Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7115/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh2 QSC BOKT-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 QSC BOKT adından “xxxx” MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3126/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən 194.9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə dair "xxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 64 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və həmin ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi qət edilmişdir. Göstərilən qətnamədən Cavabdeh2 QSC BOKT adından “xxxx” MMC apellyasiya şikayəti vermiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3521/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3126/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 QSC BOKT adından “xxxx” MMC-nin icraçı direktoru Süleyman Bəkirov tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3126/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 2(009)-3126/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən Cavabdeh2 QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması, şikayət vermiş şəxsə qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Cavabdeh2 QSC BOKT adından “xxxx” MMC xx xxxxx 2020-ci il tarixdə Səbail Rayon Məhkəməsinin 2(009)-3126/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən məhkəməyə apellyasiya şikayəti təqdim etmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3126/2019 saylı, xx xxxx 2020-ci il tarixli qəraradadı ilə Səbail Rayon Məhkəməsinin 2(009)-3126/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən Cavabdeh2 QSC BOKT adından “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 QSC BOKT adından “xxxx” MMC məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadının ləğv edilərək apelyasiya şikayətinin aidiyyəti üzrə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı tamamilə əsassız və qanunsuzdur. Belə ki, məhkəmə tərəfindən göstərilmiş nöqsanlar aradan qaldırılaraq, apellyasiya şikayəti məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 QSC BOKT-nin nümayəndəsi X2 şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3126/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh2 QSC BOKT adından “xxxx” MMC tərəfindən verilmiş ərizəyə baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdehin apelyasiya şikayətindən görünür ki, Cavabdeh2 QSC BOKT adından “xxxx” MMC Səbail Rayon Məhkəməsinin 2(009)-3126/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən müddəti ötürməklə xx xxxxx 2020-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh2 QSC BOKT tərəfindən məhkəməyə Səbail Rayon Məhkəməsinin 2(009)-3126/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən ərizəyə baxılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3126/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh2 QSC BOKT adından “xxxx” MMC tərəfindən verilmiş ərizəyə baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7115/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7115/2020
15.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver