Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7202/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-386/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahdan doğulan övladları xx xxxx 2002-ci il təvəllüdlü X6 və xx xxxxxxx 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə sabit pul məbləğində hər uşağın saxlanması üçün hər ay 160 (yüz altmış) manat, iki uşaq üçün cəmi 320 (üç yüz iyirmi) manat aliment tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar Cavabdeh ilə el adəti ilə toy edib ailə qurmuşlar. Onların ailə qurması xx xxxxxx 2002-ci il tarixdə Biləsuvar rayon VVAD şöbəsində 29 sayla qeyd edilmişdir. Onların Cavabdeh ilə birgə nikahlarından iki övladı dünyaya gəlmişdir. X9, xx.xx.2002-ci il təvəllüdlü; X4, xx.xx.2010-cu il təvəllüdlü. Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamışlar. Daha sonra, yəni təxminən 2015-ci ildən başlayaraq müəyyən səbəblərdən münasibətləri pozulmuşdur. Onun və birgə nikahdan doğulan övladları ilə kobud və qəddarcasına davranmağa başlamışdır. Bu səbəbdən onun iddia ərizəsi əsasında Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007)-1404/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən onların nikahları pozulmuşdur. Həmin qətnaməyə əsasən, birgə nikahdan doğulan övladları xx.xx.2002-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X4 onun yanında saxlanılmışlar. Cavabdeh uşaqlarının saxlanması ilə əlaqədar maddi köməklik göstərmir. Cavabdeh daimi iş yeri yoxdur. O fərdi işlə məşğuldur. Onun qazancı qeyrimüntəzam, dəyişən olur. Cavabdehin aylıq gəliri təxminən 1.000 (min) manat təşkil edir. Göstərilənlərlə əlaqədar övladları X9 və X3 onun yanında qalmaları ilə əlaqədar birgə nikahdan doğulan övladlarının saxlanması üçün Cavabdeh sabit pul məbləğində onun xeyrinə aliment tutulmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-386/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxx 2002-ci il təvəllüdlü X9 və xx xxxxxxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnaməin dərhal icra edilməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun ona aid edilməsi, Cavabdeh 10 manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2 (007)-1404/2017 saylı qətnaməsi ilə ilkin iddia qismən, qarşılıqlı iddia tam təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Biləsuvar Rayon VVADQ Şöbəsində xx xxxxxx 2002-ci il tarixdə bağlanmış və 29 N ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahdan olan övladları xx.xx.2002-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X5 ataları X7 himayəsinə verilmişdir. Məhkəmənin belə qətnamə qəbul etməsinə əsas guya onun uşaqlarını incidərk döyməsi göstərilmişdir. Bununla bağlı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi qaldırılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1 (007)46/2018 saylı (hakim M.İ.Hacıyevanın sədrliyi ilə) hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(103)-998/2019 saylı hökmü ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(007)46/2018 saylı hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyim sübuta yetirilmədiyindən bəraət verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə bəraət qərarı qüvvədə qalmışdır. Hazırkı iddia üzrə birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qətnamədə göstərmişdir ki, uşaqları saxlamaq valideynlərdən hər ikisinin vəzifəsidir və onun əmlak vəziyyətini nəzərə alaraq bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. İddianı təmin edərkən məhkəmə iddia ərizəsində onun guya aya 1000 manat qazanc əldə etdiyini nəzərə almışdır. Halbuki, o işsiz olmaqla valideynlərinin himayəsindədir və uşaqlarından ayrı yaşamaqla stressli, gərgin həyat tərzi keçirməyinə baxmayaraq, məhkəmə bu halları müəyyən etmədən kifayət qədər ağır aliment məbləği ilə vəziyyətini daha da ağırlaşdırmışdır. Bundan əlavə, məhkəmə Ailə Məcəlləsinə istinad edərək qətnaməsində göstərmişdir ki, uşaqları saxlamaq həm iddiaçı, həm də cavabdehin vəzifə borcudur. Belə olan halda, nəyə görə hər bir uşağa görə sabit pul məbləğində 140 manat aliment tutub, onu tək onun üzərinə vəzifə kimi müəyyən edir? Hər bir uşağa görə müəyyən edilən məbləğin həm iddiaçı, həm cavabdeh arasında bölünməsi daha ədalətli olmazdırmı? Eyni zamanda xx.xx.2002-ci il təvəllüdlü X2 Naxçıvanski adına hərbi litseyin kursantıdır, ümumiyyətlə demək olar ki, orada qalır və xərcləri dövlət tərəfindən ödənilərək təlabatları təmin edilsə də, məhkəmə bu hala diqqət yetirməmişdir. Adil Əzizli hazırda yetkinlik yaşına çatmışdır ki, ona da aliment ödənilməsi təmin edilə bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, mebel ustası kimi fəaliyyət göstərir 250 manat maaş alır. Bundan əlavə həmçinin taksi fəaliyyəti ilə də məşğuldur. Cavabdeh isə “Herba Flora” dərman şirkətində işləyir və yüksək maaş alır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın təmin edilməsi hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni yalnız cavadeh qeyd edilən hissədə mübahisələndirir. İddiaçı isə iddia tələbinin təmin edilməmiş hissəsini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-386/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi alimentin məbləğinə aid hissəsində dəyişdirilərək həmin məbləğ hər uşağa görə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 123531 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx xxxx 2002-ci il tarixdə X9 anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd olunmuşdur. İş materiallarında olan AZ-ll seriyalı 559709 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx xxxxxxx 2010-cu il tarixdə X4 anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1404/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Biləsuvar rayon VVAD şöbəsində xx xxxxxx 2002-ci il tarixdə bağlanmış və 29 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş xx xxxx 2002-ci il təvəllüdlü X9 və xx xxxxxxx 2010-cu il təvəllüdlü X5 ataları İddiaçı himayəsinə verilmişlər. İş materiallarında olan AZ-İ 288281 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx xxxxxx 2018-ci il tarixdə ləğv olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx xxxxxx 2002-ci il tarixdə nikahlarını rəsmi qeydə aldırmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx xxxx 2002-ci il tarixdə X9, xx xxxxxxx 2010-cu il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Biləsuvar rayon VVAD şöbəsində xx xxxxxx 2002- ci il tarixdə bağlanmış və 29 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş xx xxxx 2002-ci il təvəllüdlü X9 və xx xxxxxxx 2010-cu il təvəllüdlü X5 ataları İddiaçı himayəsinə verilmişlər. İddiaçı hazırda yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün sabit pul məbləğində alimentin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2020-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2020ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2019-cu il tarixli Qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız ananın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin müəyyən edilməsinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmaması barədə düzgün nəticəyə gəlsə də, aliment məbləğinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İş materiallarından və iddiaçının izahatından müəyyən olunur ki, İddiaçı mebel ustası kimi fəaliyyət göstərir və 250 manat maaş alır, həmçinin taksi fəaliyyəti ilə də məşğuldur. İddiaçı cavabdehin “Herba Flora” dərman şirkətində işlədiyini və yüksək maaş aldığını qeyd etsə də, bu halı sübut edəcək hər hansı sübut təqdim etmir. Qanunun mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilərək xx xxxx 2002-ci il təvəllüdlü X9 və xx xxxxxxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat müəyyən müəyyənləşdirilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə xx xxxxxxx 2019-cu il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə haqlı olaraq hesab etmişdir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Cavabeh apellyasiya şikayətində qeyd etmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü X2 Naxçıvanski adına hərbi litseyin kursantıdır, ümumiyyətlə demək olar ki, orada qalır və xərcləri dövlət tərəfindən ödənilərək təlabatları təmin edilsə də, məhkəmə bu hala diqqət yetirməmişdir. Adil Əzizli hazırda yetkinlik yaşına çatmışdır ki, ona da aliment ödənilməsi təmin edilə bilməz. Kollegiya apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, iddia ərizəsi məhkəməyə xx xxxxxxx 2019-cu il tarixdə daxil olarkən xx.xx.2002-ci il təvəllüdlü X9 hələ yetkinlik yaşına çatmamışdır. Cavabdehin qeyd etdiyi dəlillər və Adil Əzizlinin hazırda yetkinlik yaşına çatması onun ərizə verildiyi tarixdən yetkinlik yaşına çatanadək olan müddətdə aliment almaq hüququndan məhrum edə bilməz. Ona görə də apellyasiya şikayətinin qeyd olunan dəlili qətnamənin icrası qaydasında həll edilməli olan məsələ olmaqla əsassızdır və həmin hissədə qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-386/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi alimentin məbləğinə aid hissəsində dəyişdirilərək xx xxxx 2002-ci il təvəllüdlü X9 və xx xxxxxxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün həmin məbləğ hər uşağa görə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7532/2019 saylı xx xxxxxxx 2019-cu il Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-386/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi alimentin məbləğinə aid hissəsində dəyişdirilərək xx xxxx 2002-ci il təvəllüdlü X9 və xx xxxxxxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün həmin məbləğ hər uşağa görə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7202/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7202/2020
30.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver