Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7116/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Qida X1-X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5332/2024 nömrəli 01 noyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Qida X1-X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s. tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən istehsal edərək satışa çıxarılan çörək məmulatının keyfiyyət göstəricilərinə uyğun olmayan hesab edilərək bununla əlaqədar hərəkətlərinin qanunsuz hesab edilməsi, buna görə cavabdehə məxsus çörək istehsal müəssisəsinin fəaliyyətinin dayandırılması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5332/2024 nömrəli 01 noyabr 2024cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilmiş və iddiaçıya qaytarılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı müraciəti əsasında Azərbaycan Respublikasının Qida X1-X5 əməkdaşları tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən Cavabdeh MMC-yə məxsus çörək istehsalı müəssisəsində plandankənar yoxlama həyata keçirilmişdir. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edilmiş və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, sahibkar inzibati məsuliyyətə cəlb edilmişdir. Tərtib edilmiş protokolla yanaşı müəssisənin fəaliyyəti nəzarətə götürülmüşdür. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı müəssisənin fəaliyyətinin dayandırılmasını və sair tələb etmiş olsa da, işdə olan Azərbaycan Respublikasının Qida X1-X5 31 iyul 2024-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, cavabdeh qismində cəlb edilmiş olan Cavabdeh MMC-nin fəaliyyəti məhz həmin qurum tərəfindən nəzarətə götürülmüşdür. Məhkəmənin qənaətinə görə müəssisənin fəaliyyəti səlahiyyətli qurum tərəfindən nəzarətə götürüldüyü halda baş vermiş qanun pozuntusuna görə iddiaçı səlahiyyətli quruma müraciət edə biləcəyi və iddia edilən pozuntuların sübuta yetirildiyi halda həmin müəssisə barəsində qurumun tədbir görə biləcəyi halda iddiaçı bilavasitə mülki məhkəmə icraatı qaydasında işlərə baxan məhkəməyə müraciət etməklə, mübahisənin aidiyyət qaydalarının pozulmasına yol vermişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olduğundan şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5332/2024 nömrəli 01 noyabr 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7116/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7116/2024
25.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver