Məhkəmə qərarları › İş №2(103)-7194/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7194/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7194/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadından iş üzrə Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, kollegiya M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(006)-224/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizasının təyin edilməsi və iş üzrə icraatın ekspertin müvafiq rəyi alınanadək dayandırılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən şikayət verilmişdir. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 04 iyun 2011-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya qaydasında şikayətə baxılarkən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 təfindən şikayətindən imtna edilməsinə dair ərizə kollegiyaya daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Kollegiya hesab edir ki, şikayətdən imtina, apelyatorun iradə ifadəsi olduğundan və digər şəxslərin hüququna toxunmadığından, onun şikayətindən imtinaya dair ərizəsi qəbul edilməli və hazırkı iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369-cu maddələrini rəhbər tutaraq, kollegiya Q Ə R A R A A L D İ: Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadından verdiyi şikayətindən imtinası qəbul edilərək, apellyasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar