Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7137/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili X1 iştirakı ilə, İddiaçıMMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5717/2013 saylı, xx.xx.2015-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili X1 şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçıMMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi iləməhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)- 5717/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçıMMC ilə Cavabdeh arasında xx xxxxx 2012-ci il tarixdə bağlanmış 408 nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması, Cavabdeh İddiaçıMMC-nin xeyrinə gecikdirilmiş 25140 manat və 2000 manat cərimə, cəmi 27140 manat məbləğində pulun tutulması, müqavilə predmeti olmuş bir ədəd **-JR-*** dövlət qeydiyyat nişanlı, SHACHMAN markalı yük avtomaşının Cavabdeh alınaraq İddiaçıMMC-yə qaytarılması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qərara alınmışdır. Cavabdeh xx.xx.2015-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)- 5717/2013 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini və iş üzrə mübahisəli avtomaşın üzrə müəyyən edilən saxtakarlıq faktı barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5717/2013 nömrəli, xx.xx.2015ci il tarixli qərardadı ilə Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli, 2(004)-5717/2013 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılmsı qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili X1 şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini qətnamənin və sözügedən qərardadın indiyədək təmsil etdiyi şəxsə təqdim edilməməsi arqumenti ilə əsaslandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5717/2013 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya məhkəmə iclasınının onun iştirakı olmadan keçirilməsi və müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Kollegiya şikayəti iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından aydın olur ki, qətnamənin surəti Cavabdeh poçt vasitəsilə göndərilmiş, daha sonra qətnamə icraya yönəldilmiş, qətnamə icraya yönəldikdən sonra cavabdehin apellyasiya şikayətini xx.xx.2015-ci il tarixdə vermiş və şikayətində qeyd etmişdir ki, qətnamənin mövcudluğundan o icraya yönəldikdən sonra xəbər tutmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış və cavabdeh həmin qərardaddan xx.xx.2020-ci il tarixdə şikayət vermişdir. Göründüyü kimi cavabdehin öz qeyd etdiyi kimi onun qətnamənin mövcudluğundan xəbəri olmuş və onun verdiyi apellyasiya şikayəti məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadı ilə geri qaytarılsa da, o həmin qərardaddan 5 il sonra şikayət vermişdir. Kollegiya qeyd edir ki, cavabdeh özü tərəfindən verilmiş apellyasiya şikayətinin aqibəti ilə 5 il maraqlanmamış və bunu görə də kolelgiya onun şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bu əsasdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda, bu barədə qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5717/2013 saylı, xx.xx.2015-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7137/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7137/2020
09.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver