Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7222/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul edilməsi üçün geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5135/2023 tarixli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-209/2023 nömrəli qətnaməsi üzrə ondan tutularaq Cavabdeh ödənilməli olan aliment üzrə hesablanmış 13.394,78 manat aliment borcu onun tərəfindən ödənildiyindən borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahələrinin aylıq icarə haqqı, aylıq əmək haqqı və başqa gəlirlər üzrə aliment borcu” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, 2(004)-5135/2023 nömrəli mülki iş üzrə ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin edilərək, birgə nikah dövründə əldə edilmiş, İddiaçı oglunun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 133,5 kv.metrdən ibarət olan qeyri-yaşayış binasının 2022-ci ilin iyul ayından 2023-cü ilin avqust ayının axırına qədər icarəyə verilməsindən əldə olunmuş 70.000 manat pul vəsaitindən ½ hissədə onun, ½ hissədə İddiaçı payının müəyyən edilməsi və onun payının ödənilməmiş hissəsi olan 10.000 manat pulun İddiaçı alınıb ona verilməsi barədə, İddiaçı xx.xx.2023-cü il tarixdən hər ay başqa gəlirləri olan mülkiyyətdəki ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsinin-obyetktin icarə haqqının, yəni 5.000 manatın, “Range Rover” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin alış qiyməti 360.000 manat pul vəsaitinin və ünvan 3 ünvanda yerləşən B tikilisində olan 32 kv.m. 2 nömrəli sahədəki 2 ədəd avtomobilyuma boksunun aylıq icarə haqqının, yəni 1.500 manatın, X1 adına xx.xx.2023cü il tarixdə aldığı Bakı şəhəri Nəsimi rayonu Nəsibbəy Yusifbəyli küçəsi 26 nömrəli evin 80 nömrəli mənzilinin qiyməti olan 580.000 manatın 1/3 hissəsi miqdarında aliment üzrə borcların müəyyən edilməsi, İddiaçı direktor vəzifəsində işlədiyi X3 aldığı əmək haqqının və baş həkim vəzifəsində işlədiyi 5 saylı Klinik Xəstəxanadan aldığı aylıq əmək haqqı ilə bağlı xx.xx.2023-cü il tarixdən etibarən hər ay başqa gəlirləri üzrə aliment borclarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5135/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair 2(004)-5135/2023 nömrəli mülki iş üzrə Cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahələrinin aylıq icrarə haqqı, aylıq əmək haqqı və başqa gəlirlər üzrə aliment borcu” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışdır.
4. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5135/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı izah edilmişdir ki, Ailə Məcəlləsinin 106.5-ci maddəsində nəzərdə tutulmuş qaydada icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.
5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, aliment borcunun silinməsi ilə bağlı tələb məhkəmədə iddia icraatı qaydasında (2 indeksi ilə) deyil, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası zamanı icra məmurunun hərəkətləri ilə bağlı məhkəmə nəzarəti qaydasında verilmiş şikayət əsasında (8 indeksi ilə) baxılmalıdır. Tərəflər aliment üzrə borcun müəyyən edilməsi ilə bağlı icra sənədini icra edən icra məmuruna müraciət etməlidirlər. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5135/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5135/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı iddiaçının hüquq və mənafelərini pozmuş və maddi-prossesual hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu səbəbdən sözügedən qərardaddan apellyasiya şikayəti vermək zərurəti yaranmışdır. Lakin, hazırkı mübahisədə iddiaçının hüquqları kobud surətdə pozulur. Onun barəsində əsassız hesablanmış aliment borcunun silinməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin bir hakimi məhkəmə qətnaməsinin icrası barədə ərizəsini mülki məhkəmə icraatında baxılmalı olması əsasında geri qaytarır, mülki qaydada müraciət olunduğu zaman digər hakim məhkəmə qətnaməsinin icrası şəklində müraciət olunmalı əsasında işi geri qaytarır. Məhkəmə sübutları kifayət qədər hərtərəfli araşdırmamış, iddiaçının hüquqlarını pozmaqla qanunsuz qərardad çıxarmışdır. İddiaçı Bakı Şəhər Yasamal rayon Məhkəməsinə Bakı Şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-209/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası barədə ərizə ilə müraciət edərək barəsində əsassız olaraq hesablanmış 13394,78 manat məbləğində aliment borcunun silinməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsində həmin iş üzrə 8(004)-508/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad qəbul edilmişdir. Qərardadda qeyd olunmuşdur ki, “ərizəçi İddiaçı məhkəməyə müraciət edərkən aliment borcunun silinməsi tələbi ilə ərizə formasında deyil, iddia ərizəsi formasında müraciət etməli idi.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5135/2023 tarixli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5135/2023 nömrəli qərardadından verdiyi şikayətin rədd edilməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
13. Belə ki, iddiaçı aliment borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
14. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilmiş və ona istinad edilmişdir ki, aliment borcunun silinməsi ilə bağlı tələb məhkəmədə iddia icraatı qaydasında (2 indeksi ilə) deyil, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası zamanı icra məmurunun hərəkətləri ilə bağlı məhkəmə nəzarəti qaydasında verilmiş şikayət əsasında (8 indeksi ilə) baxılmalıdır. Tərəflər aliment üzrə borcun müəyyən edilməsi ilə bağlı icra sənədini icra edən icra məmuruna müraciət etməlidirlər.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edərək qeyd edir ki, müəyyən edilir ki, iddiaçı borcunun silinməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 8(004)-508/2023 saylı, 31 avqust 2023-cü il tarixli qərardadına əsasən işin icraatına xitam verilməsi qərara alınmışdır. Əsas kimi qeyd edilmişdir ki, onun tələbinə iddia icraatı qaydasında baxılmalıdır.
16. Bundan əlavə, iddiaçı iddia tələbinin əsası olaraq bildirir ki, 03 oktyabr 2022-ci il tarixdən hər ay maddi yardım kimi obyektin icarəsindən aldığı puldan 3000 manat ödəniş etmişdir. Cavabdeh isə aldığı pulu etiraf edir. Lakin bildirir ki, bu məbləğ maddi yardım kimi obyektin icarəsindən ödənilirdi, o zaman nikah pozulmamışdır. Həmin pulun alimentə aidiyyəti yoxdur, ödənilən pul ailə biznesinin gəliri olmuşdur.
17. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi ödənişlərin aliment borcundan silinməli olub-olmamasını müəyyən etmək məhkəmə araşdırması tələb etdiyindən mübahisələndirilən qərardad ləğv edilməklə, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5135/2023 tarixli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev