Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7225/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2657/2021 saylı mülki iş üzrə qəbul etdiyi 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1350 manat əmək haqqının tutulması və Cavabdeh MMC-nin səlahiyyətli şəxləri tərəfindən yol verilmiş qanun pozuntularına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2657/2021 saylı mülki iş üzrə qəbul etdiyi 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-nin üzərinə 2020-ci ilin mart və aprel ayları üzrə İddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş və ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsinin qoyulması, iddianın qalan hissədə təmin olunmaması, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayətinə baxılması 20 iyun 2021-ci il tarixli qərardadla mümkün hesab edilərək, məhkəmə iclası 13 sentyabr 2021-ci il tarixə, saat 12:20-ə təyin edilmişdir. İddiaçı Ə.İddiaçı 04 avqust 2021-ci il tarixdə dəftərxana vasitəsilə iddiadan imtina barədə ərizə verərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ə.İddiaçı iddiadan imtina barədə ərizəni müdafiə edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtina etməsi qanuna zidd olmamaqla, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də E.E. Əlibəyovun iddiadan imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1, 52.5 191.1-ci maddələrinin tələblərinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Həmçinin Mülki Prosessual Məcəllənin 261.0.4 və 191.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edildiyinə görə mülki iş üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 391-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 122.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 391, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair mülki iş üzrə İddiaçı öz iddiasından imtinası qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2657/2021 saylı mülki iş üzrə qəbul etdiyi 06 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7225/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7225/2021
13.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver