Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7154/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Maraqlarına toxunan şəxs Maraqlı şəxs etibarnamə əsasında nümayəndəsi və vəkili X4, Cavabdehvəkili X8 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan doğulmuş övladları X5 və X2 üçün cavabdehdən qazancının yarısı miqdarda alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü ildə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. İlk övladı doğulduqdan sonra münasibətləri pozulduğu üçün alimentin tutulması üçün məhkəməyə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-16182/2016 nömrəli, xx.xx.2016-ci il tarixli məhkəmə əmri ilə cavabdehin aylıq qazancının ¼ hissəsinin tutulması qərara alınmışdır. Sonradan Yasamal Rayon Məhkəməsinin 2(004)-1405/2017 saylı, xx.xx.2017-c il tarixli qətnaməsi ilə məbləğ dəyişdirilərək cavabdehin qazancının 1/6 hissəsinin tutulması kimi qət edilmişdir. Bundan sonra münasibətləri bərpa olunduğu üçün övladları X9 və X10 dünyaya gəlmişdir. Hal-hazırda nikahı pozulmasa da yenidən ailə münasibətləri pozulmuşdur. Cavabdeh uşaqların saxlanılmasında iştirak etmir və heç bir maddi və ya mənəvi dəstək vermir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər birinə görə qazancının və (və ya) başqa gəlirlərinin 1/8 (səkkizdə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulma müddətinin xx xxxxx 2020-ci il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi işin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış və qiymətləndirməmiş, iddianın dəlillərinin əsaslı olmasını təsdiq edən qanunvericilik normalarına istinad etməmişdir. İddiaçı ilə Cavabdeh arasında olmuş nikah onların öz istəyi ilə formal olaraq pozulmuşdur. Əslində onlar birlikdə yaşayırlar. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs etibarnamə əsasında nümayəndəsi və vəkili X11 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh vəkili X13 apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs Cavabdehlə xx xxxxx 2009-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2010-cu ildə Banu adlı qız övladları doğulmuşdur. Sonra tərəflər arasında münasibətlər pozulduğu üçün 2011-ci il də aralarındakı rəsmi nikah pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1405/2017 saylı, xx.xx.2017-c il tarixli qətnaməsi ilə xx.xx.2010-cu ildə doğulmuş X1 üçün cavabdehin aylıq qazancının 1/6 hissəsinin Maraqlı şəxs xeyrinə tutulması qət edilmişdir. Cavabdehlə İddiaçı xx xxxx 2013-cü ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2014-cü ildə Leyla, xx.xx.2017-ci ildə Ziya və xx.xx.2020-ci ildə Zaur adlı uşaqları doğulmuşdur. İlk övladları Leyla doğulduqdan sonra tərəflər arasında münasibətlər pozulduğu üçün iddiaçı alimentin tutulması üçün məhkəməyə müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-16182/2016 saylı, xx.xx.2016-ci il tarixli məhkəmə əmri ilə cavabdehin aylıq qazancının ¼ hissəsinin tutulması qərara alınmışdır. Sonradan Yasamal Rayon Məhkəməsinin 2(004)-1405/2017 saylı, xx.xx.2017-c il tarixli qətnaməsi ilə məbləğ dəyişdirilərək cavabdehin qazancının 1/6 hissəsinin tutulması kimi qət edilmişdir. Bundan sonra münasibətləri bərpa olunduğu üçün övladları Ziya və Zaur dünyaya gəlmişdir. Halhazırda ailə münasibətləri pozulmuş və İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan doğulmuş övladları Ziya Allahverdiyevin və Zaur Allahverdiyevin saxlanması üçün cavabdehdən qazancının yarısı miqdarda alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Uşaqlar hazırda analarının himayəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2-ci maddəsinə əsasən iki uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3-cü maddəsinə əsasən üç və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə isə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Həmin qanunun 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valildeynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “X12rşı” işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən Konvensiyanın 8-ci maddəsi tələb edir ki, valideynlər arasında olan kəskin xarakterli konflikti nəzərə alınmalı, bu konflikt atanı faydalı şəkildə oğlu ilə təmasda olmaq şansından məhrum etməməli, həmçinin bu ata-bala münasibətlərinin istiləşməsinə mane olmamalıdır. Məhkəmə kollegiyası, cavabdehin müntəzəm gəlirə malik olmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, uşağın mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi və qanunun uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddi ilə bağlı tələblərinin gözlənilməsi baxımından, birinci instansiya məhkəməsi alimentin məbləğinin cavabdehin qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx xxxxxx 2017-ci il təvəllüdlü X5 və xx xxxxx 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər birinə görə qazancının və (və ya) başqa gəlirlərinin 1/8 (səkkizdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulma müddətinin xx xxxxx 2020-ci il tarixdən hesablanması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayətində İddiaçı ilə Cavabdeh arasındakı nikahın onların öz istəyi ilə formal olaraq pozulduğunu, əslində onların birlikdə yaşadıqlarını, birinci instansiya məhkəməsinin işin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarını araşdırmadığını və qiymətləndirmədiyini, iddianın dəlillərinin əsaslı olmasını təsdiq edən qanunvericilik normalarına istinad etmədiyini, birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını göstərsə də həmin hallar qətnamənin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, məhkəmə kollegiyası qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Bеləliklə, məhkəmə kоllеgiyası, qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baхarkən maddi və prоsеssual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2766/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxsapеlyasiya şikayəti təmin еdilmədən saхlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7154/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7154/2020
29.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver