Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7099/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1955/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1955/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilməsi, “xxxxxxxxx” ASC-dən 36111 (otuz altı min yüz on bir) manat məbləğində sığorta məbləğinin tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə 31000 (otuz bir min) manat məbləğində sığorta ödənişi məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun tutulması, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə İddiaçı 23 sentyabr2019-cu il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəməyə xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, mülki iş üzrə Yasamal rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Yasamal rayon Məhkəməsinə göndərilməsi xahiş olunur. “xxxxxxxxx” ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq tərəflərindən apellyasiya şikayəti verildiyini və apellyasiya şikayətlərinin bir icraatda baxılmasını məqsədəuyğun hesab etdiyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və ona hüquqi qiymət verilməsi üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1955/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. İlkin iddia üzrə cavabdeh “xxxxxxxxx” ASC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1955/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7099/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7099/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver