Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7216/2020 08.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qurbanova Humay Məmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-2088/2020 saylı qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) X4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə xx.xx.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-7704/2019 saylı qətnaməsi ilə ondan xx xxxxxxx 2009-cu il təvəllüdlü X3 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xeyrinə hər ay müəyyən edilmiş 800 manat məbləğində aliment məbləğinin dəyişdirilərək 340 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-2088/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin təmin edilərək, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7704/2019 saylı qətnaməsi əsasında tutulan aliment məbləğinin dəyişdirilərək hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7704/2019 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ləğv olunması qət edilmişdir. Cavabdehin nümayəndəsi (vəkili) X4 tərəfindən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-2088/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verilmişdir. Tərəflər məhkəmə iclasında Məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli, mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (maddə 191.2, 261.0.4). Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin imzalayaraq məhkəməyə təqdim etdikləri barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “1. Cavabdeh və İddiaçı razılığa gəlirlər ki, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər birinə 250 (iki yüz əlli) manat olmaqla saxlanılmaları üçün Cavabdeh xeyrinə İddiaçı tərəfindən hər ay 500 (beş yüz) manat məbləğində aliment ödəniləcək. Keçmişdə uşaqların saxlanılması ilə bağlı mövcud olmuş mübahisələr öz həllini tapmışdır və tərəflərin bir birinə qarşı tələbi, şikayətləri yoxdur.
2. Bu barışıq sazişi Cavabdeh ilə İddiaçı öz sözlərinə və iradə ifadələrinə əsasən tərtib edilmiş, onlar tərəfindən oxunmuş və imzalanmışdır. Onlar bu sazişin imzalanması ilə bağlı hüquqi məsuliyyəti, sazişin məzmununu və hüquqi nəticəsini aydın şəkildə dərk edirlər.
3. Hazırki saziş hər tərəfə bir nüsxə verilməklə və bir nüsxənin iş materiallarında saxlanılmaqla eyni hüquqi qüvvəyə malik üç nüsxədə tərtib edilmişdir”. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-2088/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.