Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7014/2025 06.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh2 və üçüncü şəxs Sevgül Nəsibovanın iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment tutulması barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)- 2277/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı xx.xx.1945-ci il təvəllüdlüdür, hazırda 81 yaşı var. O, 2 dərəcə əlildir, hər ay 405,24 manat pensiya alır. 2.İddiaçının 4 övladı olub, onlardan biri vəfat edib, hazırda 3 övladı var: 1) Cavabdeh1; 2) Cavabdeh2; 3) üçüncü şəxs Sevgül Nəsibova. İddiaçı hazırda övladı Sevgül Nəsibova ilə birlikdə yaşayır, digər iki övladı iddiaçıdan ayrı yaşayır. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsi xx.xx.2025-ci il tarixdə verilib. İddia ərizəsində tələb olunub ki, iddiaçının saxlanması üçün cavabdehlərin hər birindən hər ay 500 manat aliment tutulsun. 4.Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 6.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə və üçüncü şəxs Sevgül Nəsibova bildirdilər ki, İddiaçı hazırda qızı ilə birlikdə yaşayır, oğulları İddiaçı maddi cəhətdən kömək etmirlər. İddiaçı pensiyası dərmanların alınması, kommunal və digər xərclərin ödənilməsi üçün kifayət etmir. Bundan başqa, yaşına və sağlamlıq vəziyyətində görə İddiaçı kənar şəxsin qulluğuna ehtyacı var, kənar şəxsin köməyi olmadan hərəkət edə bilmir, hətta gigiyenik vasitə olan bezdən istifadə edir. Ona görə də qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş edirlər. 7.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, hər ay 500 manat ödəməyə maddi imkanı yoxdur, çünki özü də pensiyaçıdır, aldığı pensiya ilə özünün və ailəsinin ehtiyaclarını ödəyir, atası üçün hər 100 manat ödəyə bilər. 8.Digər Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Qətnamə ləğv edilməli, iddia təmin edilməli, iddiaçının saxlanması üçün cavabdehlərin hər birindən hər ay 150 manat aliment tutulmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. 10.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə görə, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. İddiaçının əmək qabiliyyəti yoxdur və maddi yardıma ehtiyacı var. Belə ki, onun 81 yaşı var, 2 dərəcə əlildir, yaşına görə sağlamlıq problemləri var, kənar şəxsin köməyi ilə hərəkət edir, hər ay 405,24 manat pensiya alsa da, bu vəsait zəruri ehtiyacların ödənilməsi üçün kifayət etmir. Cavabdehlər əmək qabiliyyətlidir, “Elektron məhkəmə” informasiya sistemində onların işləməsi barədə məlumat yoxdur, lakin həmin sistemdə olan məlumatlardan görünür ki, hər ay Cavabdeh1 1.224,28 manat pensiya, Cavabdeh2 isə 1.215,74 manat pensiya alır. Ona görə də cavabehlər (övladlar) iddiaçını (valideyni) saxlamağa borcludurlar. İddiaçının saxlanması üçün cavabdehlərin hər birindən tutulan vəsaitin məbləğinin hər ay üçün 150 manat, cəmi 300 manat müəyyən edilməsi Ailə Məcəlləsinin 82.3-cü maddəsinin göstərişinə uyğunur. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi Apellyasiya şikayəti qismən təmin edilsin. Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-2277/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. xx.xx.1945-ci il təvəllüdlü İddiaçı saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh1 və Cavabdeh2 hər birindən hər ay 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat aliment tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7014/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7014/2025
06.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver