Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7157/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şahbazlı Vüqar Şahbaz oğluna, üçüncü şəxslər "xxxx"şirkətinin və "xxxx"MMC-nin təsisçisi X11 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "xxxx" firmasında payın alqı-satqı müqaviləsinin ləğv edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi X9 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X11 qarşı “”Xəzər-M” firmasında payın alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMCnin təsisçisi X13 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin hallarından görünür ki, "xxxx" Firmasının təsisçisi İddiaçı ilə Cavabdeh1 və X13 arasında bağlanmış “Payın alqı-satqısı”na dair 05 may 2009-cu il tarixli müqaviləyə əsasən, İddiaçı "xxxx" firmasındakı nizamnamə kapitalındakı 100 faiz payının 50 faizini Cavabdeh1, 50 faizini isə X1.
2. İş materiallarında olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-456/2017 saylı, 25 avqust 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər X5 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin qismən ləğv edilməsi, nizamnamə kapitalının 50%- nin qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyan tələbinə dair iddiası rədd edilmişdir.(İ.vər. 64 - 74)
3. İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)1592/2018 saylı, 30 yanvar 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-456/2017 saylı, 25 avqust 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər X5 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, nizamnamə kapitalının 50%-nin qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)1592/2018 saylı, 30 yanvar 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının iddia tələbində göstərdiyi əsaslar mübahisələndirilən alqısatqı müqaviləsinin qismən etibarsız sayılmasına hər hansı əsas vermir, iddiaçı tərəfindən pozulan hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilən müvafiq iddia müddəti buraxılıb, işin faktiki hallarına əsasən mübahisələndirilən əqd xx.xx.2009-cu il tarixdə bağlansa da, iddiaçı onu 7 ildən çox müddət keçdikdən sonra mübahisələndirib, beləliklə də iddia müddətini ötürüb ki, iddia məhz bu səbəbə görə də tam əsassızdır, iddiaçının hüquqlarının pozulmasının ona 2016-cı ildə məlum olması ilə bağlı dəlilləri də əsassızdır. Çünki, iddiaçının göstərdiyi əsasslar iddiaçıya müqavilə bağlanan andan məlum idi və müddət axımı həmin vaxtdan başlanıb.(İ.vər. 56 - 64)
4. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3198/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, həmin qərarla İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)1592/2018 saylı, 30 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(İ.vər. 102 - 107)
5. İş materiallarında olan, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-19/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş,Cavabdeh1 1.180.000 ABŞ dolları məbləğində borc və 5.4083 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1.234.083 ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilib. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, 05 may 2009-cu il tarixli alğı-satqı müqaviləsində icra müddəti müəyyənləşdirilməyib. Lakin, tərəflər arasındakı razılığa əsasən, cavabdehlər tərəfindən müqavilə üzrə müəyyən məbləğ ödənilib, qalan məbləğin isə hissə-hissə ödəniləcəyi barədə şifahi razılığa gəlinib, iddiaçının məhkəmədə verdiyi izahatından da göründüyü kimi, Cavabdeh1 ona hissə-hissə ödəniş etməklə 2016-cı ilin sentyabr ayınadək ümumilikdə 20.000 ABŞ dolları ödəniş edib, həmin tarixdən sonra ödəniş etməyəcəyini bildirib, iddiaçı cavabdehlərə həmin vaxta qədər müəyyən güzəştli müddətlər versə də, həmin vaxtdan etibarən hüquqlarının pozulduğu ona məlum olub. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia müddəti iddiaçının hüquqlarının pozulduğunu bildiyi vaxtdan,yəni 2016-cı ilin sentyabr ayından hesablanmalıdır,iddiaçı isə 2017-ci ilin avqustunda məhkəməyə müraciət edib, hansı ki, bu zaman iddia müddətini ötürməyib.(İ.vər. 91 - 97)
6. İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-7058/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı və üçüncü şəxslər "xxxx" şirkətinin təsisçiləri X14 və X3 apelyasiya şikayətlərinin təmin edilməməsi, cavabdehlər Ş.Şahbazov və V.Şahbazovun apelyasiya şikayətinin təmin edilməsi,Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-19/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, 05 may 2009-cu il tarixdə tərəflər arasında əqd bağlansa da, iddiaçı 8 il keçdikdən sonra həmin əqd əsasında yaranan tələblərlə bağlı iddia qaldırmaqla, iddia müddətini ötürüb.(İ.vər. 87 - 90) İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X11 qarşı “”Xəzər-M” firmasında payın alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 05 may 2009-cu il tarixdə Bakı şəhərinin 30 saylı Dövlət Notariat Kontoronda aparılmış, "xxxx" firmasında payın alqı-satqı müqaviləsinin Cavabdeh1 aid hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" Firması Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən Dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikası Dövlət əmlakının idarə edilməsi üzrə dövlət komitəsindən xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2405-ci məhəllədə yerləşən İdman sağlamlıq mərkəzinin "xxxx" Firmasının mülkiyyətində olması barədə mülkiyyət hüquqları haqqında Şəhadətnamə verilmişdir. Onlar həmin əmlakı aylıq icarəyə verərək hər ay 12.000 manat məbləğində vəsait almışlar. Lakin, "xxxx" şirkətinin təsisçisi, həkim Şahbaz Şahbazov onlara yaxınlaşaraq, birgə fəaliyyət göstərmələrini təklif etmişdir. Belə ki, Şahbaz Şahbazov tam əminliklə onları inandırmışdır ki, “İdman sağlamlıq mərkəzi” kompleksində yaxşı Klinika açmaq olar və həmin Klinikadan aylıq minimum 100.000 manat məbləğdə gəlir götürə bilərlər. Uzun danışıqlardan sonra onlar, Şahbaz Şahbazovun şirin vədlərinə inanmış və ümumi bir razılığa gələrək 2007-ci il tarixdə aralarında “birgə fəaliyyət haqqında” müqavilə imzalamışlar. Həmin müqaviləyə əsasən onlar öz əmlaklarını, Klinika kimi təmir edəcək və Şahbaz Şahbazov da həmin tibb müəssisəsinə müasir tələblərə cavab verən tibb avadanlıqları alaraq və idarə edəcək, “100.000” manat xalis gəlirdən hər ay 50.000 manat onlara verəcək. Ümumiyyətlə, belə razılaşmaya səbəb, həm çox qazanc əldə etmək, həm də İlqar Əliyev kimi nüfuzlu və etibarlı bir şəxslə iş birliyinin olacağı idi. X6ra bildirmişdir ki, rəhbərləri İlqar Əliyevdir. Onlar müqavilə üzrə öhdəliklərini icra etmək üçün əllərində olan nəğd pulları və mülkiyyətlərində olan mənzilləri satmışlar. Lakin, pulları çatmadığından məcbur olub Azərbaycan Beynəlxalq Bankından xx.xx.2007-ci il tarixdə 250.000 ABŞ dolları və xx.xx.2008-ci il tarixdə 100.000 ABŞ dolları məbləğində kredit götürmüşlər və “İdman sağlamlıq mərkəzi” kompleksini Klinika kimi fəaliyyət göstərməsi üçün təmir və rekonstruksiya və.s işlərinə ümumilikdə 500.000 manat məbləğində pul xərcləmişlər. Lakin, Şahbaz Şahbazov məsul şəxs kimi öz öhdəliyini layiqincə icra etməmiş və hər dəfə müxtəlif bəhanələr gətirərək gözlədikləri xalis gəliri onlara verməmişdir. Buna baxmayaraq, onların etibarı yenə də Şahbaz Şahbazova qarşı itməmiş və onun İlqar Əliyevin adından dediyi hər bir sözünə inanaraq hörmətlə yanaşmışlar. Buna baxmayaraq, onların maddi vəziyyətləri getdikcə kəskinləşmiş və dözülməz həddə çatmışdır. Belə ki, əllərindəki nəğd pullar xərclənmiş, mənzilləri satılmış və banka olan borcları artmışdır. Ona görə məcbur olub 2009-cu il tarixdə əmlaklarını satmaq qərarına gəlmişlər. Onlar əmlaklarını ilkin olaraq 3.500.000 ABŞ dolları məbləğinə satmaq qərarına gəlmişlər. Şahbaz Şahbazov onlara yaxınlaşaraq bildirmişdir ki, İlqar Əliyev həmin əmlakı almaq istəyir. Şahbaz Şahbazovla uzun sürən danışıqlardan sonra onlar, İlqar Əliyevə dərin hörmətlə yanaşdıqlarından, əmlakın son satış qiymətinin 2.400.000 ABŞ dolları məbləğində olmasına razılaşmışlar. Lakin, müəssisənin alğı-satqısı zamanı görmüşlər ki, satılan əmlakın 50%-i X4 övladı, Cavabdeh1 adına rəsmiləşir. Onlar səbəbini soruşanda Şahbaz Şahbazov “Sizə hesabat vermiyəcəm” deyərək onları susdurmuşdur. Alğı-satqı olan zaman onlar 1.200.000 ABŞ dolları məbləğini almışlar. Qalan hissəsini soruşduqda Şahbaz Şahbazov yaxın vaxtlarda ödəniləcəyini bildirmişdir. Onlar yenə də Şahbaz Şahbazovun sözünə inanmış və pulun qalan hissəsinin, yəni 1.200.000 ABŞ dollarını, sonradan isə borc kimi aldığı 200.000 ABŞ dolları məbləğinin alınması üçün İlqar Əliyevə müraciət etməmişlər və gözləmişlər. Lakin, Şahbaz Şahbazov onları aldatmaqda davam edərək bildirmişdir ki, qalan 1.400.000 ABŞ dolları “Nigar Kilinikası”ndan gələn xalis gəlirdən hissə-hissə onlara ödəniləcək. Etiraz edəndə isə Şahbaz Şahbazov, İlqar Əliyevi əsəbləşdirə biləcəklərini və bir qara qəpikdə ala bilməyəcəklərini deyərək hədə-qorxu gəlirdi. Onlar də məcbur olaraq susmuş və Şahbaz Şahbazovun hər 2-3 aydan bir verdiyi xırda məbləğlə razılaşmışlar. Bir müddətdən sonra Şahbaz Şahbazov ümumiyyətlə pul verilməyəcəyini bildirəndə, onlar məcbur qalaraq İlqar Əliyevə müraciət etməli olmuşlar. İlqar Əliyevə müraciət etdikdən sonra məlum olmuşdur ki, Şahbaz Şahbazov onları aldatmaqla yanaşı, İlqar Əliyevin də ona olan etibarından sui-istifadə edərək onun da əmlakını mənimsəmişdir. Bununla da, Şahbaz Şahbazovun saxtkarlığı üzə çıxmışdır. Belə ki, X10 "xxxx" firmasının Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2405-ci məhəllədə yerləşən mülkiyyətində "xxxx" şirkətinə məxsus klinikada, sonra da Şahbaz Şahbazov tərəfindən saxtalaşdırılaraq yaradılmış “Nigar” Klinikasında mənimsəmə və dələduzluq əməlləri etdiyi üçün Klinikanın fəaliyyəti X14 tərəfindən dayandırılmışdır. Eyni zamanda həmin faktların araşdırılması üçün Bakı şəhər Prokurorluğuna müraciət etmişdir. Həmin müraciət əsasında da 11 fevral 2019-cu il tarixdə Bakı şəhər Prokurorluğu tərəfindən "xxxx" MMC-də mənimsəmə, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarına görə Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi açılmış və istintaq araşdırması davam edir. Həmin cinayət işi üzrə X4 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmişdir. Lakin, sonuncu istintaq orqanından qaçıb gizləndiyindən barəsində axtarış elan olunmuşdur. Bundan əlavə Şahbaz Şahbazov "xxxx" şirkətinə məxsus olan Klinikanı "xxxx" MMC adı altında saxtalaşdırmaqla yanaşı xüsusi razılıq (lisenziya) tələb olunduğu halda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və nəticədə külli miqdar təşkil edən 374.939,19 manat məbləğində gəlir əldə olunması və külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödəməkdən yayınma faktları üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində Azərbaycan Respublikası CM-nin 192.2.2-ci və 213.2.2-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. Göründüyü ki, Şahbaz Şahbazov nəinki "xxxx" firmasının əmlakını oğlu Cavabdeh1 adına rəsmiləşdirməklə yanaşı, həmin firmanın mülkiyyətində olan əmlakda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla yanaşı həmçinin "xxxx" Şirkətinin təsisçiləri X14 və X3 əmlak və qeyri-əmlak hüquqlarını mənimsəmişdir. Şahbaz Şahbazovun bu çirkin əməlləri üzə çıxdıqdan sonra İlqar Əliyev dərhal Şahbaz Şahbazovu özündən uzaqlaşdırmışdır. Onlara bildirilmişdir ki, öz "xxxx" firmasının 50 % payını özü almış və payına düşən 1.200.000 ABŞ dolları məbləğini ödəmişdir. Qalan 1.200.000 ABŞ dolları isə Cavabdeh1 tərəfindən ödənilməlidir. Lakin, keçən müddət ərzində Cavabdeh1 ona ödəməli olacağı 1.200.000 ABŞ dolları bugünədək ödəməmişdir və ölkədən qaçıb getmişdir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(007)-2055/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev), İddiaçı Cavabdeh1, üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi X11 qarşı “"xxxx" firmasında payın alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddiasının təmin olunmaması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bundan əvvəl olmuş məhkəmə mübahisələri üzrə aparılmış araşdırma zamanı həm Bakı Apelyasiya Məhkəməsi, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsi iddiaçının iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edərkən, əsasən ona istinad etmişlər ki, mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə iddia müddətinin axımı müqavilə bağlandığı andan hesablanmalıdır. Bu səbəbdən həmin mübahisələrə iddia müddəti tətbiq edilməklə iddia rədd olunub.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə də iddia müddəti buraxılmışdır. Belə ki, iddiaçı 2009-cu ildə bağlanmış müqavilənin ləğv olunmasına dair iddia ilə məhkəməyə 2015-ci ilin may ayının 05-dək müraciət edə bilərdi. Buna baxmayaraq iddiaçı iddia müddətini açıq-aşkar ötürməklə 2021-ci ildə iddia qaldırmışdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia təmin olunmamalıdır.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 372.1, 373.2 və 375.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Qətnamədən İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi X13 ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. a) Apelyasiya şikayətinin dəlilləri
14. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.
15. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, iddia müddəti institutunun tətbiqi üçün şərtlərin olub-olmaması baxımından mühüm əhəmiyyət kəsb edir, çünki hər bir ayrı hal da konkret hallardan asılıdır. Deməli, iddia müddəti institutu formal əsaslarla, yalnız iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarix əsas götürülməklə tətbiq oluna bilməz. Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələblərinə görə, hazırki mülki mübahisəyə ümumiyyətlə iddia müddəti şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Konstitusiya Məhkəməsinin bu kateqoriyadan olan işlər üzrə hüquqi mövqeyi mövcuddur. Lakin, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tərəflər arasında yaranmış münasibətlərə yanlış qiymət verərək, tətbiq edilməli hüquq normasını, yəni MM-nin 384.0.4-cü maddəsini tətbiq etməmiş, MM-nin 372 və 373-cü maddələrini bu mübahisəyə tətbiq etməklə səhvə yol vermişdir.
16. Mustəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi İlqar Əliyev apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.
17. Mustəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi İlqar Əliyevin apelyasiya şikayətində göstərilmişdir ki, iddia müddəti institutunun tətbiqi üçün şərtlərin olub-olmaması baxımından mühüm əhəmiyyət kəsb edir, çünki hər bir ayrı hal da konkret hallardan asılıdır. Deməli, iddia müddəti institutu formal əsaslarla, yalnız iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarix əsas götürülməklə tətbiq oluna bilməz. Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələblərinə görə, hazırki mülki mübahisəyə ümumiyyətlə iddia müddəti şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Konstitusiya Məhkəməsinin bu kateqoriyadan olan işlər üzrə hüquqi mövqeyi mövcuddur. Lakin, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tərəflər arasında yaranmış münasibətlərə yanlış qiymət verərək, tətbiq edilməli hüquq normasını, yəni MM-nin 384.0.4-cü maddəsini tətbiq etməmiş, MM-nin 372 və 373cü maddələrini bu mübahisəyə tətbiq etməklə səhvə yol vermişdir. b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri:
18. Apelyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:
19. Məhkəmə iclasında iştirak edən İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi İlqar Əliyevin nümayəndəsi və vəkili Vəkil1 verilmiş apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi.
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 İddiaçı və üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi İlqar Əliyev tərəfindən verilmiş apelyasiya şikayətlərinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi.
21. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı, Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMCnin təsisçisi X13 və cavabdeh Bakı şəhəri 30 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamədən İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi İlqar Əliyev apelyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə:
25. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
26. Maddə 324.: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 339.1. Hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər
29. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
31. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
32. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
33. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
34. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir.
35. Maddə 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır.
36. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Prosessual Məcəllə:
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi İlqar Əliyevin apelyasiya şikayətlərinin əsas dəlilləri ondan ibarətdir ki, iddia müddəti institutunun tətbiqi üçün şərtlərin olubolmaması baxımından mühüm əhəmiyyət kəsb edir, çünki hər bir ayrı hal da konkret hallardan asılıdır. Deməli, iddia müddəti institutu formal əsaslarla, yalnız iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarix əsas götürülməklə tətbiq oluna bilməz. Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələblərinə görə, hazırki mülki mübahisəyə ümumiyyətlə iddia müddəti şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsinə əsasən iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir.
47. Məhkəmə kollegiyası İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi İlqar Əliyevin apelyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-il tarixli Qərarında qeyd olunmuşdur ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardır. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
50. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə kollegiyası qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur.
51. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir.
52. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.
53. İş materiallarından göründüyü kimi tərəflər arasında bundan əvvəl olmuş məhkəmə mübahisələri üzrə aparılmış araşdırma zamanı həm Bakı Apelyasiya Məhkəməsi, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsi iddiaçının iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edərkən, əsasən ona istinad etmişlər ki, mübahisələndirilən müqavilə üzrə iddia müddətinin axımı müqavilə bağlandığı andan hesablanmalıdır və bu səbəbdən həmin mübahisələrə iddia müddəti tətbiq edilməklə iddia rədd olunub.
54. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mülki iş üzrə gəldiyi nəticə ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir.
55. Göründüyü kimi İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi İlqar Əliyev apelyasiya şikayətlərində istinad etdikləri hallarla bağlı apelyasiya şikayətlərinə heç bir sübut əlavə etməmişlər, nümayəndələri apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətlərdə göstərdikləri hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişlər.
56. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətlərində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir.
57. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
58. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
59. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.