Məhkəmə qərarları › İş №2(103)-7257/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7257/2022

26.10.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7257/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(005)-4689/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" MMC Borclu qarşı borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 2(005)-4689/2021 saylı, məhkəmə əmrinə əsasən 2949 manat və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulması əmr edilmişdir. Borclu xx.xx.2022-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 2(005)-4689/2021 saylı məhkəmə əmrinin ləğv edilməsini və işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(005)-4689/2021 saylı qərardadı ilə Borclu Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 2(005)-4689/2021 saylı məhkəmə əmrinə qarşı vermiş olduğu etirazı geri qaytarılmışdır. Borclu Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(005)- 4689/2022 saylı qərardadından verdiyi şikayət həmin məhkəmənin 10 may 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra Borclu şikayət ərizəsi verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 2(005)-4689/2021 saylı məhkəmə əmrinin ləğv edilərək, işi iddia icraatına keçirilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, Borclu tərəfindən verilmiş ərizənin başlığında şikayət qeyd olunsa da, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(005)-4689/2021 saylı qərardadı mübahisələndirilməmiş, əksinə məhkəmə əmrinin ləğv edilərək, işi iddia icraatına keçirilməsi haqqında qərardad qəbul edilməsi xahiş olunmuşdur. Həmçinin, borclu müddətin bərpası barədə ərizə verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 2(005)-4689/2021 saylı, məhkəmə əmrinə etiraz verilməsi üçün prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi qərardaddan şikayət verilmədiyi, qərardaddan şikayətin verilməsi müddətinin bərpası barədə ərizə olmadığı halda, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(005)-4689/2021 saylı qərardadından şikayətin verilməsi müddətini bərpa etməklə, həmin qərardaddan şikayətə baxaraq, 05 oktyabr 2022-ci il tarixli qərardadı ilə şikayəti təmin etməyərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(005)-4689/2021 saylı qərardadından verilmiş şikayətə baxılması üçün iş materiallarını Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, belə olan halda işə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Belə ki, borclu əmrə etiraz etməklə, etirazın verilməsi üçün prosessual müddətin bərpasını xahiş etmiş, birinci instansiya məhkəməsi buna münasibət bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci madəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Beləliklə, kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(005)-4689/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən diqqətdən yayınmışdır; mülki-prosessual qanunvericlik isə bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 384, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2(103)- 7257/2922 saylı qərardadı ləğv edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(005)-4689/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş materialları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 2(005)-4689/2021 saylı, məhkəmə əmrindən verilmiş etiraz (etirazın başlığında şikayət kimi qeyd olunub) və etirazın verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəyə münasibət bildirilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar