Məhkəmə qərarları › İş №2(103)-7229/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7229/2023

30.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7229/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: iddia icraatı qaydasında baxılmalı olmayan tələb, icraata xitam verilməsi, mübahisənin məhkəməyə aidiyyati) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “alimentin 50 faizinin uşaqların adına açılacaq bank hesabına köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı ilə X7 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına “Məhərrəmova” soyadı verilmiş, nikahlarından xx.xx.2019-cu il tarixdə Güntən, xx.xx.2021-ci il tarixdə Mənsurə adını verdikləri uşaqları dünyaya gəlmişdir.

2. Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların yanında qalmaları və onların saxlanılmaları üçün aliment tutulması” tələbləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, onların arasında bağlanmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 Cavabdeh yanında qalmaları, yetkinlik yaşına çatanadək uşaqların saxlanılması üçün İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulub Cavabdeh ödənilməsi, xx.xx.2021-ci il təvəllüdlü X6 üç yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində alimentin, hüquqi yardıma görə 150 manatın, dövlət rüsumuna görə 50 manatın İddiaçı tutulub Cavabdeh ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

3. Həmin işə baxılarkən müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan X11 Nazirliyinin əməkdaşıdır, 2021-ci ilin aprel ayından 2022-ci ilin iyun ayınadək əmək haqqı 52 706,28 manat təşkil etmişdir.

4. Həmin işə baxılarkən İddiaçı nümayəndəsi bildirmişdir ki, təmsil etdiyi şəxsin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi təxminən 1200 manat təşkil edir və təmsil etdiyi şəxs bu məbləğin tam şəkildə iddiaçıya ödənilməsinə razı olmamaqla bu vəsaitin ½ hissəsinin bankda uşaqlar üçün açılacaq hesaba köçürülməsini, ½ hissəsinin isə iddiaçıya verilməsini xahiş edir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları

6. İddiaçı (iddiaçı) nümayəndəsi (vəkili) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin 50 faizinin xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 adlarına açılacaq bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı uşaqlar yetkinlik yaşına çatanadək anaları Cavabdeh ödənilməli olan aliment məbləği ilə razı deyil. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmənin müəyyən etdiyi aliment İddiaçı qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında təxminən 1200 manat məbləğindədir. Bu məbləğ isə yaşayış minumumundan 5 dəfə artıqdır İddiaçı hesab edir ki. uşaqların gələcəkdə maddi təminatlarının yaxşılaşdırılması üçün ödəniləcək vəsaitin 1/2 hissəsi banka, yəni uşaqlar üçün acılacaq hesaba, 1/2 hissəsi isə uşaqların saxlanılması üçün Cavabdeh ödənilməlidir. Cavabdehin özünün də işlədiyini və uşaqları ailə qanunvericiliyinin tələbləri baxımından onun özünün də təmin etməli olduğunu nəzərə alaraq hesab edir ki, tərəfindən ödənilən aliment məbləği yalnız uşaqların saxlanmasına, tərbiyə və təhsilinə deyil, həm də cavabdehin öz xərclərinə sərf edilir. Halbuki, Ailə Məcəlləsinin 55.2-ci maddəsinin tələbinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Bu səbəblə, cavabdehə ödənilən aliment məbləğinin 50 faizi uşaqların adına açılmış bank hesabına köçürülməlidir. Bu, uşaqların mənafeyi baxımından da əlverişlidir. Belə ki, cavabdeh vəziyyətdən sui-istifadə edə bilməyəcək və uşaqlar yetkinlik yaşına çatdıqdan sonra özləri sərbəst şəkildə həmin məbləğlərdən istifadə edə biləcəklər.

8. Cavabdehin nümayəndəsi (vəkili) iddia ərizəsinə qarşı etiraz ünvanlamış, etirazda aşağıdakıları göstərmişdir: “İddiaçı ilə cavabdeh 07 dekabr 2018-ci ildə ailə həyatı qurmuşlar.Bu ailə həyatları ilə bağlı nikaları Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 dekabr 2018-ci il tarixli 267980№-li Nikah haqqında Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan iki övladları 01 oktyabr 2019-cu il təvəllüdlü X8 və 18 oktyabr 2021-cı il təvəllüdlü X6 doğulmuşdur. İddiaçı ilə bir yerdə yaşamağı baş tutmamışdır və aralarında olan nikah əlaqələri faktiki olaraq 09 aprel 2022ci il tarixdən kəsilmişdir. Mediasiya təşkilatında olan zamanda aralarında həmin nigahın davam etməsi mümkün olmadığı qeydə alınmaqla barışıqları mümkün olmamışdır.ışdır. Ona görədə onlar arasında bağlanmış Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 07 dekabr 2018-ci il tarixli 267980№-li Nikah haqqında Şəhadətnamə ilə rəsmiləşdirilmiş nigahın ləğv olunması, iki azyaşlı uşaqlarının 01 oktyabr 2019-cu il təvəllüdlü X8 və 18 oktyabr 2021-cı il təvəllüdlü X1 ötrü iddiaçıya (analarına) verilməsi və uşaqların saxlanmasından ötrü İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi Təminat İdarəsində işlədiyinə görə qanunvericiliyin tələblərinə müvafiq olaraq 2 uşağın saxlanmasından ötrü onun əmək haqqının 1/3 miqdarında alimentin, 18 oktyabr 2021-cı il təvəllüdlü X3 3 yaşına çatmasına qədər(18 oktyabr 2024-cu ilə qədər) olan müddətə əlavə xərclərinə görə hər ay üçün 100 manat olmaqla pulun ,mediasiya və məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumu, 150 manat vəkil xidməti pulunun tutulamasına dair qətnamə çıxarılmasına dair Binəqədi rayon məhkəməsinə iddia ilə müraciət edilmişdir. Məhkəməyə iddia tələbi ilə müraciətdən sonra cavabdeh,onun ailə üzləri,anası və bacısı onun yaşadığı evə hücum çəkib onu döyərək xəsarətlər yetirməklə ona zor tətbiq edərək evdən qovmağa çalışsalarda polisin müdaxiləsindən sonra bunun qarşısını alınmış və həmin faktla bağlı Nəsimi rayon polis idarəsində araşdırma aparılır. 2 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Maliiyə Plan idarəsindən alınmış sorğuya görə İddiaçı 2021-ci ilin iyun ayından 2022-ci ilin iyun aida daxil olmaqla illik əmək haqqı 43.693.38 manat tə təşkil etmişdir,Həmin hesabla aylıq əmək haqqı 3.641.115 manat təşkil edir. Həmin əmək haqqının haqqının 1/3 hissəsi 1213.705 manat təşkil edir. Ona görə də onlar arasında bağlanmış Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 07 dekabr 2018-ci il tarixli 267980№-li Nikah haqqında Şəhadətnamə ilə rəsmiləşdirilmiş nigahımızın ləğv olunması, iki azyaşlı uşaqlarınımın 01 oktyabr 2019-cu il təvəllüdlü X8 və 18 oktyabr 2021-cı il təvəllüdlü X1 ötrü mənə verilməsi və uşaqların saxlanmasından ötrü , İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi Təminat İdarəsində işlədiyinə görə qanunvericiliyin tələblərinə müvafiq olaraq 2 uşağın saxlanmasından ötrü onun əmək haqqının 1/3 miqdarında yəni 1213.705 (min iki yüz on üç manat yetmiş qəpik) manat məbləğində alimentin , 01 oktyabr 2019-cu il təvəllüdlü X4 01 oktyabr 2022-ci il tarixədək (yəni 3 yaşı tamam olmasına qədər) və 18 oktyabr 2021-cı il təvəllüdlü X3 3 yaşına çatmasına qədər(18 oktyabr 2024-cu ilə qədər) olan müddətə əlavə xərclərinə görə hər ay üçün 100 manat olmaqla pulun ,mediasiya və məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumu , 150 manat vəkil xidməti pulunun tutulamasına dair iddia tələbi irəli sürülmüşdür. Binəqədi rayon məhkəmsəcinin ( hakim Əliyev İlkin Əli oğlunu sədrliyi ilə) xx.xx.2023-cu il tarixli 2(001)-232/2023№-li qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nəsini rayonu Qeydiyyat şöbəsində bağlanan və nikahın bağlanması haqqında akt qeydləri kitabında 201№- ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nigahdan doğulan yetkinlik yaşına çatmayan xx.xx.2019cu il təvəllüdlü X5m və xx.xx.2021-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları müəyyən edilsin. xx.xx.2019-cu il təvəllüdlü X14 qəzənən və xx.xx.2021-ci il təvəllüdlü X10 qəzənən yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 (üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh ödənilsin. Yektinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X6 üç yaşına çatanadək hər ay 100 (yüz ) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilsin. Aliment məbləğləri Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli qərardadı nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən hesablansın. Nümayəndə göstərdiyi hüquqi yardıma görə cavabdeh İddiaçı 150 (yüz əlli) manat ,ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli ) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmışdır. Qətnəmənin çıxarılmasından göstərilən bir ay müddətin keçməsinə baxmayaraq indiyə qədər icra olunmamışdır. Qətnamənın çıxarılmasından göstərilən müddətin keçməsinə baxmayaraq indiyə qədər ödənilməli olan 13 337,5 (on üç min üç yüz otuz yeddi manat 50 qəpik olmuşdur) manatdan təkcə 2023-cu ilin aprel ayında cəmisi 3 4186( dörd min yüz səksən alti ) manatı ödənilmiş qalan 9151,5 (doqquz min yüz əlli bir manat 50 qəpiyi isə) indiyə qədər ödənilməmişdir. Bunu əksi olaraq qətnamədən şikayət müddəti keçdikdən sonra İddiaçı nümayəndəsi vəkil Səfərzadə X9 50%-nin uşaqların adına açılacaq bank hesabına köçürülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin tələbdə ödəniləcək alimentin cavabdehin əmək haqqına 1/3 hissəsinə yönəldilməsini yaşayış minumu ilə müqayisələndirməklə bunun 50%-nin banka, yəni uşaqlar üçün açılacaq hesaba, qalan ½ hissəsini isə Cavabdeh ödənilməsini göstərmişdir. İddia tələbində həmçinin Cavabdeh işlədiyinidə bir tərəfdən göstərməsinə münasibətdə bildirmək istəyirəm ki,ailə dağılmaq ərəfəsində olmaqla faktiki olaraq birgə yaşamadıqları və nigahın pozulması ilə bağlı müraciətdən sonra işləmək məcburiyyətində qalmış,bu da ailənin və uşaqların mənafeyinin qorunmasına xidmət etdiyinə görə həmin meyar qəbul olunmazdır. Uşaq haqqında qnunun 3-5ci maddələrinə istinad edilməsi kiminsə mənafeyinə deyil məhz uşaqların mənafeyinə xidmər etməlidir. Belə ki,həmini maddənin tələbinə görə “ Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının tə min edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər.” Həmin Qanunun 4-cu maddəsinə görə isə “Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. .Həmin Qanunun 5-ci maddəsində “Usaq mənafelərinin üstünlüyü” tənzimlərin .Həminmaddənintələblərinə görə “isə Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd e tibarsızdır.” AR Mülki Məcəlləsinin 21 iyul 1992-ci il tarixli,236 saylı Qərarı ilə AR-nın da qoşulduğu “Uşaq hüquqları haqqında Konvensiya”nın 3-cu maddəsinə əsasən “uşaqların sosial müdafiəsi olan dövlət və yaxud xüsusi təşkilatlar,məhkəmələr,inzibati yaxud qanunverici orqanlar tərəfindən edilməsindən aslı olmayaraq ,uşaqlara münasibətdə butün hərəkətlərdə ilk növbədə diqqət uşağın maraqlarının daha yaxşı təmin edilməsinə yönəldilməlidir” İstinad edilmiş Ailə Məcəlləsinin 55.3-cu maddəsinə “məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizidən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına aşılmış bank hesabıma köçürmək barədə qərar çıxara bilər ” mövqeyinə gəldikdə bu imperativ norma deyildir. Fakti olan məhkəmə qətnaməsinin icra olunmasına münasibətdə artıq 10 ay keçməsinə baxmayaraq idfiaçı 4 həmin alimentin miqdarına münasibətdə 13337,5 mantdan cəmisi 4186 manatını ödənməsi özündə şəxsin məhkəmə qətnaməsinə n icrasına münasibətdədə qanunvericiliyin tələblərini pozmuşdur. Qanunvericiliyin mövqeyindən aydın olur ki,bütün hallarda qanun uşaqların mənafeyinə,onların sağlam,şürlu,tərbiyəli,maddi cəhətdən isə heç bir çətinliklərdən əzab çəkməmələrinə və kimdənsə aslı vəziyyətə düşməmələrinə xidmət edir. Qanunvericiliyin bu mövqeyini uşaqların mənafeyinə zidd olan hər hansı mövqeydən müdafiə olunması isə qəbul edilməzdir Hüququ əsaslar AR Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə Ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 60.4-ci maddəsinə görə Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.Uşaqlarımın mənimlə qalması ilə bağlı aramızda razılıq əldə olunmamışdır. AR Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə görə . Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AR AM-nin 76.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; AR Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Yaşayış minimumu haqqında” Qanununa uyğun olaraq 2022-ci il üçün bir uşağın saxlanması xərci 193 manat təşkil edir. Mən isə ailmentin cavabdehin əmək haqqının 1/3-nə yönəlməsini istəyirəm. Alimentin ödənməsi ilə bağlı aramızda saziş əldə olunmamışdır. AR Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə “ Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə 5 əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.” Həmin Məcəllənin 81.2-ci maddəsinə görə “. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.” Həmin Məcəllənin 81.3-ci maddəsinə görə isə ” Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.” 18 oktyabr 2021-cı il təvəllüdlü X3 3 yaşına çatmasına qədər əlavə xərclərə ehtiyacı olduğuna görə hər ay üçün iddiaçıdan əlavə olaraq 100 manat pul vəsaitinin tutulmasıda zəruridir. Göründüyü kimi , qanunvericiliyin mövqeyindən aydın olur ki,bütün hallarda qanun uşaqların mənafeyinə,onların sağlam,şürlu,tərbiyəli,maddi cəhətdən isə heç bir çətinliklərdən əzab çəkməmələrinə və kimdənsə aslı vəziyyətə düşməmələrinə xidmət edir. Qanunvericiliyin bu mövqeyini uşaqların mənafeyinə zidd olan hər hansı mövqeydən müdafiə olunması isə qəbul edilməzdir. Ona görə də həmin tələblər əsassız olduğuna görə təmin olunmaması barədə qətnamə çıxarılmalıdır.

9. Birinci instansiya məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

10. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

10.1. Hüquq və azadlıqların məhkəmə müdafiəsi müvafiq məhkəmə aktının qəbul edilməsi ilə yanaşı onun icra edilməsi ilə təmin olunur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmuru tərəfindən icra sənədi əsasında icraata başlanılır. Məhkəmə aktları ilə icra məmuru icraata başlayır və icra hərəkətləri aparılmaqla şəxsin pozulmuş hüquqlarının müdafiəsi təmin edilir. Məhz bu səbəbdən də mülki prosessual qanunvericiliyə əsasən pozulmuş hüququn məhkəmədənkənar müdafiəsi mümkündürsə, belə bir qayda qanunvericilikdə nəzərdə tutulmuşdursa o zaman həmin qaydaya uyğun, məhkəmədənkənar həyata keçirilir. Hazırda baxılan mülki iş materiallarından aydın olur ki, qeyd edilən məsələ icra mərhələsində həll edilməlidir. 10.2. Qeyd edilən məsələni tənzimləyən maddi hüquq normasında aliment məbləğinin bir hissəsini uşağın adına açılmış bank hesabına köçürmək imkanı verilsə də, bu məsələyə hansı qaydada (iddia icraatı və ya icra icraatı) baxılması təsbit olunmamışdır. 10.3. Məhkəmə hesab edir ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi halda, onun bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi məhkəmə qətnaməsinin icra üsulu və qaydasıdır. Belə ki, bu məsələyə baxılarkən aliment tutulmur və onun məbləği müəyyən edilmir. Yalnız alimentin hansı qaydada ödəniləcəyi müəyyən olunur. MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 10.4. Odur ki, Ailə Məcəlləsinin 55.3-ci və MPM-in 231.1-ci maddələrinin qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyənin belə tələbinə məhkəmə qətnaməsinin icrası qaydasında baxılmalıdır.

11. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci və 262.4-cü maddələrinə istinad etmişdir.

12. Həmin qərardaddan iddiaçının nümayəndəsi şikayət verərək onun ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin Ailə Məcəlləsinin 55.3-cü maddəsini düzgün tətbiq etmədiyini, Mülki Prosessual Məcəllənin 261-ci maddəsinin tələbini pozduğunu irəli sürmüşdür.

Apellyasiya baxışı

13. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

14. Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

16. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

17. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

18. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

19. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.

20. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

21. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

22. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

23. Hazırkı şikayət üzrə birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

24. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmədə mülki iş istənilən tələblə bağlı deyil, hər hansı şəxs hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır (§ 16).

25. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Ailə Məcəlləsinin 55.3-cü və MPM-in 231.1-ci maddələrinin qarşılıqlı təhlili, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyənin alimentin müəyyən hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə tələbinə qətnamənin icrası qaydasında baxılmalı olduğu nəticəsinə gəlməyə əsas verir.

26. Belə ki, aliment ödəməli olan şəxsdən aliment tutulması barədə qətnamədə alimentin hansı məbləğdə və qaydada tutulacağı göstərildiyindən, icra mərhələsində ortaya çıxan hər hansı hal borcluya əsas vermir ki, o, eyni aliment məbləğinin tutulma qaydasının dəyişdirilməsi barədə təkrarən qətnamə çıxarılmasını tələb etsin.

27. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi isə, bir icra üsulunun digəri ilə əvəz edilməsi, yaxud qətnamənin ilkin icra üsulunun dəyişdirilməsi ilə transformasiya olunması deməkdir və heç bir halda qətnamənin özünün dəyişdirilməsi kimi başa düşülə bilməz.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2207/2023 saylı iş üzrə 04 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan İddiaçı (nümayəndəsi) tərəfindən, qərardad ona rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar