Məhkəmə qərarları › İş №2(103)-718/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-718/2023

12.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-718/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azneft”İB-nə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-718/2023 (Açar sözlər: “mənəvi zərər”) Bakı şəhəri 12 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, X6 və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e-2(009)- 1904/2022 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh “Azneft”İB tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 1(003)- 187/2019 saylı hökmü ilə X1 onun səhlənkarlığı nəticəsində X5 ölümündə təqsirli bilinərək Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

2. İV-ЖГ 444966 № li nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X7 xx.xx.1990-cı ildə nikah bağlamışlar, arvada Əliyeva soyadı verilmişdir.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

4. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X1 H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin quyuların əsaslı və yeraltı təmiri sahəsinin quyularının əsaslı və yeraltı təmiri üzrə böyük ustası X5 təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət keçmədiyinə görə Əsəd Əliyevin sağlamlığına az ağır dərəcəli zərər vurmaqla ölümünə səbəb olmuşdur. X1 təqsirli bilinərək Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh “Azneft”İB-nə qarşı “mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 600,000 manat mənəvi zərərin tutulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2- ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Əliqismət Nağıyevin məhkum edilməsinə səbəb onun səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Əliqismət NağıyevCavabdeh H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin quyuların əsaslı və yeraltı təmiri sahəsinin rəisi vəzifəsində işləməklə, vəzifə təlimatına uyğun olaraq işə vicdansız və laqeyd münasibəti və öz xidməti vəzifələrini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində 02 sentyabr 2018-ci il tarixdə H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin Buzovna sahəsinin 2-ci mədəninin 1368 saylı quyusunda yaranmış qəzanın, yəni qazma kəmərinin pərçimlənməsinin aradan qaldırılması üçün istismar kəmərinin 1984 metrlik sıxılmış hissəsinin düzləndirici alət vasitəsi ilə genişləndirmə əməliyyatını aparan H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin quyuların əsaslı və yeraltı təmiri sahəsinin quyularının əsaslı və yeraltı təmiri üzrə böyük ustası X5 təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət keçmədiyinə görə Əsəd Əliyev yaranmış qəzanın aradan qaldırılması üçün tal kanatına artıq yük vermiş və bu məqsədlə kənarda yerləşdirilmiş hidravlik çəki indikatoruna baxmaq üçün yaxınlaşaraq tal kanatın ölü ucunun yaxınlığında dayanmış, həmin vaxt sıçrayışla düzləndirici quyunun sıxılmış hissəsindən azad olunmuş və boşalma nəticəsində kanatın ölü ucu Əsəd Əliyevin boyun nahiyəsinə ilişərək qaldırıb yerə çırparaq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəli olan kəskin qanitirmə ilə müşaiyət olunan boyunun yumşaq toxumalarının, əzələlərin, arteriya və venalarının əzilib-cırılması, qırtlağın cırılıb ayrılması, boyun fəqərələrinin qəlpəli,yerdəyişən sınıqları, onurğa beyinin zədələnməsi və İİ-İİİ boyun fəqərəsinin bağ aparatının qırılması və ayrılması fonunda boyunun ön-sağ və sol yan səthinin dərin əzilmiş-cırılmış yarası, sağlamlığın uzun müddət pozulmasın asəbəb olmaqla sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malik və ölümlə səbəbli əlaqəli olan döş sümüyü dəstəsinin qapalı, az yerdəyişən sınığı, sol İİİ, İV, V, Vİ, Vİİ və sağ V, Vİ, Vİİ, Vİİİ qabırğaların ortakörpücük xətt üzrə qapalı az yerdəyişən sınıqları, sol dirsək sümüyünün açıq ,qəlpəli sınığı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül dərəcəli zərərvurma əlamətlərinə malik təpə nahiyəsinin, döş qəfəsinin və sol saidin əzilmiş yaraları, boyunun sağ yan səthinin qançırı və döş qəfəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşının cinayət əməli nəticəsində ölən X8 iddiaçının həyat yoldaşı idi.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsini müdafiə edərək, iddianın məzmununa uyğun çıxış edib iddiasının təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki,iddiaçı tərəfindən keçirilmiş mənəvi iztirabın nədən ibarət olması və nədə ifadə olunması əsaslandırılmamışdır. Bundan başqa həyat yoldaşının vəfatı ilə əlaqədar iddiaçıya müvafiq ödənişlər edilmişdir.

9. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir

10. Bakı şəhəri Səbail rayon məhkəməsinin12 oktyabr 2022-ci il tarixli, e-2(009)- 1904/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməsi,cavabdeh “Azneft” İBdən mənəvi zərərə görə 5000 manat məbləğində pul tularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 1(003)- 187/2019 saylı hökmü ilə X1 onun səhlənkarlığı nəticəsində X5 ölümündə təqsirli bilinərək Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

12. İV-ЖГ 444966 № li nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X7 xx.xx.1990-cı ildə nikah bağlamışlar, arvada Əliyeva soyadı verilmişdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

14. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X1 H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin quyuların əsaslı və yeraltı təmiri sahəsinin quyularının əsaslı və yeraltı təmiri üzrə böyük ustası X5 təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət keçmədiyinə görə Əsəd Əliyevin sağlamlığına az ağır dərəcəli zərər vurmaqla ölümünə səbəb olmuşdur. X1 təqsirli bilinərək Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarilxli qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.

16. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

17. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir.

18. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur.

19. Məhkəmə mənəvi zərərin məbləği ilə isə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir.

20. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

21. Bu baxımdan məhkəmə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində pul tutulmalıdır.

22. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə, 82.4cü, maddəsinə, Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə, Mülki Məcəlləsinin 23-cü, 14-cü, 14.2.6-cı, 1099.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarı, 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 28.6-cı maddəsi, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə istinad etmişdir.

b) Apellyasiya Məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

23. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e-2(009)-1904/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Qətnamədən cavabdeh “Azneft”İB apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e-2(009)-1904/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

25. İddiaçı apellyasiya şikayətini iddia ərizəsiylə oxşar məzmunla əsaslandırmışdır.

26. Cavahdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mərhum həyat yoldaşının vəfat etməsi ilə bağlı keçirdiyi mənəvi iztirabın nədən ibarət olması, həyat yoldaşını itirməsi nəticəsində yaşama sevincindəki azalma və mənəvi huzursuzluğu ilə bağlı hər hansı əsaslandırma ortaya qoymamışdır. İddiaçının mərhumla rəsmi nikahda olması onlar arasındakı bağlılığın, mərhumun vəfatı ilə əlaqədar ondakı yaşama sevincinin itirilməsini özü-özlüyündə ifadə etmir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin va etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. "Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, "affirmanti, non neganti, incumbit probation" (sübutetme yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı' iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda birinci instansiya məhkəməsi tərəfindən sübutlara obyektiv, tam hərtərəfli baxılmamış, yalnız iddiaçının mərhumla rəsmi nikahda olmasına görə, məhkəmə iddia tələbinin qismən təmin olunması barədə nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi özlərinin apellyasiya şikayətlərinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişdir.

28. İddiaçı (nümayəndəsi, vəkili) məhkəmə iclası barədə xəbərdar edilsə də, iclasda iştirak etməmişdir.Məhkəmə Kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

29. 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır.

30. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarı:

31. mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarı

32. 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

33. 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarilxli qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişə bilər.

41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ‘Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

45. İddiaçı apellyasiya şikayətində qətnaməni iddianın təmin olunmamış hissəsində, cavabdeh isə qətnaməni tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

46. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə qismən razılaşaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi tutulan pulun məbləği hissədə dəyişdirilməlidir.

48. Belə ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 1(003)- 187/2019 saylı hökmü ilə X1 onun səhlənkarlığı nəticəsində X5 ölümündə təqsirli bilinərək Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

49. İV-ЖГ 444966 № li nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X7 xx.xx.1990-cı ildə nikah bağlamışlar, arvada Əliyeva soyadı verilmişdir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

51. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X1 H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin quyuların əsaslı və yeraltı təmiri sahəsinin quyularının əsaslı və yeraltı təmiri üzrə böyük ustası X5 təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət keçmədiyinə görə Əsəd Əliyevin sağlamlığına az ağır dərəcəli zərər vurmaqla ölümünə səbəb olmuşdur. X1 təqsirli bilinərək Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarilxli qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.

53. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır.

54. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

55. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

56. Məhkəmə Kollegiyası qeyd edir ki. şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

57. Bundan başqa, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

58. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir.

59. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur.

60. Məhkəmə Kollegiyası mənəvi zərərin məbləği ilə isə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir.

61. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

62. Məhkəmə Kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdehin işçisinin təqsirli hərəkətləri nəticəsində iddiaçının ərinin həlak olması iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsini labüd etmişdir.Belə ki, həmin hadisə nəticəsində iddiaçının 28 illik həyat yoldaşını itirməsi iddiaçının şüurunda həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması qaçılmazdır.

63. Birinci instansiya məhkəməsi zərərin məbləğini müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi iztirabların ağırlığını, zərərin baş vermə səbəbi olmuş hadisənin ağırlığını, yəni ölümlə nəticələnməsini, cavabdehin hüquqi şəxs olmasını kifayət qədər nəzərə almamışdır ki, bu da zərərin miqdarının az müəyyən edilməsinə gətirib çıxarmışdır.

64. Cavabdehin apellyasiya şikayətinin iddiaçının mərhumla rəsmi nikahda olması onlar arasındakı bağlılığın, mərhumun vəfatı ilə əlaqədar ondakı yaşama sevincinin itirilməsini özü-özlüyündə ifadə etməməsi dəlillərinə münasibətdə isə Kollegiya qeyd edir ki, iddiaçının mərhum əri ilə soyuq ailə münasibətlərinin olmasına dair sübutlar iş materiallarında mövcud deyildir.

65. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin va etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Bu baxımdan məhkəmə Kollegiyası iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 30.000,0 manat məbləğində pul tutulmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Cavabdehin apellyasiya şikayəti təmin olunmasın. İddiaçının apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e-2(009)-1904/2022 nömrəli qətnaməsi tutulan zərər məbləği hissədə dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 30.000,0 (otuz min) manat məbləğində pul tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar