Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7069/2025 19.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ `İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 qızının Cavabdeh1, Cavabdeh2 MTK-ya qarşı (X20 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: müqavilənin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X21 Əziz qızının katibliyi, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi (vəkili) X13, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, onun nümayəndəsi (vəkili) X17 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Mübahisə predmeti ünvan 1 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok), 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzildir. Cavabdeh2 MTK və Cavabdeh1 arasında bağlanmış 04 iyun 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh1 həmin mənzilin hər 1 kvm-i üçün 591 manat olmaqla, cəmi 116 000 manat ödəməyi öhdəsinə götürmüş, öhdəlik yerinə yetirilmiş, ona mənzilin dəyərinin tam ödənilməsi və MTK-ya heç bir borcunun olmaması barədə maliyyə arayışı verilmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-367/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 Cavabdeh2 MTK-ya qarşı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok), 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və sahiblik hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs kimi hazırkı iş üzrə iddiaçı olan İddiaçı apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş və Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3637/2024 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-nə (üçüncü şəxs X20 cəlb edilməklə) qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok), 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilin alqı-satqısına dair bağlanmış 04 iyun 2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 MTK-dan Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok), 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzili, kvadrat metri 1000 manat olmaqla, ümumilikdə 196.100 manat ödəməklə satın almışdır. Bu barədə MTK ilə aralarında mənzilin alqı-satqısına dair 25 dekabr 2018-ci il tarixli müqavilə də bağlanmış və eyni tarixli maliyyə arayışı da verilmişdir. 2003-cü ildən tanıdığı və işgüzar münasibətlərdə olduğu, keçmiş polis işçisi olmuş X20 iddiaçının adına olan bu mənzilin satılmağı barədə məlumatlı idi. Onun Samirə başqa işlə bağlı 24.000 manat borcu olduğundan həmin mənzili satdıqdan sonra ona olan borcu qaytaracağını bildirmişdir. 2019-cu ilin aprel ayında növbəti dəfə iddiaçı onunla görüşərkən həmin mənzili satmaq fikrində olduğunu bildirdi. Təxminən bir müddət sonra Samir həmin mənzili münasib qiymətə satası olarsa, mənzili o özü ala biləcəyini, pulunu hissə-hissə ödəyə biləcəyini bildirdi. Aralarına olan münasibətlərə görə o həmin mənzili aldığı qiymətə, yəni 196.100 manata sata biləcəyini bildirdi. Samir ona həmin vaxt başqa işlərə pul qoyduğunu, meyvə ticarəti ilə məşğul olduğunu deyərək, ona ilkin olaraq 3 dəfəyə 100.000 manat ödəyə biləcəyini və həmin puldan onun ona borcu olan 24.000 manatı çıxdıqdan sonra yerdə qalan 72.000 manatın əvəzində faktiki onun olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ İnkişafı Departamenti və X12 ərazisində yerləşən 999c nömrəli bağı xx.xx.2005-ci il tarixli X9 adına olan 35681 saylı müqaviləyə əsasən 0,12 ha torpaq sahəsinin hər bir sotu üçün 6.000 manat qiymətləndirərək həmin torpaq sahəsini onun adına çıxarış və texpasport verməklə ona təhvil verməyi öz öhdəsinə götürdü. Elə həmin gün Samirlə o Novxanı bağlar massivində həmin torpaq sahəsinə baxmış, torpaq sahəsi 4 tərəfdən hündür daş hasara alınmış və giriş qapısında (darvaza) qoyulmuşdu. Qonşularla söhbət zamanı onlar bildirdilər ki, həmin torpaq sahəsi əslində sənədlə X9 adına olsa da, bir müddətdir ki, həmin torpaq sahəsi Samirə verilmiş, artıq həmin torpaq üzərində səlahiyyət Samirə aiddir. Samir ona bildirdi ki, “həmin torpaq sahəsi X14 aid olsa da, onun oğluna məxsusdur, artıq iddiaçı həmin qadının adından tanışı Murad adlı şəxsin adına etibarnamə almışdır, Murad da hal-hazırda Moskva şəhərində olduğu üçün yaxın vaxtlarda Bakıya gələn kimi onun adından sənə baş etibarnamə veriləcək, sonradan X9 adına torpaq sahəsinə çıxarış alaraq onun və ya qohumlarının adına rəsmiləşdiriləcək”. Həmin razılaşmadan sonra o iddiaçıya bildirdi ki, onun satası olduğu mənzili də o öz adına deyil, qohumlarının birinin adına rəsmiləşdirəcəkdir. Təxminən 2019-cu ilin iyun ayının əvvəllərində o ona bildirdi ki, həmin mənzili qayınatası Salehin adına yazdırmaq istəyir. Ona görə də Samirlə həmin binanın həyətində görüşdülər. İddiaçı Samiri və orada adını öyrəndiyi qayınatası Salehi mənzilinə qaldıraraq yenidən həmin mənzilə birlikdə baxış keçirdiblər. Onlar mənzilə baxdıqdan sonra Saleh mənə ağsaqqal xeyir-duası verərək çıxıb getdi. Ertəsi gün S.Babayev onun mobil nömrəsinə zəng vuraraq artıq fikrini tam dəqiqləşdirdiyini, mənzilin müqaviləsini qayınatasının adına keçirəcəyini bildirərək onun “Whatsapp” nömrəsinə Cavabdeh1 şəxsiyyət vəsiqəsinin ksero-surətini atdı. 2019-cu ilin iyul ayının 3-də o Cavabdeh2 MTKnın direktorunun şəriki olan X18 ilə görüşüb ona bildirdi ki, özünə aid olan mənzili köhnə tanışı X3. O, özü polis işçisi olduğu üçün mənzilin müqaviləsini qayınatası Cavabdeh1 adına rəsmiləşdirmək istəyir. Ona görə də ona ilkin olaraq 100.000 manat pulu 3 dəfəyə ödəməklə, yerdə qalan məbləğin qalanına isə Novxanı bağlar massivində olan 0,12 ha torpaq sahəsi ilə əvəzləşdirəcəkdir. MTK-nın direktoru Əbdüləzimov Araz və eləcə də tikintidə onun şəriki olan Məmmədov Xaliq ona etibar etdikləri üçün ödəniş və torpağa aid sənədlər ona tam çatdıqdan sonra həmin mənzili Samirə təhvil-təslim edəcəklərini, onun və həyat yoldaşının razılıq ərizəsini və ona aid olan mənzilin orijinal müqaviləsini iddiaçıdan Samirlə tam halallaşdıqdan sonra alacaqlarını bildirərək xx.xx.2019-cu ildə Samirin dediyi qayınatasının adına alqı-atqı müqaviləsi yazıb möhür vurduqdan, ödəniş başa çatdıqdan sonra həmin müqaviləyə Cavabdeh1 da imza ataraq bir nüsxəsinin onlara qaytarılmasını bildirdilər. xx.xx.2019-cu ildə o Samir Babayevlə və onların ümumi tanışı olan X23 ilə birlikdə görüşərək şərtlərini yenidən müzakirə edib həmin mənzilin alqısatqısına dair razılaşma yazaraq imza atdılar. Eləcə də, xx.xx.2019-cu il tarixli Cavabdeh2 MTK tərəfindən Cavabdeh1 adına bağlanmış müqavilənin Cavabdeh1 tərəfindən imzalanmamış kserosurəti S.Babayevə verildi. Belə razılığa gəldilər ki, Samir Babayev ilkin olaraq 3 dəfəyə ona ödəyəcəyi 100.000 manatdan sonra və Novxanı bağlar massivində 0,12 bağ sahəsinə dair orijinal sənədləri baş etibarnamə ilə ona verdikdən sonra ondan olan Cavabdeh1 adına yazılmış alqı-satqı müqaviləsinin orijinalını Cavabdeh1 imza atdırdıqdan sonra Samir Babayevə təhvil verəcək. Gələcəkdə həmin torpaq sahəsinə aid çıxarış onun adına rəsmiləşdirildikdən sonra həmin mənzillə bağlı alqı-satdı tam başa çatmış hesab ediləcəkdir. xx.xx.2019-cu ildə Samir Babayev ona zəng vuraraq hələlik 80.000 manat düzəltdiyini, qalan 20.000 manatı yaxın vaxtda verəcəyini və ertəsi gün Novxanı bağlar zonasında yerləşən 0,12 ha torpaq sahəsinə dair torpağın orijinal sənədlərini və eləcə də baş etibarnamə verəcəyini bildirdi. xx.xx.2019-cu il tarixdə o və ümumi dostları X24 dediyi Xətai rayon ərazisində, “AMAY” ticarət mərkəzinin yaxınlığındakı ofisin qarşısında görüşdülər. Həmin vaxt ofisin qabağında Samir, Vüsal, adlarını sonra bildiyi Azər və Murad adlı şəxslər dayanmışdılar. Samir onu həmin adamlarla tanış etdi, ona X6 olduğunu, Ağagül xanımın adından Murada verilmiş etibarnamə əsasında xx.xx.2019-cu ildə baş etibarnamə verəcəyini bildirdi, həmin şəxslər də torpağın heç bir problemi olmadığını və torpağın hal-hazırda əsl sahibinin Samir olduğunu bildirdilər. O, həmin vaxt Azərdən anası Ağagül xanımın və Muradın özündən şəxsiyyət vəsiqələrinin ksero-surətini istəyərkən, Samir həmin sənədləri ona təqdim etdi. Samir və Natiq Hacıyevlə birlikdə Samirin ona verəcəyi 80.000 manatı ona verməsi üçün ofisə qalxdılar, alqı-satqı müqaviləsi Cavabdeh1 adına olduğu üçün xx.xx.2019-cu il tarixində mənzilin alqı-satqısına dair əlavə razılaşma yazaraq hərəsi imza atdı. Həmin razılaşmanın Salehdə qalan nüsxəsinin arxasında o həqiqətən mənzilini Cavabdeh1 satdığını və həmin şərtlər yerinə yetirildikdən sonra mənzillə bağlı iddia tələbi olmadığını yazaraq imzaladı. Həmin razılaşmada onun Samirə olan 24.000 manat borcun, mənzilin alqı-satqı müqaviləsi Salehin adına olduğu üçün və yaxın günlərdə Samir şəxsən ona qaytaracağına söz verdiyi üçün mənzilin satış qiymətini 176.000 göstərərək, oradan 24.000 Samirə olan borcunu çıxdıqdan sonra 152.000 manat göstərmişdi.Samirə olan borcu Salehin adına ona görə yazdılar ki, alqı-satqı Salehin adına aparılmışdı. xx.xx.2019cu ildə Samir Babayev ona zəng vuraraq Novxanı bağlar sahəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair sənədlərin orijinalını 815718 saylı, xx.xx.2019-cu il tarixli X10 adından verilmiş baş etibarnaməni ona təqdim etdi. Həmin sənədləri ona təqdim edərkən yenə də 20.000 manatı yaxın günlərdə ona verəcəyini bildirdi, aralarında olan işgüzar münasibətlərə görə o ona etibar edirdi və ona görə gözləməli oldu. Yuxanda adı çəkilən bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsinə dair sənədləri, baş etibarnaməni Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edərək X9 adına çıxarış almaq istəyəndə, orada ona bildirdilər ki, həmin sənəd 2016-cı ildə bu idarəyə təqdim edilmiş, xx.xx.2016-cı il tarixində X9 adına olan 999c saylı bağ nömrəsinin sxematik xəritədə aşkar olunmadığı qeyd edilmişdir. Beləliklə həmin ərizəyə rədd cavabı verilmişdir. O, Samirlə əlaqə saxlayıb iradını bildirdikdə, Samir ona dedi ki, həmin torpaq sahəsi ilə qayınatası məşğul olaraq, bütün sənədləri düzəldərək onun adına çıxarış verəcəkdir. Bir müddətdən sonra həmin sənədlərin düzəldilməsi üçün əlavə xərc lazım olduğu bildirildi, ona görə də həmin mənzili başqasına sataraq onun ev üçün vermiş olduğu 80.000 manatı və borc kimi həmin puldan çıxılmış 24.000 manatı, eləcə də bağ sənədlərinin orijinal surətlərini və etibarnamənin onun özünə qaytarılmasını xahiş etdi. O, həmin mənzilin satışını 240.000 manata ev alqı-satqısı ilə məşğul olanlara elan verdi, həmin mənzili almaq üçün Niyazi adlı şəxs mənzilə baxış keçirib 220.000 manata razılaşdı. Sonra Samir, iddiaçı və Niyazi ilə birlikdə oturaraq ortaq məxrəcə gəldilər və Niyazi onlarla beh müqaviləsi bağlayaraq 500 manat beh verdi. Samir isə qayınatası Salehdən alqı-satqı müqaviləsində onun adı olduğu üçün başqasının adına rəsmiləşdirilməsi üçün qayınatası Salehdən razılıq ərizəsi alaraq MTK-nə təqdim edəcəyinə söz verdi. Bir müddətdən sonra Niyazi Samirin onun telefonlarına cavab vermədiyini bildirdikdə, o Samirlə görüşdü, Samir ona bildirdi ki, meyvə alveri ilə bağlı qayınatası və qayını ilə arasında mübahisələr olub, artıq bu mübahisə münaqişəyə keçib, artıq ailəsi ilə boşanma məsələsinə görə işi məhkəməyə düşüb, ona görə də bir müddət gözləmək lazımdır. O, şəxsən özü Niyazidən alınmış 500 manat behi qaytararaq ondan üzürxahlıq edib. Sonradan ona məlum oldu ki, onun mənzilinin alqısatqısından qalan 72.000 manat torpaq sahəsinə dair X9 adından X16 verilmiş baş etibarnamə xx.xx.2019-cu il tarixində Ağagül Əliyeva tərəfindən ləğv edilmişdir. Artıq bildi ki, həmin torpağın sənədləşməsi qeyri-mümkündür, ona görə ki, Ağagülün oğlu Azərlə əlaqə saxlayanda o iddiaçıya bildirdi ki, Samir həmin torpağın müəyyən miqdarda pulu ödəmədiyinə görə onlar verdikləri baş etibanaməni ləğv etdiriblər. O, məcbur olaraq özünün və qohumlarından yığdığı vəsait hesabına mənzil satışına görə aldığı 80.000 manatı və eləcə də Samirə olan 24.000 manat borcu, cəmi 104.000 manatı qəbzlə xx.xx.2019-cu il tarixində ona qaytardı, bağa aid olan orijinal sənədləri, ona verilmiş etibarnaməni ona verdikdən sonra Samir həmin qəbzə imza ataraq 104.000 manatı aldığını, torpaq sahəsinə aid olan sənədləri götürdüyünü, onun mənzili ilə bağlı Cavabdeh1 adına bağlanmış orijinal müqavilənin bir nüsxəsini ona qaytardı və həmin mənzilə dair heç bir iddiasının olmayacağını bildirdi. O, Samirdən qayınatası Cavabdeh1 adından qayınatasının adından razılıq ərizəsini dəfələrlə istəyərkən, o qayınatasınının ünvanına nalayiq, təhqiredici ifadələr işlətməklə, “onsuz da həmin mənzilin Cavabdeh1 adına yazılmış orijinal müqaviləsi səndədir” deyərək, sonradan güya Səbail Rayon Məhkəməsinə müraciət edərək həmin alqı-satqı müqaviləsinin ləğvinin qoyulması barədə bildirərək bu işlə şəxsən özü məşğul olacağını bildirmişdir. Həmin iddia ərizəsinin kserosurətini ona təqdim etdiyi üçün o, inanaraq ona etibar etmişdi. Yuxarıda qeyd olunan ünvanda yerləşən 4 otaqlı, 196.1 kv.m olan mənzilin hər bir kv.m-nə 1.000 manat ödəyərək 196.100 manata aldığı mənzili necə ola bilərdi ki, 116.000 manata sata bilərdi? Həmin mənzilin satışına dair ərizədə bildirilir ki, həqiqətən də İddiaçı razılığı ilə həmin mənzil Cavabdeh1 adına MTK-ya heç bir vəsait ödənilmədən onun adına keçirilmişdir. X28yınatası Cavabdeh1 adına almış olduğu mənzilin pulunu tam ödəmişdirsə, nə səbəbdən bu günə kimi bütün mənzilə dair kommunal ödənişlər onun tərəfindən ödənilir? İşığın adına keçirilməsi barəsində “Məişət istehlakçıları ilə sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında” ******* saylı xx.xx.2020-ci il tarixli protokoldan da görünür ki, bu gün həmin mənzilin abunə kodu **********10006 onun adınadır və ödəniş də onun tərəfindən edilir. xx.xx.2018-ci il tarixli Cavabdeh2 MTK-nın Ümumi Yığıncağının protokolundan da görünür ki, o həmin MTK-nın həm payçısı, həm də üzvü kimi qeydiyyatdadır və bu günə kimi bütün kommunal xərclər onun tərəfindən ödənilir. Həmin mənzilin satılması ilə yazdığı ərizəyə əsasən xx.xx.2019-cu il tarixində 25/6-04 saylı Cavabdeh2 MTK-nın Ümumi Yığıncağının protokolundan da çıxarışda görünür ki, o, həmin mənzili faktiki olaraq X2, sənədləşmə onun qayınatası Cavabdeh1 adına rəsmiləşdirilib və ona çatası vəsaiti natamam aldığı üçün Cavabdeh1 Cavabdeh2 MTK-ya üzv kimi qəbul edilməmişdir. Cavabdeh1 həmin mənzilə dair alqı-satqı müqaviləsindən istifadə edərək Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib, güya ki, həmin MTK-dan mənzil almış, MTK-ya borcu yoxdur və Cavabdeh2 MTK onun həmin mənzildən istifadə etməsinə maneçilik törədir. Bu barədə xx.xx.2022-ci il tarixli 2(009)367/2023 saylı iddia təmin edilərək qətnamə xx.xx.2023-cü il tarixdə icraya yönəlmiş, bu barədə məlumat alan kimi rəsmi qaydada xx.xx.2023-cü il tarixində Səbail Rayon Məhkəməsinə müraciət edərək qətnaməni alıb və maraqlarına toxunan şəxs qismində qeydiyyata alınmışdır. Səbail Rayon Məhkəməsi xx.xx.2024-cü ildə e-2(009)-367/2023 saylı qərardadla onu “maraqlı şəxs” kimi tanımışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsində xx.xx.2024-cü il tarixdə şikayətinə baxılmış və təmin edilməmişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, mübahisəli mənzilin alqı-satqısı barədə sövdələşmələr cavabdeh Salehlə yox, məhz kürəkəni Samirlə aparılmış, sonradan anlaşma pozulmuş, Samir Salehin adına verilmiş müqaviləni geri qaytaracağına söz versə də, lakin qayınatası Salehlə arasının pozulduğunu bəhanə edərək müqaviləni qaytarmaqdan imtina etmişdir. İşin hallarından göründüyü kimi cavabdeh Saleh mənzilin alqı-satqısına heç bir manat pul ödəməmiş, Samir cəmi 80.000 manat ödəmişdi onu da geri qaytarmışdır. Göründüyü kimi mənzilə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdehlər arasında mübahisəli mənzilə dair bağlanmış müqavilə məhkəmə qaydasında ləğv edilməlidir.
5. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 qızı da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-nə (üçüncü şəxs X20 cəlb edilməklə) qarşı “müqavilənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok), 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilin alqı-satqısına dair bağlanmış 04 iyun 2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 qızının iddia ərizəsinin dəlilləri ilə İddiaçı iddiasının dəlilləri eyni məzmunlu olmuşdur. O, həmin dəlilləri təkrar edərək göstərmişdir ki, mənzilə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir, həmin mənzilin alqısatqısında onun razılıq ərizəsi alınmamış, bu əsasla da o hesab edir ki, mənzilə dair bağlanmış müqavilə məhkəmə qaydasında ləğv edilməlidir.
7. Cavabdeh1 hər iki iddia ərizəsinə etiraz edərək, iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. O bildirmişdir ki, mübahisəli mənzili 24 iyun 2019-cu il tarixli razılaşma əsasında əvvəlcədən razılaşdırılmış qiymətə, yəni 176.000 (bir yüz yetmiş altı min) manat məbləğində dəyərləndirərək almışdır. Ödənilməli 176.000 manat məbləğdən İddiaçı Cavabdeh1 24000 (iyirmi dörd min) AZN borcun qaytarılmasını çıxdıqdan sonra, qalan 152.000 (bir yüz əlli iki min) manat pulun aşağıdakı qaydada ödənilməsi nəzərdə tutulmuşdur. O, 80.000 (səksən min) manat pul vəsaitini razılaşmada adları çəkilən şahidlərin iştirakı ilə İddiaçı təhvil verməli idi. 2. Qalan 72000 (yetmiş iki min) manat pulun əvəzində Musaya torpaq verilməli idi. O, Musanı xəbərdar etmişdir ki, torpaqla bağlı problem yaransa onun üstünə gəlməsin. Mənzılin Cavabdeh1 satılması barədə üçüncü şəxs MusazadəX19 lap yaxşı məlumatlı olmuşdur.
8. Daha sonra o, iddia tələblərinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, üçüncü şəxsin iddia ərizəsində işin faktiki halları kimi qeyd etdiyi xüsusatlar, yəni güya 2018-ci ildən hal-hazıradək mənzilin onların sahiblik və istifadəsində olması, eləcə də həyat yoldaşının işgüzar münasibətlərdə olduğu X15 onlara məxsus mənzili 196.000 manata sataraq, onunla nisyə müqavilə bağlamasını güya yaxın vaxtlarda bilməsi, ödənilmiş pulların Samir Babayev tərəfindən ödənilməsi, mənzilin formal olaraq Cavabdeh1 adına “yazılması” və s. həqiqəti əks etdirməməklə böhtan xarakterlidir. Belə ki, Samir Babayev Cavabdeh1 kürəkəni olmaqla, hazırda onlar arasında olan münasibətlər pisləşdiyindən, iddiaçı tərəf mənzillə bağlı güya Samir Babayevlə razılaşdığını və s. qeyd edir. Halbuki, əvvəla Samir Babayev polis orqanlarında işləmiş və onun qeyd olunan mənzili ala bilməsi üçün göstərilən məbləğdə vəsaiti olmamışdır. İkincisi isə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24 iyun 2019-cu il tarixli razılaşma əsasında İddiaçı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda Cavabdeh2 MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzili əvvəlcədən razılaşdırılmış qiymətə, yəni 176.000 (bir yüz yetmiş altı min) manat məbləğində dəyərləndirərək Cavabdeh1 ‘MARS-A MTK-nin vasitəsilə satmışdır. Sözügedən Razılaşmada həmçinin qeyd edilmişdir ki, ödənilməli 176.000 manat məbləğdən İddiaçı Cavabdeh1 24000 (iyirmi dörd min) AZN borcun qaytarılmasını çıxdıqdan sonra, Cavabdeh1 qalan 152000 (bir yüz əlli iki min) manat pulu aşağıdakı qaydada ödəməyi öz öhdəsinə götürmüşdür: 1. Cavabdeh1 80000 (səksən min) manat pul vəsaitini Razılaşmada adları çəkilən şahidlərin iştirakı ilə İddiaçı təhvil verdi. 2. Qalan 72000 (yetmiş iki min) manat pulun əvəzində Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının İnkişafı və X7 ərazisində yerləşən 999C nömrəli bağın xx.xx.2005-ci il tarixli X9 adına olan 35681 saylı müqaviləyə əsasən 0.12 hektar torpaq sahəsini Əmək Məsələləri üzrə Dövlət Komitəsindən həmin göstərilən ünvana çıxarış Texpasport almaqla xx.xx.2019-cu il tarixində İddiaçı alqı- satqı yolu ilə onun adına rəsmiləşdirir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış Razılaşmanı 2 nəfər şahid də imzalamışdır. Bir gün sonra Əliyev X1 arxasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda Cavabdeh2 MTK tərəfindən inşa edilmiş hündür mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən umumı sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzili Cavabdeh1 176.000 manata satdığını, həmin pulu aldığını və qeyd olunan mənzilə dair hər hansı bir iddiasının olmadığını gələcəkdə də olmayacağını qeyd edərək, imzalamışdır. Həmçinin, Cavabdeh2 MTK tərəfindən İddiaçı ünvanlanmış 07 avqust 2020-ci il tarixli arayışda da qeyd edilmişdir ki, M.H. Əliyevə məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda Cavabdeh2 MTK tərəfindən inşa edilmiş hündür mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzil sonuncunun MTK- nə rəsmi müraciətindən sonra Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Mənzılin Cavabdeh1 satılması barədə üçüncü şəxs X4 qızı lap əvvəldən məlumatlı olmuşdur. Səbail Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qətnaməsi icra olunaraq, mübahisəli mənzil Cavabdeh1 təhvil verilmişdir. Mənzil təhvil verilərkən də mənzil boş, təmirsiz vəziyyətdə olmuşdur. Yalnız bundan sonra Səbail Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Səbail Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs X4 qızının həm də hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ mövcud deyildir. Müqavilənin ləğv edilməsi tələbi ilə yalnız müqavilənin tərəflərindən biri çıxış edə bilər. Hazırkı halda, üçüncü şəxs qeyd olunan müqavilənin tərəfi olmadığından, onun tərəfindən müqavilənin ləğvi barədə tələb irəli sürülməsi yolverilməzdir və qeyd etdiyimiz kimi üçüncü şəxs X4 qızının qeyd olunan tələbi irəli sürməsi üçün subyektiv hüququ mövcud deyildir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-1459/2025 saylı, 16 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Abdullayeva) iddia tələbləri rədd olunmuşdur.
10. Məhkəmə İddiaçı iddia tələbinə münasibətdə hesab etmişdir ki, Cavabdeh1 ilə (“Payçı”) Cavabdeh2 MTK (“Podratçı”) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquqi əsaslar yoxdur. Belə ki, müqavilənin ləğv olunması tərəflərdən birinin tələbi ilə - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda mümkündür. Mülki Məcəllənin və ya müqavilənin birbaşa göstərişi ilə də müqavilənin ləğvi mümkündür. İddiaçı mübahisələndirilən müqavilənin tərəfi olmadığından, sonuncunun müqavilənin ləğvinə dair tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilənin ləğvi tələbi ilə yanaşı, müqavilənin etibarlılığının hüquqi əsaslarına da məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azerbaycan Respublikası Ali Məhkəməsinin 02/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında ifadə olunmuş mövqe də ondan ibarət olmuşdur ki, məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olubolmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. Belə ki, işdən görünür ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2946/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair razılaşdırılmış məbləğ Cavabdeh1 tərəfindən ödənilməklə satın alındığından, İddiaçı mübahisəli mənzilə dair hər hansı gözlənilən mülkiyyət hüququndan söhbət gedə bilməz. İddiaçı X20 ilə pul əməliyyatlarına gəldikdə isə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X8 mənzilə hər hansı hüququ olmamışdır.
12. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 qızının iddia tələbinə münasibətdə də eyni mövqeni nümayiş etdirərək qeyd etmişdir ki, X4 qızı xx.xx.2019-cu il tarixli müqavilənin tərəfi olmadığından, onun həmin müqavilənin ləğvini tələb etməyə subyektiv hüququ yoxdur. 13.Məhkəmə həmçinin hesab etmişdir ki, mübahisəli əmlaka dair İddiaçılə Cavabdeh2 MTK arasında bağlanılmış xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə İddiaçı və onun arvadı C.Musazadə-Əliyevanın hüquqları (podrat müqaviləsi üzrə hüquqlar) icbari qaydada qeydiyyata alınmalı olan hüquqlar siyasına aid edilmədiyindən, İddiaçı həmin müqavilədən (müqavilə üzrə hüquqlarından) imtinası hallarında C.Musazadə-Əliyevanın razılığının mövcudluğu ehtimal olunur. Bunun əksini sübut etmək yükü C.Musazadə-Əliyevanın üzərinə düşsə də, sonuncu razılığının olmadığını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Buna görə də üçüncü şəxsin bununla bağlı dəlilləri əsaslı hesab edilə bilməz.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 385.1, 405.1, 386.1, 399.1, 407.2, 421, 422, 425, 442, 448.1, 452.1, 752.1, 759.1, 760.1, 760.2, 762.2-ci, Ailə Məcəlləsinin 31, 32.1, 32.2, 33-cü və MPM-in 9.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
c) Apellyasiya instansiyası məhkəməsində icraat
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı Cavabdeh1 tərəfindən etiraz verilmişdir. Etirazda apellyasiya şikayətinin əsassız olduğu bildirilərək onun rədd olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
19. Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil1 isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər.
20. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 və nümayəndəsi (vəkili) X25 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər.
21. Cavabdeh2 MTK və müstəqil tələb irəli sürən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, onlar (nümayəndələri) heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; - 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; - 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; - 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; - 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır; - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; - 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; - 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər; - 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: - 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; - 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; - 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; - 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər; - 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir; - 760.1-ci maddəsinə görə əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin; - 760.2-ci maddəsinə görə əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər; - 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 31-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur; - 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; - 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; - 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir; - 33.2-ci maddəsinə görə ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir; - 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər; - 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı işdə qətnamə iki iddia tələbi üzrə çıxarılmışdır. İddiası İddiaçı tələbi və üçüncü şəxs Cəmilə Musazadə-Əliyevanın tələbi. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız onun tələbinə aid hissədə yoxladı. Qətnaməmin əsaslılığı üçüncü şəxsin tələbinə aid hissədə yoxlanılmadı və ona görə də məhkəmə kollegiyası qətnamənin həmin hissəsinin əsaslılığına münasibət bildirmir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni İddiaçı tələbinə aid hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin göstərilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
28. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən İddiaçı iddia tələbinə münasibətdə bu qənaətə gəlmişdir ki, Cavabdeh1 ilə (“Payçı”) Cavabdeh2 MTK (“Podratçı”) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquqi əsaslar yoxdur. Belə ki, müqavilənin ləğv olunması tərəflərdən birinin tələbi ilə - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda mümkündür. Mülki Məcəllənin və ya müqavilənin birbaşa göstərişi ilə də müqavilənin ləğvi mümkündür. İddiaçı mübahisələndirilən müqavilənin tərəfi olmadığından, sonuncunun müqavilənin ləğvinə dair tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir.
29. “İ.Orucovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı”nda qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
30. Birinci instansiya məhkəməsi İddiaçı hazırkı iş üzrə məhkəmə iclasında verdiyi izahatlarda əqdin etibarlılığını da mübahisələndirdiyini nəzərə alaraq “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azerbaycan Respublikası Ali Məhkəməsinin 02/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında ifadə olunmuş mövqeni nəzərə alaraq qətnamədə müqavilənin ləğvi tələbi ilə yanaşı, müqavilənin etibarlılığının hüquqi əsaslarına da qiymət vermişdir.
31. Ali Məhkəmənin adı çəkilən qərardadında qeyd olunur ki, məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olubolmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.
32. Birinci instansiya məhkəməsi müqavilənin etibarlılığının Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2(103)-2946/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə yoxlanıldığını qeyd edərək həmin qətnamə ilə müəyyən olunmuş hallara istinad etmişdir.
33. Qanuni qüvvəyə minmiş həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair razılaşdırılmış məbləğ Cavabdeh1 tərəfindən ödənilməklə satın alındığından, İddiaçı mübahisəli mənzilə dair hər hansı gözlənilən mülkiyyət hüququndan söhbət gedə bilməz.
34. Həmin qətnamə ilə həmçinin müəyyən olunmuşdur ki, X8 mübahisəli mənzilə dair hər hansı hüququ olmamışdır.
35. İddiaçının mövqeyi ondan ibarətdir ki, mənzil ona məxsus olduğu halda, həmin mənzilə dair cavabdehlər arasında xx.xx.2019-cu il tarixli müqavilənin bağlanılması qanunazidd olmuşdur. Halbuki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil İddiaçı həmin mənzildən imtinasından sonra Cavabdeh2 MTK tərəfindən Cavabdeh1 özgəninkiləşdirilmişdir. Bununla da, cavabdehlərin arasında müqavilənin bağlanılması zamanı İddiaçılə Cavabdeh2 MTK arasında daha əvvəl bağlanılmış xx.xx.2018-ci il müqavilə üzrə İddiaçı hüquqlarına sonuncunun öz istəyi ilə xitam verilmişdir. Buna görə də üzərində İddiaçı hüquqları saxlanılmamışç mənzilin, sonuncunun razılığı ilə Cavabdeh1 özgəninkiləşdirilməsi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmamış, xx.xx.2019cu il tarixli müqavilənin etibarsızlığı ilə nəticələnməmişdir. Nəzərə alınmalıdır ki, sözügedən müqavilələr mahiyyət etibarilə mənzillərin tikintisi və təhvilinə dair podrat razılaşmalarıdır və bağlandıqları andan mənzil üzərində mülkiyyət hüquqlarının yaranmasına səbəb olmurlar. Yuxarıda göstərilən normalardan da görünür ki, podrat müqaviləsi üzrə sifarişçiyə qanunvericiliklə nəzərdə tutulmuş şərtlər daxilində müqavilədən imtina etmək imkanları verilmişdir. İddiaçı də xx.xx.2018-ci il tarixli müqavilənin bağlanmasından sonra həmin müqavilədən öz razılığı ilə imtina etmişdir. Bununla da, xx.xx.2019-cu il tarixli müqavilənin bağlanılması zamanı müvafiq əqd tərəflərin iradə ifadəsinə uyğun olmaqla, müqavilədə qeyd olunmuş mənzil İddiaçı hüquqlarından azad olmuşdur.
36. Hər hansı əqdin etibarlı olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin faktiki hallarından görünür ki, mübahisəli müqavilə bağlanarkən lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etmişlər.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyinəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
38. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmaması, işdəki sübutların müqayisəli şəkildə tədqiq edilməməsi, sübutların düzgün qiymətləndirilməməsi, mülkiyyət hüququnun pozulması, müqavilənin bağlanmasına üçüncü şəxs Cəmilə Musazadə-Əliyevanın razılığının olmamasının nəzərə alınmaması, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlinməsi və maddi və prosessual hüquq normalarının pozulması barədədir.
39. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müqavilənin bağlanmasına üçüncü şəxs Cəmilə Musazadə-Əliyevanın razılığının olub-olmamasının yoxlanılması və qiymət verilməsi onun özünün apellyasiya şikayəti üzrə araşdırıla bilərdi. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, üçüncü şəxs Cəmilə Musazadə-Əliyevanın hazırkı iş üzrə qətnamədən verdiyi apellyasiya şikayəti qüvvədə olan məhkəmə qərardadı ilə geri qaytarılmış və buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin olunmamışdır.
40. Beləliklə, hazırkı halda üçüncü şəxs Cəmilə Musazadə-Əliyeva qətnaməni apellyasiya qaydasında mübahisələndirmədiyindən Məhkəmə kollegiyası ona aid hissədə qətnaməmin əsaslılığını yoxlamır və onun tələbinə də hər hansı qiymət vermir. Qısası, qətnamənin üçüncü şəxs Cəmilə Musazadə-Əliyevanın tələbinə aid hissəsi hazırkı apellyasiya baxışının predmetini təşkil etmir.
41. Apellyasiya şikayətində iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququna dair gözləntisi olduğu və mübahisələndirilən qətnamə ilə onun mülkiyyət hüququnun pozulduğu da qeyd edilmişdir. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mübahisəli mənzilə dair razılaşdırılmış məbləğin Cavabdeh1 tərəfindən ödənilməsi və mənzilin satın alınması müəyyən edildiyindən İddiaçı mübahisəli mənzilə dair hər hansı gözlənilən mülkiyyət hüququndan söhbət gedə bilməz. xx.xx.2019-cu il tarixli müqavilə Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında bağlanılmışdır və həmin müqavilə bağlanılarkən mənzil İddiaçı hüquqlarından azad olmuşdur. Bu baxımdan mübahisələndirilən müqavilə bağlanarkən iddiaçının mülkiyyət hüququna müdaxilə baş verməmişdir.
42. İşin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmaması, işdəki sübutların müqayisəli şəkildə tədqiq edilməməsi, sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə sübutetmə yükü iddiaçının öz üzərinə düşür və o, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Ona görə də kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1-ci maddələrinin tələblərinin pozulması ilə bağlı dəlilləri əsaslı sayıla bilməz.
43. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
45. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
46. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir.
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilmiş, heç bir pozuntuya yol verilməmişdir.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini yuxarıda qeyd olunduğu kimi əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən hər hansı qanun pozuntusuna yol verilməmiş, işin halları düzgün müəyyən olunmuş və həmin hallara uyğun gələn maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 16 aprel 2025-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə və onun tələbinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.