Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7079/2025 05.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (mənəvi zərər tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-2237/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-433/2024 saylı hökmü ilə, X10 Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müdddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi, cəzasının əvvəlinin həbs edildiyi yəni, 09 sentyabr 2024-cü il tarixdən hesablanması hökm edilmişdir.
2. ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli şahidin dindirmə protokolunda Cavabdeh Xəyyam oğlu bildirib ki, “O özünə məxsus olan «Howo ZZ3317 N 3967W» markalı **-DT-*** qeydiyyat nişanlı avtomobilini həm təmir etməsi üçün, həm də tikinti aparılan ərazidə yük aparıb gətirməyə vermişdi. X5 avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığını bilirdi. X10 əsasən usta kimi təmir işləri görürdü.
3. “Sübutların qiymətləndirilməsi və cinayət işinə nəticə verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 378№-li qərarda şahid qismində ifadəsi alınmış Cavabdeh Xəyyam oğlu göstərmişdir ki, «Howo ZZ3317 N 3967W» markalı **-DT-*** qeydiyyat nişanlı avtomobili onun adına qeydiyyatda olmaqla ona məxsusdur. Hadisə nəticəsində avtomobilə 1539 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyana görə sürücü X8 qarşı heç bir şikayət və tələbi yoxdur. O, həmçinin göstərmişdir ki, qeyd olunan yük avtombilini həm təmir etmək, həmdə tikinti aparılan ərazidə yük aparıb gətirməyə icazə vermiş, M.Hacıyevin sürücülük vəsiqənin olmadığını əvvəlcədən bilmişdir.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 3-13- 16/2-94924/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Cavabdeh «Howo ZZ3317 N 3967W» markalı **-DT-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2021- ci il tarixdən alqı-satqı müqaviləsi əsasında mülkiyyətçisidir.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 3-13- 16/2-130787/2025 saylı xx.xx.2025-ci il tarixli məktubuna əsasən, xx.xx.2023-cü il tarixdə Ələt-Astara-İran sərhədi yolunun 54-cü km-də baş vermiş yol nəqliyyat hadisəsinə görə vət. Cavabdeh İXP ******* nömrəli qərarla 335.3-cü (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilmişdir. 6.X5 təqsirli bilindiyi yol nəqliyyat hadisəsində iddiaçının xx.xx.2008-ci il təvəllüdlü övladı X6 vəfat etmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat, hüquqi yardıma görə ödənilən 300 manat, etibarnamə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 17,25 manat, iddia verilməsinə görə dövlət rüsumu üçün ödənilən 240.6 manat olmaqla, ümumilikdə 50.557 (əlli min beş yüz əlli yeddi) manat 85 qəpik məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin təqsiri üzündən yeganə oğul övladı Fərid həyat üçün təhlükəli olan xəsarətlər alaraq faciəvi şəkildə ölmüşdür. X11 Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3. maddəsi ilə təqsirli bilinib, 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-DT-*** dövlət nömrə nişanlı HOWO markalı, ZZ3317 N 3967W yük modelli nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh Xəyyam oğludur. Hökmün 7-ci səhifəsinin 5-ci abzasında qeyd olunur ki, DİN-nin BDYPİ-nin rəisinin imzaladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin kömpüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2002-ci il təvəllüdlü X1 vəsiqəsi verilməmişdir. ********* nömrəlicinayət işi üzrə Cavabdeh şahid qismində dindirmə protokolundan görünür ki, müstəntiqin “siz özünüzə məxsus olan “Hovo” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etməsi üçün X8 vermisinizmi, onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığını bilirdinizmi?” sualına cavab olaraq bildirir ki, “mən özümə məxsus “Hovo” markalı 77-DT640 dövlət qeydiyyat nişanlı yük avtomobilini həm təmir etməsi üçün, həm də tikintiaparılan ərazidə yük aparıb gətirməyə vermişdim. X5 avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığını bilirdim.” Göründüyü kimi hadisənin baş verməsi cavabdehin qəsdən törətdiyi əməl nəticəsində baş vermişdir, yəni o, sürücülük hüququ olmadığını bilə bilə nəqliyyat vasitəsini Murad Hacıyevə vermiş, sonuncu da oğlunun ölməsinə səbəb olan cinayət törətmişdir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. **-DT-*** dövlət nömrə nişanlı HOWO markalı, ZZ3317 N 3967W yük modelli nəqliyyat vasitəsinin mülkiyyətçisi (cavabdeh) Cavabdeh sürücülük hüququ olmadığını bilə bilə nəqliyyat vasitəsini verdiyi, oğlunun ölməsinə səbəb olan cinayət törətmiş Murad Hacıyevin barəsində çıxarılmış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli 1(099)-433/2024 nömrəli qanuni qüvvə minmiş hökmü hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Məhkəmətibb ekspertizasının 18 noyabr 2023-cü il tarixli 53 №-li rəyinə diqqət yetirərkən görürük ki, övladı X3 meyitinin məhkəmə tibbi müayinəsi zamanı beynin sərt və yumşaq qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, sağ alın nahiyəssində əzilmiş-cırılmış yara, ənsə nahiyəsində sağda yara, sağ yanaq nahiyəsində burunun yumşaq toxuması üzərində, alt çənədə, qarının ön divarında sıyrıqları, sağ tərəfli 4- 5-6-7-ci qabırğaların qapalı yerdəyişən sınıqları, bədən səthinin qançır və sıyrıqları, bədənin küt travması xəsarətlər aşkar edilmişdir. Rəyə ona görə diqqət çəkdi ki, övladının son görüntüsü yaddaşında elə qalıb. Hər dəfə oğlan uşağı görəndə övladının həmin vəziyyətdəki cansız bədəni gözünün önünə gəlir, əzab, iztirab çəkir. Bunu unutmağı mümkündürmü? Deyil. Çünki hər gün kiminsə uşağını görür. O an övladını görmək istəyir, onu əvvəlki kimi qucaqlamaq, başını sığallamaq, ünsiyyətdə olmaq istəyir. Lakin bunun mümkün olmadığını dərk edəndə acizliyini anlayır. Bir valideyin üçün bunları yaşamaq çox ağırdır, əzablıdır, iztirab verir. Övladını bir daha görə bilməyəcək. Bu o deməkdir ki, bu iztirabı ölənə kimi yaşayacaq. Cavabdehin hüquqazidd hərəkəti nəticəsində baş verən hadisədə tək oğul övladı öldüyünə görə ona mənəvi zərər dəymişdir. Hazırkı işdə də mənəvi zərərə görə təzminat müəyyən olunarkən, mülki hüquq pozuntusunun insanın ölümü kimi mühüm itgi ilə nəticələnməsi və bu hadisənin mənə sarsıdıcı təsiri, keçirdiyim ruhisarsıntı və iztirabın davam etməsi nəzərə alınmalıdır. Bundan başqa mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakışəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi nəzərə alınmalıdır. Baş vermiş cinayət hadisəsi nəticəsində yeganə oğul övladının faciəvi şəkildə ölməsindən sonra davamlı iztirablara məruz qalır. Çəkdiyi nigarançılıq, ruhi sarsıntı və iztirablar yüngülləşmək bilmir. İşin hallarına əsasən cavabdehin işçisinin hüquqazidd hərəkəti nəticəsində onun fıziki mənəvi əzab çəkməyi şübhəsizdir. Bəlkə bu əzab və iztirabların yüngülləşər deyə mənəvi zərərin ödənilməsini tələb etmək qərarına gəldi. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini ancaq bu iztirabı yaşayan şəxs təyin edə bilər.
9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, əvvəlcə yol nəqliyyat hadisəsini törətmiş şəxs X10 cavabdehin işçisi deyildir. Cavabdehlə onun arasında heç bir əmək müqaviləsi yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndində qanunverici qeyd edir ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2- ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Azərbaycan respublikasının Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddsəinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf belə bir sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi Cavabdeh Xəyyam oğlu yol nəqliyyat hadisəsini törətmiş şəxs X10 ilə mülki hüquq münasibətində olmuş ,mülkiyyətində olan avtomobili Murad Hacıyevə təmir etmək üçün və tikinti daxilindəki vacib yüklərin daşınması üçün vermişdir. Göründüyü kimi Murad Hacıyev məhz bu işləri yerinə yetirəcəyi təqdirdə əvvəlcədən razılaşdığı məbləği cavabdehdən alacaqdı. İddiaçının özünün məhkəməyə sübut olaraq təqdim etdiyi Cavabdeh şahid qismində dindirmə protokolundan görünür ki, müstəntiqin “siz özünüzə məxsus olan “Hovo” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etməsi üçün X8 vermisinizmi, onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığını bilirdinizmi?” sualına cavab olaraq bildirir ki, “mən özümə məxsus “Hovo” markalı 77-DT640 dövlət qeydiyyat nişanlı yük avtomobilini həm təmir etməsi üçün, həm də tikintiaparılan ərazidə yük aparıb gətirməyə vermişdim. X5 avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığını bilirdim.”cavabını vermişdir. Bu sübut iddiaçının özü tərəfindən təqdim edildiyi üçün cavabdehin Murad Hacıyevə “Hovo” markalı 77-DT640 dövlət qeydiyyat nişanlı yük avtomobilini həm təmir etməsi üçün, həm də tikintiaparılan ərazidə yük aparıb gətirməyə verməsi halı da mübahisəsizdir.Bu da onu sübut edir ki,Cavabdeh Muradın avtomobili tikinti aparılan ərazidən çıxarmasına razılıq verməyib. Murad Hacıyevin hüquqa zidd hərəkətləri nəticəsində mənbə (nəqliyyat vasitəsi) onun sahibliyindən çıxmışdır.Nəqliyyat vasitəsinin Murad Hacıyev tərəfindən oğurlanması faktına görə şikayətin olmaması məsələsinə gəldikdə isə bildirirəm ki,bu addımdan Cavabdeh çəkinməsinin səbəbi Muradın hazırki iddiaçı ilə barışmasına stimul yaratmaq istəyi olmuşdur. Belə ki,eyni hadisə üzrə Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirləndirilməs,yəni bir tərəf ilə barışsa da digər işinin qalması faktı onu və yaxınlarını ruhdan salar və zərərçəkmiş tərəf olan Xalıq Məlikzadə ilə maddi razılaşmada çətinlik törədərdi. Məhz elə bu səbəbdən də Cavabdeh avtomobilinə dəymiş ziyanı belə Murad Hacıyevdən tələb etməmişdir.Bir daha məhkəmənin nəzərinə çatdırırq ki,cavabdehin “Hovo” markalı 77-DT640 dövlət qeydiyyat nişanlı yük avtomobilini yol nəqliyyat hadisəsini törətmiş şəxs X8 “Qaradağ” daş karxanasından mişar daşı yükünün daşınması üçün veməsi faktı barədə heç bir mötəbər sübut yoxdur. Avtomobilin istifadəsinə razılıq təmiri və tkinti aparılan ərazidə yüklərin daşınması ilə məhdudlaşıb. Yol nəqliyyat hadisəsi isə həmin ərazidə baş verməmişdir. Üçüncüsü isə ölkə üzrə tez-tez baş verən avtonəqliyyat hadisələrində zərərçəkmişlərin tələb etdikləri mənəvi ziyanın təmin edilməsində hazırkı tələbə uyğun bir presitent yoxdur. İddianın təmin ediləcəyi təqdirdə bu tip mənəvi ziyan tələbinə dair yeni presitent formalaşmış olar.
10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-2237/2025 saylı qətnaməsi ilə (sədrlik edən-G.Aslanova) iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş mənəvi ziyana görə 10,000 manat, vəkilə ödənilən xərcin əvəzi olaraq 63.45 manat və dövlət rüsumunun əvəzi olaraq 120 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 11.Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının oğlu X6 Cavabdeh məxsus olan “Howo ZZ3317 N 3967W” markalı 77-DT640 dövlət qeydiyyat nişanlı avtomobilin sürücülük hüququ olmadan X10 tərəfindən idarə olunaraq baş vermiş qəza nəticəsində vəfat etmişdir. X10 qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-ci maddəsi ilə təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, iddiaçının oğlunun baş vermiş qəza nəticəsində vəfat etməsi, habelə ölümün cavabdehin mülkiyyətində olan əmlakı sürücülük hüququ olmayan şəxsə və sürücülük hüququnun olmadığını bilərək verməsi nəticəsində baş verməsi, eləcə də, həmin hərəkətlərlə mənəvi zərər arasında səbəbli əlaqənin olması işin mübahisəsiz halıdır. Belə olan halda, yeganə oğlu X3 hadisə nəticəsində vəfat etməsi iddiaçı üçün çox ciddi mənəvi məhrumiyyətlərlə nəticələnmişdir və işdə belə zərərin vurulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdehin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt - yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və maddi şərt - yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olma və ondan yararlanma hazırkı halda mövcud olmaqla, məsuliyyəti istisna edən hallar mövcud deyildir. Cavabdeh yüksək təhlükə mənbəyinin üçüncü şəxslərin hüquqazidd hərəkətləri nəticəsinə onun sahibliyindən çıxmasını sübut etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh mülkiyyətində olan nəqliyyat vasitəsini Murad Hacıyevə yükü daşımaq üçün vermədiyini bildirsə də, ibtidai istintaq materiallarında verdiyi ifadələrindən aydın görünür ki, o, nəqliyyat vasitəsini Murad Hacıyevin sürücülük hüququnun olmadığını bilməsinə baxmayaraq sonuncunun istifadəsinə yük aparıb gətirmək məqsədilə vermişdir.
12. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Lakin məhkəmə, iddiaçının mənəvi zərərə görə 50.000 manat pul tələb etsə də, həmin məbləği şərtləndirən halları ərizəsində əsaslandırmamasını, zərərçəkmiş şəxslərin onun övladı olmaqla yaxınlıq və bağlılıq dərəcəsinin yüksək olmasının mübahisəsiz olması və iztirabın davamlı xarakter daşıması, zərərin cavabdehin birbaşa təqsirli hərəkəti nəticəsində baş verməməsi ilə birlikdə qiymətləndirərək hesab etmişdir ki, iddia tələbinin iddiaçıya vurulmuş mənəvi zərərə 10.000 manat pul vəsaitinin cavabdehdən tutulması həddində təmin edilməsi ədalətli və ağlabatan olacaqdır. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1108.1, 1115-ci; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü; maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41- ci maddəsinə və digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsi təcrübəsinə dair qərarlarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 106.1, 107, 119, 124.1, 115.0, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf belə bir sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi o, yol nəqliyyat hadisəsini törətmiş şəxs X10 ilə mülki hüquq münasibətində olmuşdur, mülkiyyətində olan avtomobili Murad Hacıyevə təmir etmək üçün və təmirdən sonra avtomoildə olan yükü boşalda bilərsə elə həmin yükün götürüldüyü yerə avtomobilin yük altında qalmaması üçün boşaltmasını tapşırmışdır (təmir edə biləcəyi yəni avtomobilin xarab olan hissəsinin düzələcəyi təqdirdə) Göründüyü kimi Murad Hacıyev məhz bu işləri yerinə yetirəcəyi təqdirdə əvvəlcədən razılaşdığı məbləği ondan alacaqdı. Yol altına verilmək üçün avtomobilə yükün yükləndiyi yerlə tikinti aparılan sahəyə ən azı 20 km məsafə vardır ki, bunun üçün o mütləq mağistral yola çıxmalı idi ki, cavabdeh bu razılığı ona verməmişdir. Murad Hacıyevin hüquqa zidd hərəkətləri nəticəsində mənbə (nəqliyyat vasitəsi) onun sahibliyindən çıxmışdır. Nəqliyyat vasitəsinin Murad Hacıyev tərəfindən oğurlanması faktına görə şikayətin olmaması məsələsinə gəldikdə isə bildirir ki, bu addımdan çəkinməyinin səbəbi Muradın hazırki iddiaçı ilə barışmasına stimul yaratmaq istəyi olmuşdur. Belə ki, eyni hadisə üzrə Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirləndirilməs, yəni bir tərəf ilə barışsa da digər işçinin qalması faktı onu və yaxınlarını ruhdan salardı. Lakin məhkəmə bu halı nəzərə almamış və ümümiyyətlə bu məsələyə münasibətini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsini plenimunun 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mübahisələndirdiyi qətnaməni qəbul edərkən məhkəmə cavabdehin maddi vəziyyətini, 4 azyaşlı uşağının olmasını nəzərə almamış, bu halı tədqiq etməmiş və münasibət bildirməmişdir. Məhkəmə qətnamə çıxararkən onun hadisə ilə bağlı verdiyi izahatı qətnamədə qeyd etsə də buna qiymət verməmişdir. Bundan başqa vəkiliin verdiyi etirazda Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2020-ci il tarixli 3 saylı bületeninin 13- 18-ci səhifələrini əhatə edən bölməsində qeyd edilən xüsusatları məhkəmənin nəzərinə çatdırsa da məhkəmə bu kimi halları nəzərə almamışdır. Bundan başqa imperiativ norma sayılan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsini Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd edilən “Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir” müddəalarına əməl edilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən birtərəfli olaraq sübut kimi yalnız iddiaçı tərəfin dəlillərini əsas götürməklə qanunvericiliyin sözügedən müddəaları pozmaqla prosesual pozuntuya yol vermişdir. Yol nəqliyyat hadisəsi törətmiş şəxsin onun işçisi olmaması faktı; yol nəqliyyat hadisəsi törətmiş şəxsin cavabdehin nəqliyyat vasitənə qanunsuz yiyalənməsi faktı; iddiaçının maddi vəziyyəti; cavabdehin maddi və ailə vəziyyəti; ölkə üzrə yaşam həddi kimi hallar araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli e-2(002)- 2237/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Etirazda 1-ci dəlillə bağlı qeyd olunur ki, iddia tələbində cavabdehə məxsus yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi ilə qəza törədən şəxsin cavabdehin işçisi olduğunu deməmişdir ki, bu barədə hər hansı sübut təqdim etsin. 2-ci dəlillə bağlı qeyd olunur ki, yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi cavabdehin sahibliyindən çıxmayıb. Çünki cavabdehin ibtidai istintaq zamanı verdiyi ifadələrindən aydın görünür ki, o, Murad Hacıyevin sürücülük hüququnun olmadığını bilməsinə baxmayaraq, yük aparıb gətirmək məqsədilə nəqliyyat vasitəsini sonuncunun istifadəsinə vermişdir. Cavabdehin Murad Hacıyev tərəfindən talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməsi ilə bağlı müraciət etməməsi də məhz bu səbəbdəndir. Məhkəmə bu hala qətnamənin 27-ci bəndində qiymət vermişdir. 3-5-ci dəlillərlə bağlı qeyd olunur ki, məhkəmə qətnamənin 19,30-34-cü bəndlərində zərərin həcmi ilə bağlı əsaslandırma aparmışdır. Bundan başqa qeyd olunmalıdır ki, cavabdehin 4 azyaşlı uşağının olması zərərin məbləğinə təsir edən amil deyil. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarında mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətlərinin (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu) nəzərə alınması göstərilmişdir. Cavabdeh özü işsiz olmasını bildirsə də bu belə deyil, mənəvi zərərin məbləğinin aşağı salınması üçün atılmış bəyənilməyən bir addımdır. Onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə məhkəmədə bildirmişik. İddia ərizəsinə əlavə etdiyi sənədlərlə cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiq edilir. Onun əmlak vəziyyəti ilə bağlı məhkəməyə təqdim etdiyi kompyuter çıxarışından görünür ki, cavabdehin adına biri yarımqoşqu, dördü yük, biri isə minik avtomobili olmaqla 6 nəqliyyat vasitəsi vardır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, hazırki vəziyyətdə 10000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İşin ümumi halına görə həmin məbləğ çoxdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən bir qərarını təqdim etmişdir. Həmin iş üzrə cavabdeh hüquqi şəxs olub, Ali Məhkəmə həmin hüquqi şəxsdən tutulmalı olan qeyd edib ki, məbləğ həddindən artıq çoxdur. Hazırki işdə cavabdeh fiziki şəxsdir və 10000 manat fiziki şəxs üçün böyük bir məbləğdir. Bununla yanaşı cavabdehin təqsiri faktiki olaraq təsdiq edilsə də, işin faktiki hallarından görünür ki, avtomobil qəza törətmiş şəxs tərəfindən götürülüb, cavabdeh tərəfindən ona yola çıxmaqla bağlı heç bir tapşırıq verilməyib. Yağışlı hava olduğu üçün, cavabdeh bildirib ki, yükü yaxınlıqda olan yük boşaltma yerinə təhvil versin. Lakin qəza törədən şəxs avtomobil təmir edildikdən sonra 20-25 km məsafədə olan yerə gedib. Cavabdeh qəza törətmiş şəxsi ona görə avtomobili qaçırdığı üçün şikayət etməyib ki, şəxsin digər cinayət əməli üzrə cəzadan azad olunması, cəzasının yüngülləşdirilməsi üçün İddiaçı ilə barışıq əldə etməsinə stimulu olsun. Cavabdehin adına minik avtomobili və yük avtomobili var. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs deyil, sürücü işləyirdi.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur, VÖEN-i var. Bununla bağlı sənədi təqdim edə bilər. 2022-ci ildən qeydiyyatdadır. Əmlak olaraq biri yarımqoşqu, dördü yük, biri isə minik avtomobili olmaqla 6 nəqliyyat vasitəsi var. Bununla bağlı işdə sübutlar var. Həmin yük avtomobilləri də onun sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir. Cavabdeh qəza törədən şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığını bilib. Burda bir ailənin yeganə övladının ölümü əsas məsələdir. İddiaçı mənəvi cəhətdən çox böyük sarsıntıdadır. Onların tələb etdiyi pul məbləği bu işlər üzrə təmin edilən ən aşağı məbləğdir. Məhkəmə tərəfindən kifayət qədər əsaslandırma aparılıb.
Tətbiq edilən hüquq 20.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 82.4.Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 23.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissində yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlilləri və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. İşin halları odur ki, X5 təqsirli bilindiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının xx.xx.2008ci il təvəllüdlü övladı X6 aldığı xəsarətdən sonra vəfat etmişdir. X10 cavabdehin mülkiyyətində olan nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarət etmiş və yol nəqliyyat hadisəsini tərətmişdir. 26.İddiaçı övladının ölümü ilə əlaqədar cavabdehdən ona mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmişdir.
27. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək cavbadehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğdə pulun tutulmasını qət etmişdir.
28. Qətnamə ilə razılaşmayan cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, qəza vaxtı nəqliyyat vasitəsi cavabdehin sahibliyindən çıxmışdır. 29.Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. 30.Belə ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh İXP ******* nömrəli qərarla 335.3cü (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilmişdir.
31. ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli şahidin dindirmə protokolunda Cavabdeh Xəyyam oğlu bildirib ki, “O özünə məxsus olan «Howo ZZ3317 N 3967W» markalı **- DT-*** qeydiyyat nişanlı avtomobilini həm təmir etməsi üçün, həm də tikinti aparılan ərazidə yük aparıb gətirməyə vermişdi. X5 avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığını bilirdi. X10 əsasən usta kimi təmir işləri görürdü.
32. “Sübutların qiymətləndirilməsi və cinayət işinə nəticə verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 378№-li qərarda şahid qismində ifadəsi alınmış Cavabdeh Xəyyam oğlu göstərmişdir ki, «Howo ZZ3317 N 3967W» markalı **-DT-*** qeydiyyat nişanlı avtomobili onun adına qeydiyyatda olmaqla ona məxsusdur. Hadisə nəticəsində avtomobilə 1539 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyana görə sürücü X8 qarşı heç bir şikayət və tələbi yoxdur. O, həmçinin göstərmişdir ki, qeyd olunan yük avtombilini həm təmir etmək, həmdə tikinti aparılan ərazidə yük aparıb gətirməyə icazə vermiş, M.Hacıyevin sürücülük vəsiqənin olmadığını əvvəlcədən bilmişdir. 33.“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 24 ” dekabr 2025-ci il tarixli qərarının 4.79-cu bəndinə əsasən hüquq pozuntusunu törətmiş şəxs yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxs olmadıqda, bu zərərin vurulmasına görə onunla yanaşı, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxslər də məsuliyyət daşıyırlar (təqsirsiz məsuliyyət). Məsələn, mülkiyyətçisinin razılığı ilə verilmiş nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxs tərəfindən təqsirli olaraq yol-nəqliyyat hadisəsi törədildikdə, vurulmuş zərərin əvəzi sürücü ilə yanaşı, mülkiyyətçidən də tutulacaqdır. 34.Cavabdehin apellyasiya şikayətinin digər dəlili kompensasiyanın məbləği ilə bağlıdır. 35.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər... Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. 36.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. 37.Kollegiya hesab edir ki, şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvü hesab edilən xx.xx.2008-ci il təvəllüdlü oğlunun ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. 38.Kollegiya qeyd edir ki, iddiaçının 15 yaşlı yeganə oğul övladını itirməsi, hadisənin üstündən qısa bir müddət keçməsi kimi hallar nəzərə alınmaqla təyin edilmiş 10000 manat kompensasiya məbləği çox deyildir. Əksinə, iddiaçının övladının ölümünə səbəb olmuş əməlin birbaşa cavabdeh tərəfindən törədilməməsi kimi hallar da nəzərə alınmaqla təyin edilmiş kompensasiya məbləğidir. 39.Kollegiya hesab edir ki, bu məbləğ bir tərəfdən iddiaçının oğlunun - ən yaxın ailə üzvünün ölümü nəticəsində çəkdiyi dərin mənəvi iztirabın hüquqi qiymətləndirilməsini ifadə edir, digər tərəfdən isə kompensasiyanın cəzalandırıcı deyil, bərpaedici, təsəlliverici xarakter daşıması prinsipinə uyğun olaraq həddən artıq olmamaqla ədalətli balansı təmin edir. 40.Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)- 2237/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, ödənilmiş rüsum tərəfin özünə aid edilməlidir. 41.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-2237/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Günay Axundova Hakimlər Fərrux Qasımov Məhəmməd Rüstəmli