Məhkəmə qərarları › İş №2(103)-7030/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7030/2022

03.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7030/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-2195/2021 saylı, 22 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-2195/2021 saylı, 22 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayəti Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra, MPM) edilmiş dəyişikliyin tələblərinə uyğun verilməmişdir. Belə ki, MPM-in 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma Azərbaycan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanunu ilənəzərdə tutulmuş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmişdir). İş materiallarından görünür ki, cavabdeh apeelyaia şikayətini “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vermişdir, lakin cavabdeh apellysiya şikayətində hansı maddi və prosessual normaların pozulduğunu, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərin nədən ibarət olmasını və sair qeyd etməmişdir. Odur ki, Apellyasiya şikayəti “Apellyasiya şikayətinin forması” başlıqlı 2 saylı Əlavə nin 6cı bəndində (maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər) 7-ci bəndində (prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər), 8-ci bəndində (məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər), 9-cu bəndində (birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər), 10-cu bəndində (birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər) qeyd olunan tələblərə uyğun olmalıdır. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsiinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Odur ki, kollegiya hesab edir ki, apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığından hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 363.1.2, 400 və 405cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-2195/2021 saylı, 22 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün iş materialları Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar