə valideynlərin iştirakı olmadan pedaqoqun iştirakı ilə uşağın dindirilməsini həyata keçirir. Bu zaman “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 12-ci maddəsinin tələblərindən irəli gələrək, özünü dərketmə qabiliyyəti olan, öz fikrini ifadə etməyi bacaran uşağın fikrinə diqqət yetirilməlidir. Qanunda nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər Məhkəmə Kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini almalı olduğu halda, mediator tərəfindən belə rəy alınmadan mediasiyada tərəflər arasında bağlanılmış barışıq sazişi ilə xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi Cavabdeh yanında saxlanılmasını müəyyən edilmişdir. Həmçinin, qanunvericiliyin tələbinə görə 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən uşağın fikri mütləq nəzərə alınmalıdır. 7 yaşına çatmış uşağın fikri isə öyrənilə və nəzərə alına bilər. Göründüyü kimi, tərəflər arasında mediasiyada qeyd edilən barışıq sazişi bağlanarkən xx.xx.2017-ci il təvəllüdlü X4 fikri öyrənilməmiş, qəyyumluq və himayə orqanının rəyi alınmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin 2-ci bəndi məhz mübahisə edilən, yəni xx.xx.2017-ci il təvəllüdlü X9 münasibətdə (barışıq sazişi 2-ci bəndin Cavabdehaya münasibətdə mübahisələndirildiyindən, MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən həmin hissədə) qanuna ziddir və uşağın hüquq və mənafelərinə toxunur. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə Kollegiyası iddia tələbini qeyd edilən hissəsi ilə bağlı həmçinin bildirir ki, mediasiyada tərəflər arasında bağlanılmış barışıq sazişi mübahisələndirilən hissədə xx.xx.2017-ci il təvəllüdlü X9 münasibətdə etibarsız hesab edilməklə Mədinə Əliyeva İddiaçı yanında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından kollegiya hesab edir ki, bu cür mübahisələr ilk növbədə uşağın hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşaqların hansı valideynə verilməsi məsələsinə baxılarkən onları hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşaqlara münasibəti, eləcə də uşaqların yaşı və valideynə şəxsi bağlılığı nəzərə alınmalıdır. Bu cür mübahisələrin həlli zamanı ciddi əsaslandırılmış səbəblər mövcud olmadan uşağın-anasından ayrılmasına yol verilməməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, qanunvericiliyə görə uşaqların tərbiyəsi və təhsili ilə bağlı bütün məsələlər valideynlərin birgə razılığı ilə həll edilir. Bu, valideynlərin uşaqları ilə bağlı hüquq və vəzifələrinin bərabərliyi prinsipindən irəli gəlir. Bu məsələlər uşaqların mənafeləri və uşaqların rəyi nəzərə alınmaqla həll edilir. Bundan başqa, qnunvericiliyə görə valideynlər ayrı yaşadıqda, uşaqların kiminlə yaşaması onların razılaşması ilə həll edilir. Belə razılaşma olmadıqda isə mübahisəni onlardan birinin tələbi ilə məhkəmə həll edir. Uşaqların yaşayış yeri məsələsini məhkəmə həm valideynlərin nikahda olduqları vaxtda, həm də nikah pozularkən və ya nikah pozulduqdan sonra həll edə bilər Uşaqların valideynlərdən hansının yanında qalması məsələsini həll edərkən, məhkəmə ilk növbədə valideynlərin hüquq və vəzifələrinin bərəbərliyini gözləməli və uşaqların üstün mənafelərindən və istəklərindən çıxış etməlidir. Məhkəmə, uşaqların valideynlərdən hansının yanında qalması barədə qərar qəbul edərkən, uşaqların ataya, anaya, qardaşlarına, bacılarına bağlılığını, uşaqların yaşını, valideynlərin mənəvi, şəxsi, əxlaqi keyfiyyətlərini, habelə ata və ya ana ilə uşaqların qarşılıqlı münasibətlərini; uşağın tərbiyyəsi və inkişafı üçün şərait yaradılması imkanlarını (valideynlərin fəaliyyət növünü, iş rejimini, maddi və ailə vəziyyətlərini, valideynlərin sağlamlıq durumunu), habelə valideynləri yaşayış və iş yeri üzrə xarakterizə edən başqa halları nəzərə almalıdırlar. Tərəflərin birgə nikahdan olan bu yaşdakı uşağına yanaşma daha həssaslıqla olmalıdır, çünki, onun ana qayğısına daha çox ehtiyacı var. Apellyasiya instansiyası məhkəməsinin iclasında pedaqoqun iştirakı ilə azyaşlı uşaq atasının yanında qalmasını bildirmişdir. Məhkəmə Kollegiyası azyaşlının bu fikrini dinləyərkən onun mövcud durumunu, yəni anası ilə bağlı verilən suallar zamanı kövrəlməsini, faktiki olaraq bildirdiyi fikrin özünun iradə ifadəsi olmamasının açıq büruzə verməsini qeyd edərək hesab edir ki, onun bu mövqeyi təsir altında verilmiş fikirdir. Məhkəmə Kollegiyası bu qənaətə gələrkən uşağın apellyasiya instansiyası məhkəməsinin iclasına atası ilə, birlikdə yaşadıqları evdən gəlməsini, atasının isə əvvəlcədən uşağı məhkəməyə gətirilməsi barədə məlumatlı olmasını və əvvəlcədən də məhkəmədə verəcəyi izahatın məzmununu ona izah etmək üçün kifayət qədər vaxt və imkanı olmasını də diqqətə almışdır. Belə ki, uşaq hüquqları ilə bağlı məsələ gündəmə gəldikdə ilkin hədəf məhz uşaqların üstün mənafeyinin qorunması, onların sağlam, təhlükəsiz mühitdə, həm də onların həqiqi maraqları baxımından komfort sərbəst şəraitdə və qayğı altında yaşamalarının təmin olunmasıdır. Uşaqların üstün mənafeyi baxımından onların həqiqi maraqlarına gəldikdə isə nəzərdən qaçırmaq olmaz ki, bu maraqları məhz uşaq hüquqları ilə bağlı məsələni həll etməli olan səlahiyyətli orqan, hazırkı halda isə məhkəmə müəyyən etməlidir. Bu zaman dindirilən azyaşlının işlətdiyi “anamla yaşamaq istəmirəm, “anam bizə baxmır”, “anamla görüşmək istəmirəm” məzmunlu, aşkar öyrədilmiş şablon və azyaşlının həqiqi istək və arzularına, eləcə də onun emosional hisslərinə uyğun olmayan ifadələr deyil, həmin yaş qrupuna məxsus uşaq üçün əlverişli və münbit olan vəziyyət və şərait əsas götürülməlidir. Həm milli qanunvericilikdə, həm beynəlxalq konvensiyalarda, eləcə də Avropa Məhkəməsinin çoxsaylı qərarlarında da uşaqlarla bağlı mübahisələrə baxılarkən hər şeydən öncə uşaqların üstün maraqlarının təmin edilməsi təsbit olunmuşdur Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən ilk növbədə BMT Baş Məclisinin xx.xx.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipi nəzərə alınmalıdır. Həmin prinsipə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Bu prinsipin mənəvi-psixoloji əsaslandırması mövcuddur, əks təqdirdə BMT tərəfindən bütün dünyaya ünvanlanan bəyanat verilməzdi. Belə ki, birinci, uşaq, təbiətinə görə ata ilə müqayisədə anaya daha çox bağlıdır və anaya daha çox ehtiyacı var. İkinci, ana, təbiətinə görə ata ilə müqayisədə uşağa daha çox bağlıdır və uşağa daha çox ehtiyacı var. Hazırkı işdə ananı və uşaqı bir-birindən ayırmaq üçün müstəsna şərait mövcud deyil. Anada da uşağa zərər yetirə biləcək hər-hansı mənfi cəhət yoxdur. O, uşaqı tərbiyə etmək, onun qeydinə qalmaq iqtidarındadır. Ata ana nəvazişini və qayğısını əvəz edə bilməz. Məhkəmə Kollegiyası hesab edir ki, iş üzrə tərəflərin dəlilləri və işin müəyyən edilmiş halları məhz bu prinsip baxımından qiymətləndirilməlidir. Müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür: ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından suiistifadə etməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Əvvəlki iş üzrə alınmış xx.xx.2025-ci il tarixli, 2(001)-1183/2025 saylı psixoloji ekspert rəyindən görünür ki, -1-ci sual üzrə: xx.xx.2017-ci il təvəllüdlü X4 əqli inkişafına, yaş və fərdi xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil formalaşdırmaq-sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, hal-hazırda onun psixikasında və davranışlarında anası İddiaçı olan münasibəti ilə bağlı kənar psixoloji təsir əlamətləri üzə çıxması, 2-ci sual üzrə: xx.xx.2017-ci il təvəllüdlü X7 hal-hazırda atası X14 və anası İddiaçı bağlılığın daha çox olması, 3-cü sual üzrə: Boşanmadan sonra uşağın hansı valideyninin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılmasının məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid olmaması müəyyən edilmişdir. Əvvəlki iş üzrə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən alınmış 19 mart 2025-ci il tarixli, 43/2025 nömrəli rəyə əsasən uşağın mənafeyinin üstünlüyü baxımından xx.xx.2017-ci il təvəllüdlü X4 anası- İddiaçı himayəsində qalmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə Kollegiyası qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, psixoloji ekspert rəyində xx.xx.2017-ci il təvəllüdlü X4 əqli inkişafına, yaş və fərdi xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil formalaşdırmaq-sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, hal-hazırda onun psixikasında və davranışlarında anası İddiaçı olan münasibəti ilə bağlı kənar psixoloji təsir əlamətləri üzə çıxması, X4 halhazırda atası X14 və anası İddiaçı bağlılığının daha çox olması müəyyən edilsə də bu hal məhkəməyə əsas verir ki, hazırki mübahisənin həlli zamanı rəydə göstərilənlər nəzərə alınsın. Məhkəmə Kollegiyası hazırkı iş üzrə iddiaçıya münasibətdə sadalanan müstəsna halların hər-hansı birinin mövcudluğunun müəyyən edilmədiyini, uşağın ana nəvazişinə və qayğısına ehtiyacının olmasını nəzərə almaqla hesab edir ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 anasının-iddiaçının himayəsində saxlanılmalıdır. Hazırki işin halları baxımından kollegiyanın qənaətinə görə xx.xx.2017-ci il təvəllüdlü X4 atanın himayəsində saxlanılması uşağın azyaşlı olması, eləcə də qız uşağı olmaqla ana nəvazişindən uzaqlaşması onun mənafeyinə birbaşa ziddir. Kollegiya həmçinin hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X4 anadan ayrılması onun normal inkişafı baxımından da yolverilməzdir. Məhkəmə Kollegiyası iddia tələbinin “Barışıq sazişinin 3-cü bəndində qeyd olunan “Tərəflər, 1-ci tərəf İddiaçı 2-ci tərəf Cavabdeh ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü ilin may ayından başlayaraq hər ayın 25-i 30-u aralığında hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 manat aliment məbləğinin İddiaçı Cavabdeh ödəməsi barədə razılaşdılar” bəndinin mübahisələndirilən hissədə, yəni xx.xx.2017-ci il təvəllüdlü X9 münasibətdə etibarsız hesab edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşır və hesab edir ki, həmin hissədə də iddia tələbi təmin edilməklə barışıq sazişi mübahisələndirilən hissədə etibarsız hesab edilməklə ailə qanunvericiliyinini tələblərinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 1 uşağa görə qazancının və başqa gəlirlərinin 1/4 hissəsində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göründüyü kimi yuxarıda sadalanan qanunvericiliyin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Həmçinin yetkinlik yaşına çatmayan uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ mövcuddur. Belə ki, tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X4 iddiaçının yanında saxlanılması işin mübahisəsiz halıdır və uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin hazırki vəziyyətdə iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri miqdarında məbləğin aliment kimi cavabdehdən tutulmasına əsas ola bilər, çünki aliment ödəyən cavabdehin qazancının az olması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh orta aylıq əmək haqqı 988 manat təşkil edir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği onun hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 76-ci maddəsinin göstərişinə uyğundur. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulması təsbit edilsə də, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanması məqbul deyil. Belə ki, iş materiallarından görünür ki, azyaşlı hazırda da atasının himayəsindədir. Məhkəmə Kollegiyası hesab edir ki, hazırda tutulması müəyyən edilən alimentin məhz iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 04 iyun 2025-ci il tarixdən deyil, hazırki qətnamə icra edildiyi vaxtdan tutulmalıdır. Belə ki, qətnamə tərəflərin verildiyi andan 2 ay müddətində kassasiya şikayəti verilməsi üçün prosessual müddət gözlənilməsi qanunun tələbidir. Həmçinin də narazı tərəfin şikayəti əsasında kassasiya instasiyasında işə baxılması müddəti də nəzərə alınmaqla qəbul edilmiş yekun qərar əsasında hazırki qətnamənin qanuni qüvvəsini almalıdır ki, icraya yönəldilsin. Bu vaxt ərzində isə uşağın atanın yanında hələ ki qalması faktı labüddür ki, uşağın ananın himayəsində olmadığı müddət üçün cavabdehdən aliment tutulması sonuncunun hüquqlarının pozulması ilə nəticələnə, iddiaçının isə uşaq bu müddət ərzində yanında olmadığı halda bu hesaba zənginləşməsinə səbəb ola bilər. İşin qeyd edilən halları qətnamənin aliment tutulma hissəsinin dərhal icra edilməsinin qət edilməsini mümkünsüz edir. Beləliklə Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz, çünki birinci instansiya məhkəməsi işin faktiki hallarını və dəlilləri hərtərəfli araşdırmamışdır. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edildiyindən ərizə göstərilən hallara görə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, 61 manat mediasiya xərcinin və iddia ərizəsinin verilməsi 50 manat dövlət rüsumu eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu, cəmi 161 (yüz altmış) manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2(001)- 4551/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh arasında Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli Barışıq sazişinin 2-ci bəndində qeyd olunan: Tərəflər, 1-ci tərəf X1 2-ci tərəf Cavabdeh ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi 2-ci tərəf Cavabdeh yanında, himayəsində saxlanılmasına razılaşdılar", Barışıq sazişinin 3-cü bəndində qeyd olunan “Tərəflər, 1-ci tərəf İddiaçı 2-ci tərəf Cavabdeh ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü ilin may ayından başlayaraq hər ayın 25-i 30-u aralığında hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 manat aliment məbləğinin İddiaçı Cavabdeh ödəməsi barədə razılaşdılar” bəndləri xx.xx.2017-ci il təvəllüdlü X9 münasibətdə etibarsız hesab edilsin. xx.xx.2017-ci il təvəllüdlü X13 İddiaçı yanında saxlanılsın. xx.xx.2017-ci il təvəllüdlü X4 Cavabdeh alınaraq İddiaçı verilsin. xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 1 uşağa görə qazancının və başqa gəlirlərinin 1/4 hissəsində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulması müddəti hazırki qətnamə icra edilən tarixdən müəyyən edilsin Mediasiya xərci 61 manat və iddia ərizəsinin verilməsi 50 manat dövlət rüsumu eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu olmaqla cəmi 161 (yüz altmış) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.