Məhkəmə qərarları › İş №2(103)-7198/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7198/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7198/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, mənimsənilmiş 6.150 manat məbləğində sığorta ödənişini iddiaçıya vermək vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iş yenidən baxılması üçün Nəsimi RM-nə göndərilsin. Məhkəmə işlə bağlı aşağıdakıları qeyd edir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə var. Bu qətnamə Nəsimi Rayon Məhkəməsi tərəfindən 2(006)- 595/2020 №-li iş üzrə 06.03.2020-ci il tarixdə qəbul edilib (iş v. 38). Həmin qətnamə ilə qət olunub ki, 6.600 manat sığorta ödənişi cavabdehdən alınaraq iddiaçıya verilsin. Hazırda iddiaçı qətnamədə göstərilən 6.600 manatın ödənilməmiş hissəsinin – 6.150 manatın ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini tələb edir. Lakin qətnamədə göstərilən məbləğin tutulması barədə yeni qətnamə qəbul edilə bilməz. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 391-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar