Məhkəmə qərarları › İş №2(103)-724/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-724/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-724/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, cavabdehin vəkili X2 iştirakı ilə, iddiaçı "İddiaçı" ASC-nin cavabdeh Əskərova Könül Süleyman qızına qarşı "müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi" tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1044/2017 saylı işi üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsindən cavabdeh Əskərova Könül Süleyman qızı tərəfindən verilmiş apellyasiya şikayətinəəsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrəxx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Əskərova Könül Süleyman qızı qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı "İddiaçı" ASC ərizə ünvanlayaraq, sözügedən kredit müqaviləsi üzrə borcun bağlandığını, hazırda işin məhkəmədə baxılmasının lüzum qalmadığını, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X4 ərizəni qəbul edərək, "İddiaçı" ASC tərəfindən cavabdeh Əskərova Könül Süleyman qızına ünvanlanan borcun ödənilməsi barədə məktubunu təqdim edərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı "İddiaçı" ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2057 saylı, xx.xx.2020-ci il tarixli ekspertiza rəyinə əsasən, aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir (İİ cild, iş səh.14). "İddiaçı" ASC tərəfindən cavabdeh Əskərova Könül Süleyman qızına ünvanlanan xx.xx.2020-ci il tarixli məktubda xx.xx.2015-ci il tarixli, 27/F-15 saylı kredit müqaviləsi üzrə qalıq borc xx.xx.2020-ci il tarixdə Bnakın güzəştli 1.30 məzənnəsi ilə ödənildiyi və kredit müqaviiləsinə xitam verildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1, 52.5, 191.1, 191.2, 261.0.4, 262-ci maddələrinə uyğun ərizələri nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün əsaslar olmadığından mülki işin icraatına xitam verilməli, Azərbaycan Respublikası MPM-in 119cu maddəsinə əsasən məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərclərinin onları ödəyən şəxslərə aid edilməli, borc üzrə razılığa gəlinməsi borcun ödənilməsi ilə bağlı olduğundan ekspertiza üzrə məhkəmə xərcləri isə cavabdehdən tutulmalıdır. Diqqətə çatdırılmalıdır ki, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətin qiymət verilməsinə zərurət qalmır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "İddiaçı" ASC-nin iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1044/2017 saylı işi üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Ekspertiza xərci olan 100 (bir yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına cavabdeh Əskərova Könül Süleyman qızından tutulsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar