Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7110/2022 28.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı “aliment tutulması” iddia tələbinə dair mülki üzrə QƏTNAMƏ (Açar sözlər: “aliment tutulması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1797/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı X5 Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1797/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay aylıq əmək haqqının ¼ hissəsi həcmində alimentin X3 xeyrinə tutulması qərara alınmışdır.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Cavabdeh qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəliləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə valideyndən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulur. Bu normadan da aydın olur ki, aliment təkcə əmək haqqından deyil, başqa gəlirlərdən də tutulur. Həmin maddəyə əsasən, iddia ərizəsində də xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin qətnamədə yalnız “əmək haqqının ¼ hissəsi həcmində alimentin tutulması” qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edilən zaman iddianın tam təmin edilməsi bildirilmiş, lakin qətnamə tərtib olunandan sonra müəyyən olmuşdur ki, nəticə hissəsində “hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi həcmində alimentin tutulması” əvəzinə “hər ay aylıq əmək haqqının ¼ hissəsi həcmində alimentin tutulması” qeyd edilmişdir. Bununla da iddiaçı övladının saxlanmasına görə hər ay ala biləcəyi aliment məbləğinin bir hissəsindən məhrum olmuşdur. Bu səbəbdən, qətnamənin dəyişdirilməsi, “xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi həcmində alimentin X3 xeyrinə tutulması barədə” yeni qətnamə qəbul edilməsini xahiş etdmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
8. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)- 2818/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İsmayıl (İsparova) Gyulnur Vaqif qızı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış və Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 535 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X6 anası X4 yanında qalması qət edilmişdir.
10. Bakı şəhər Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayıl Gyulnur qızı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 312 nömrəli akt qeydi ilə nikah pozulmuşdur.
11. Doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş tərcüməsindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X9 doğulmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Ailə Məcəlləsi:
12. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
13. Maddə 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
18. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
19. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
20. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
21. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
24. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
27. Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər;
28. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin mövqeyi:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən, aliment mənbəyinin müəyyən edilməsi hissəsində yoxlayır
31. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Məhkəmə kollegiyası mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və qətnamə dəyişdirilməlidir.
33. Belə ki, iddiaçı iddia ərizəsində xx.xx.2012-ci il təvəllüdlü Ə.İsmayılın saxlanması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, rayon məhkəməsi iddia tələbini təmin etmişdir.
34. Müki iş materiallarında rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolundan məlum olur ki, cavabdehin vəkili iddia tələbi ilə razılaşmışdır (i/v 31).
35. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur.
36. Göründüyü kimi Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin dispozitiv şərtlərində 1 uşağa görə məhkəmə tərəfindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması qeyd edilsə də, rayon məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol verərək əmək haqqının ¼ həcmində aliment tutulmasını müəyyən etmiş, bununla da azyaşlı üçün tutulacaq alimentin məbləğinin məhdudlaşmasına, azalmasına səbəb olmuşdur.
37. Belə olan halda, iddiaçının apellyasiya şikayətinin dəlili əsaslıdır, qətnamə həmin hissədə dəyişdirilməli, cavabdehdən hər ay qazancın və (və ya) başqa gəlirlərinin ¼ hissəsi həcmində aliment tutulması müəyyən edilməlidir. Nəticə:
38. Məhkəmə kollegiyası hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1797/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilməli, cavabdehdən hər ay qazancın və (və ya) başqa gəlirlərinin ¼ hissəsi həcmində aliment tutulması müəyyən edilməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
40. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1797/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən dəyişdirilsin. Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin ¼ hissəsi həcmində aliment tutulması müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev