Məhkəmə qərarları › İş №2(103)-7018/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7018/2023

17.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7018/2023 17.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2770/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1884/2013 saylı 28 noyabr 2013-cü il tarixli icra sənədi üzrə İddiaçı tutularaq Cavabdeh ödənilməli olan aliment üzrə 2014 və 2019-cu illər üzrə hesablanmış 10400 (on min dörd yüz) manat aliment borcunun silinməsi qərara alınmışdır. Hazırda iddiaçının nümayəndəsi apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə rədd edilmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı şikayət verərək xx.xx.2023-cü il tarixli qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsinin (vəkilinin) elektron kabinetinə yüklənmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixində sözügedən qətnamədən apellyasiya şikayəti vermiş, lakin Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı xx.xx.2023-cü il tarixində iddiaçının nümayəndəsinin elektron kabinetinə yüklənmişdir. Bundan sonra iddiaçının nümayəndəsi yalnız xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). İşdən görünür ki, iddiaçı Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətini üzürsüz səbəbdən buraxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və sadalanan hüquq normalarına əsaslanaraq prosessual müddətin bərpası barədə ərizəni rədd etməkdə və şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar