Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7169/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərər tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli, 2(003)-571/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 04.02.2008-ci il təvəllüdlü X3 və 03.05.2009-cu il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatana qədər hər biri üçün 400 manat olmaqla, cəmi 800 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli, 2(003)-4939/2015 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında 14.04.2007-ci il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuşdur. Qətnaməyə əsasən birgə nikahdan anadan olmuş 04 fevral 2008-ci il təvəllüdlü X7 və 03 may 2009-cu il təvəllüdlü X10 onun yanında qalması qət edilmişdir. Tərəfindən 09 oktyabr 2019-cu il tarixdə Xəzər rayon qeydiyyat şöbəsində nikahın pozulması haqqında AZ-İ 332805 saylı şəhadətnamə alınmışdır. Cavabdehdən uşaqların saxlanması üçün xərclərin könüllü surətdə ödənilməsi dəfələrlə xahiş edilsə də, buna məhəl qoyulmamışdır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun şərəf və ləyaqətinə zərər vuran yanlış məlumatların təkzib edilməsi, cavabdehin ondan üzr istəməsi, cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzinə 10000 manat məbləğində pulun ondan tutulması, uşaqların onun yanında qalması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərər tələbinə dair” qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı onun şərəf və ləyaqətimə toxunan yanlış məlumatların təkzib edilməsi, ondan üzr istənilməsi və vurulmuş mənəvi zərərin əvəzinə 10.000 (on min) manat məbləğində pulun onun xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş edir. Belə ki, cavabdeh İddiaçı ilk iddia ərizəsindən göründüyü kimi, Xəzər Rayon Məhkəməsinin 28.10.2015 tarixli qətnaməsi ilə aralarındakı nikah pozulandan sonra, uşaqların saxlanılması üçün xərclərin könüllü surətdə ödənilməsi guya dəfələrlə xahiş edilsə də, onun tərəfindən buna məhəl qoyulmamışdır. Halbuki, ilk iddiaya əlavə olunmuş adı çəkilən məhkəmə qərarından müəyyən olunur ki, ilk iddia üzrə iddiaçı, əksinə, aliment tələbindən könüllü surətdə özü imtina etmişdir və bu barədə məhkəməyə müvafiq qaydada rəsmi ərizə təqdim etmişdir. Sözügedən məhkəmə qətnaməsi qəbul edilən vaxtdan 19 avqust 2019-cu il tarixinə kimi keçmiş arvadı və iki azyaşlı uşaqları onunla qalıblar və 12 il ərzində tamamilə onun himayəsində olublar. Həmin müddət ərzində o, heç bir yerdə işləmədiyi üçün və onun mülkiyyətində heç bir əmlakın olmamasına görə, onları saxlamaq məqsədilə dost-tanışdan külli miqdarda vəsait borc xərc edərək xərcləmiş, hətta hal-hazırda borcları ilə əlaqədar və onların ödənilməsi imkansız olduğundan onun ölkədən getməyinə məhkəmə qərarı ilə məhdudiyyət qoyulub. 19 avqust 2019-cu ilinədək onunla yaşamaları faktını İddiaçı Xəzər Rayon Prokurorluğuna verilmiş onun ərizəsinə əsasən aparılan istintaqda özü də təsdiqləyir. Qeyd etmək lazımdır ki, təəssüf ki, həmin istintaqda da keçmiş arvadı ona qarşı qeyri-səmimilik nümayiş edib. Nəticədə, cavabdehin ona qarşı sürülən ittihamları ki, guya cavabdehi döyüb evdən qovmuş, istintaq tərəfindən rədd edilərək, zərərçəkmiş şəxs qismində iştirakına və ümumiyyətlə işə xitam verilmişdir. Hal-hazırda İddiaçı qarşı Azərbaycan Respublikası CM-in 296.1-ci maddəsi ilə cinayət işinin başlanmasına dair hərəkətlər edilir. Göründüyü kimi, ilk iddia ərizəsində həqiqətə zidd qaydada qeyd edilir ki, nikahlarının pozulmasından sonra, uşaqların saxlanılması üçün xərclərin könüllü surətdə ödənilməsi guya dəfələrlə xahiş edilsə də, onun tərəfindən buna məhəl qoyulmamışdır. Halbuki, əslində aralarında olan həmin məsələ ilə bağlı qanuni qüvvəsini almış və ləğv olunmamış sözügedən məhkəmə qətnaməsindən müəyyən olunduğu kimi, cavabdehin ərizəsinə əsasən aliment tələbindən özü imtina edilib. İddiaçı bu və digər hərəkətləri nəticəsində ətrafdakılarda və xüsusi ilə uşaqlarında ona qarşı mənfi rəy yaradılır. Cavabdeh İddiaçı qarşı “atalığın tanınması faktının müəyyən olunması tələbinə dair” iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı uşaqları X3 və X10 məhkəmə qaydasında atalıq faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, uşaqları X7 və X12 onunla cavabdeh arasında 14.04.2007-ci ildə bağlanmış və məhkəmə qətnaməsi ilə 28.10.2015ci il tarixində xitam verilmiş nikah olduğu dövrdə anadan olublar və bu barədə müvafiq şəhadətnamələr verilib. Son zamanlar keçmiş arvadı olan cavabdeh İddiaçı tərəfindən bir neçə dəfə ona və adı çəkilən azyaşlı uşaqlarına söylənilib ki, sonuncuların atası guya o deyildir. Bununla da, uşaqlarla arasında, eyni zamanda keçmiş arvadı ilə olan şübhələrin aradan götürülməsi ilə bağlı atalığın müəyyən olunmasına dair zərurət yaranmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli 2(003)-997/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı atalığın tanınması faktının müəyyən edilməsi tələbinə dair mülki işin İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair 2(003)-571/2020 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə, 04 fevral 2008-ci il X7 və 03 may 2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 07 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərər tələbinə dair iddia tələbinin rədd edilməsi, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı atalığın tanınması faktının müəyyən olunması barədə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi, onun iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim tərəfindən qərəzli olaraq Cavabdeh tibbi-bioloji ekspertizada iştirakı qanunsuz və saxtakarlıqla mümkünsüz edilmiş, sonra isə Cavabdeh ekspertizadan guya yayınması kimi qəbul edərək atalığın müəyyən edilməsi barədə iddianı rədd etmişdir. İlk iddiaçı aliment tələbində imtina etmiş, bu barədə qərardad qanuni qüvvəyə minmiş olsa da, hakim hazırki iddia tələbini icraata qəbul etməkdən imtina etmək əvəzinə, qanunazidd qaydada icraata qəbul etmiş, hətta yeni qətnamə çıxarmışdır. Halbuki, qanunvericiliyə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Qətnamədə tutulan alimentin miqdarı birtərəfli və qeyri-obyektiv müəyyən edilib, belə ki, on iki il ərzində hər iki uşaq, keçmiş arvadı tamamilə Cavabdeh himayəsində olmuşlar, həmin müddət ərzində heç bir yerdə işləmədiyi üçün onları saxlamaq üçün külli miqdarda vəsaiti borc olaraq almış, onlara xərcləmişdir. Bundan başqa, ünvan 1 ünvandakı ev Cavabdeh bacısı tərəfindən bağışlama əqdi əsasında uşaqların adına rəsmiləşdirilmişdir. Cinayət işinə xitam verilməsi barədə 15.10.2019-cu il tarixli qərarda qeyd edilir ki: “ ..İddiaçı yuxarıda xəsarətləri aldığı təqdirdə 10 gün müddətində heç bir tibb müəssisəsinə və ya təcili tibbi yardım stansiyasına müraciət etməməsi həmin xəsarətin 18.08.2019-cu il tarixdə Cavabdeh tərəfindən sonuncuya yetirilməsi şübhə doğurur.” İddiaçı həmin iş üzrə istintaq yekunlaşan ərəfədə böhtanının ifşa olunduğunu dərk edəndə şikayət ərizəsini geri götürmüşdür. Hər hansı şəxsin öz arvadı tərəfindən belə hərəkətlərin edilməsi (guya əri onu döyüb, xəsarət yetirib, evdən uşaqlarla birlikdə qovub və s.) mənfi emosional hislərin keçirilməsinə səbəb olur. Hakim öz mülahizələri ilə yeniyetmə uşaqlar üçün ananın atadan üstün olmasını sübut etməyə çalışır. Bu isə, qanunvericiliyin müddəalarına ziddir. Keçmiş arvadı Azərbaycan dilində hətta danışa bilmədiyi halda hakim qətnaməsində buna lazımi qiymət verməmişdir. Uşaqlar Azərbaycan dilində təhsil alırlar, onların gündəlik hazırlığı ilə bağlı valideynlərin yardımına ehtiyacları var, eyni zamanda onların vətənpərvər kimi tərbiyə etmək valideynin vəzifəsidir, onların anaları ilə deyil, Cavabdehla qalmaları bu səbəbdən də məqsədə uyğundur. İş materiallarında olan sənədlərdən göründüyü kimi, 2015-ci il tarixdə rəsmi boşanmadan sonra uşaqlar ataları ilə birlikdə qalmışlar. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh uşaqların bioloji ataları olduğunu bildirdi, bu hissədə iddia tələbindən imtina etməsə də hər hansı mübahisəsinin olmadığını qeyd edərək, apellyasiya şikayətini qalan hissələrdə müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh 14 aprel 2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan iki uşaqları – 04 fevral 2008-ci il X7 və 03 may 2009-cu il təvəllüdlü X12 doğulmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli, 2(001)-4939/2015 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 04 fevral 2008-ci il X7 və 03 may 2009-cu il təvəllüdlü X10 anası İddiaçı yanında saxlanması qət edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin İŞ-nin “Cinayət işinin icraatına xitam verilməsi barədə” 15 noyabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, İddiaçı zərərçəkmiş şəxs qismində iştirak etdiyi, Cavabdeh barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından icraata xitam verilmişdir. Həmin qərardan görünür ki, İddiaçı 06.11.2019-cu il tarixdə ərizə ilə Xəzər RPİnin İŞ-nə müraciət edərək, Cavabdeh bağışladığını, şikayət və tələbi olmadığını bildirmiş və ərizəsi əsasında başlanmış cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, ilk iddia üzrə İddiaçı iddia tələbi qismən təmin edilməli, Cavabdeh “şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərər tələbinə dair” qarşılıqlı iddia tələbi və “atalığın tanınması faktının müəyyən olunması tələbinə dair” iddia ərizəsi təmin edilməməlidir. Belə ki, ilk iddia üzrə iddiaçı cavabdehdən uşaqların saxlanması üçün ayda hər uşağa görə 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etsə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini aliment ödəməli olan şəxsin maddi vəziyyətinin tələb olunan aliment məbləğini ödəməyə uyğun olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də ilk iddianın uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə ayda 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşə baxan birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı qarşı “şərəf və ləyaqətinə zərər vuran yanlış məlumatların təkzib edilməsi, cavabdehin ondan üzr istəməsi, cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzinə 10000 manat məbləğində pulun ondan tutulması” barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası bununla razılaşaraq qeyd edir ki, Cavabdeh İddiaçı tərəfindən onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yayıldığını, İddiaçı uşaqların saxlanılmaması, onun tərəfindən döyülməsi və s. iddiaları nəticəsində ətrafdakılarda və uşaqlarında ona qarşı mənfi rəy formalaşdırdığını iddia etsə də, həmin hal iş üzrə öz təsdiqini tapmamışdır. İddiaçı zərərçəkmiş şəxs qismində iştirak etdiyi, Cavabdeh barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından icraata xitam verilmişdir. Həmin qərardan görünür ki, İddiaçı 06.11.2019-cu il tarixdə ərizə ilə Xəzər RPİ-nin İŞ-nə müraciət edərək, Cavabdeh bağışladığını, şikayət və tələbi olmadığını bildirmiş və ərizəsi əsasında başlanmış cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Bundan əlavə “ilkin iddia ərizəsində İddiaçı tərəfindən nikahın pozulmasından sonra uşaqların saxlanılması üçün xərclərin könüllü surətdə ödənilməsi dəfələrlə xahiş edilsə də, Cavabdeh tərəfindən buna məhəl qoyulmamışdır” ifadəsi nəticəsində Cavabdeh özünə qarşı ətrafdakılar tərəfindən mənfi rəyi yaradıldığını və bununla da şərəf və ləyaqətinin pozulmasını iddia etsə də, bunun şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilməsi təsdiq edilmir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı Qərarının 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatın doğru olmaması; bu məlumatın yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsində bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Həmçinin, iddiaçı Cavabdeh tələbinin cavabdeh tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi halları sübut edən müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissələrdə öz təsdiqini tapmamışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Cavabdeh qarşılıqlı iddia tələbi 04 fevral 2008-ci il X3 və 03 may 2009-cu il təvəllüdlü X10 onun yanında qalmasının müəyyən olunması hissəsində də təmin edilməmişdir. Məhkəmə kollegiyası bununla da razılaşaraq və uşaqların valideynlərdən hansının yanında qalmaq istədiklərinə dair fikirlərini qiymətləndirərək və uşaqların üstün maraqlarını nəzərə alaraq onların yanında yaşamaq istəmədikləri valideynə veriləcəkləri təqdirdə keçirə biləcəkləri mənəvi-psixoloji sarsıntını, habelə, bu məzmundakı qətnamənin icrası mümkün olmayan akta çevriləcəyini nəzərə alaraq bildirir ki, iş üzrə tərəflərin birgə nikahından olan uşaqlar analarının yanında saxlanılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarına əsasən uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqların toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Kollegiya işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə və 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalı olduğunu nəzərə alaraq, tərəflərin birgə nikahlarından olan 04 fevral 2008-ci il X6 təhsil aldığı 290 saylı tam orta məktəbin psixoloqu X2 iştirakı ilə dindirmiş, azyaşlı məhkəmə iclasında o, anasını daha çox sevdiyini, anasının yanında qalmaq istədiyini bildirmişdir. Eyni zamanda tərəflərin birgə nikahlarından olan 03 may 2009-cu il təvəllüdlü X10 fikri öyrənilmiş, o da anasını daha çox sevdiyini, anasının yanında qalmaq istədiyini bildirmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq Hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT Baş Məclisinin 1386 (XİV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Məhkəmə qeyd edilən müstəsna hallarda, uşaq atasının yanında saxlanıla bilər. İşin halları ilə müəyyən olunur ki, yuxarıda qeyd olunan müstəsna hallar mövcud deyildir. Bununla yanaşı, iddiaçının tələbinin təmin edilməsi kimi istinad etdikləri həmin müstəsna hallarına sırasına daxil olmamaqla yanaşı, mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Krapivin Rusiyaya qarşı” iş üzrə 12.07.2016-cı il tarixli qərarında (§ 64, 65, 68) xatırladır ki, valideyn və uşağın bir-biri ilə ünsiyyət hüququndan qarşılıqlı istifadəsi ailə həyatının fundamental elementini təşkil edir və buna mane olan dövlətdaxili tədbirlər Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqa müdaxilədir. Bu hüquqa müdaxilə, “qanunla nəzərdə tutulmadığı”, Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq qanuni məqsəd və ya məqsədlər güdmədiyi və “demokratik cəmiyyətdə zəruri” kimi nəzərdən keçirilə bilmədiyi hallar istisna olmaqla, həmin müddəanın pozuntusu hesab edilir (bax: Avropa Məhkəməsinin “K.A.Finlandiyaya qarşı” (K.A. v. Finland) işi üzrə 14.01.2003-cü il tarixli Qərarı, şikayət № 27751/95, § 92). Mübahisələndirilən tədbirin “demokratik cəmiyyətdə zəruri” olmasını müəyyən edən zaman, Avropa Məhkəməsi ümumilikdə ona haqq qazandırmaq üçün gətirilən motivlərin Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinin məqsədlərinə uyğun və kifayət olmasını nəzərdən keçirəcək. Şübhəsiz ki, uşağın maraqlarına cavab verən məqamlar bu qəbildən olan hər bir işdə həlledici əhəmiyyət kəsb edir. Konvensiyanın 8-ci maddəsi dövlətdaxili hakimiyyət orqanlarının üzərinə uşaq və valideynlərin maraqları arasında ədalətli tarazlığı müəyyən etmək vəzifəsi qoyur və bu tarazlığın müəyyən edilməsi prosesində xüsusi diqqət uşağın, təbiəti və vacibliyindən asılı olaraq valideynlərin maraqları ilə nisbətdə prioritetə malik ola bilən maraqlarına yetirilməlidir. Xüsusi olaraq, Konvensiyanın 8-ci maddəsinə əsasən valideynə uşağın sağlamlıq və inkişafına zərər yetirə biləcək tədbirlər görmək hüququ verilə bilməz (bax: Məhkəmənin yuxarıda qeyd edilən Zommerfeld Almaniyaya qarşı işi üzrə Qərarı, § 50; Məhkəmənin Hoppe Almaniyaya qarşı işi üzrə 05.12.2002-ci il tarixli Qərarı, şikayət № 28422/95, § 49; Məhkəmənin yuxarıda qeyd edilən Görgülü Almaniyaya qarşı işi üzrə Qərarı, § 43). Kollegiya xüsusilə vurğulayır ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X11rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun tərtib edilmişdir və məhkəmə kollegiyası tərəfindən şikayətdə qeyd edilən məsələrə yuxarıda sadalanan əsaslarla hüquqi qiymət verilmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(003)-571/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7169/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7169/2021
21.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver