Məhkəmə qərarları › İş №2(103)-7111/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7111/2020

14.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7111/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı ödənilmiş aliment məbləğinin qaytarılması barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1065/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 170 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12936 manat pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 12966 manat pulun sonuncudan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1065/2020 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 170 sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi və Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və öz müraciətini onunla əsaslandırmışdır ki, Xətai rayon Polis İdarəsində qeydiyyatda olduğundan qətnaməni vaxtında əldə edə bilməmiş, qətnamənin qanuni qüvvəyə minməsi barədə icra və probasiya şöbəsindən məlumat almış, lakin karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar apellyasiya şikayətini vaxtında təqdim edə bilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina olunmuş və cavabdehin apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə ona təqdim olunmamışdır. Qətnamənin surətini icra şöbəsindən əldə etdikdən sonra apellyasiya şikayətini hazırlayarkən xx.xx.2020-ci il tarixdə işdə olan zaman əvvəlki nümayəndəsi tərəfindən Xətai Rayon Məhkəməsində iclas təyin olunması barədə SMS məlumatı gəlmişdir. Həmin gün işdə olduğundan növbəti gün məhkəmədən prosesin nə məqsədlə olduğunu öyrəndikdə məlum olmuşdur ki, birinci instansiya məhkəməsində onu təmsil edən nümayəndə və vəkili tərəfindən qətnamə əldə edilərək, ona təqdim olunmadan apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə təqdim edilmişdir. Həmçinin, onun tərəfindən nümayəndəyə qətnaməni qəbul etmək və apellyasiya şikayəti vermək tapşırığı verilməmişdir. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmiş, lakin ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddiaçı isə şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surəti Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə xəbərnaməli poçtla göndərilmiş və xx xxxxxx 2020-ci il tarixdə «yaşayış yoxdur» səbəbi ilə geri qaytarılsa da, onun nümayəndəsi-vəkili X5 tərəfindən xx xxxxxx 2020-ci tarixdə məhkəmə qəbzinə imza edilərək rəsmi qaydada alınmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. xx xxxx 2020-ci il tarixdə Cavabdeh nümayəndəsi-vəkili X5 qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, şikayət vermək üçün son müddət xx.xx.2020cil il tarixi olduğu halda, apelyasiya şikayəti ərizəçinin nümayəndəsi və vəkili Y.İsmayılovun özü tərəfindən xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə verilməklə prosessual müddət ötürülmüşdür. İş materiallarından görünür ki, etibarnamə ilə Cavabdeh məhkəmə aktlarından apelyasiya, kassasiya şikayətlərinin verilməsi, adından imza etməyi və etibarnamədə göstərilmiş tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq bütün digər hərəkətlər etmək səlahiyyətlərini vəkil X3 etibar etmiş, həmçinin vəkil orderi də iş materiallarına əlavə olunmuşdur. Belə olan halda, cavabdehin onun tərəfindən nümayəndəyə qətnaməni qəbul etmək və apellyasiya şikayəti vermək tapşırığının verilməməsi barədə qeyd etdiyi dəlili əsassız hesab edilir. Cavadehin xx.xx.2020-ci il tarixli məhkəmə iclasından məlumatsız olması, məhkəmə qətnaməsini almaması barədə istinad etdiyi hallar iş materialları ilə təkzib olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə qənaətə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1065/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar