Məhkəmə qərarları › İş №2(103)-7267/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7267/2021

15.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7267/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsilə Anar Vəzir oğlu Tanrıverdiyev və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə İsmyılova Günel Rza qızının katibliyi ilə, Tələbkar "xxxx" QSC-nin nümayəndəsi X4 oğlunun iştiraakı ilə Tələbkar "xxxx" QSC-nin Borclu qarşı qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadından iş üzrə tələbkar "xxxx" QSC tərəfindən verilmiş şikayətə Bakı şəhərində, Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Cəmil Tağıyev ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 7564/2017 nömrəli, 12.10.2017-ci il tarixli icra sənədinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında olan müvafiq icra işi üzrə Nərimanov rayon Məhkəməsinin 2(005)-7564/2017 saylı, 12.10.2017-ci il tarixli icra sərədinə əsasən Borclu cəmi 522,26 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar “X2” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına 31.10.2017-ci il tarixdə daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrası ilə bağlı “X5 Azərbaycan” QSC-nin 12.02.2021-ci il tarixli məktubuna əsasən “X5 Azərbaycan” QSC ilə “X3" MMC 03.12.2014-cü il tarixdə Hüququ Xidmət haqqında müqavilə imzalanmış və müqavilənin şərtlərinə görə "X3” MMC məhkəmə və icra qurumlarında "X5 Azərbaycan” QSC-ni təmsil edərək bankın nümayəndəsi kimi çıxış etmək hüququ əldə etmişdir. "X5 Azərbaycan” QSC ilə Borclu arasında 09.12.2016-cı il tarixdə kredit müqaviləsi imzalanmışdır. Borclu bank qarşısında gölürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilmədiyindən banka ödənilməmiş borcu yaranmışdır. "X3" MMC ilə bağlanmış xidmət müqaviləsinin şərtlərinə əsasən Borclu iş qovluğu şirkətə təhvil-təslim aktı əsasında təhvil verilmişdir və elektron məhkəmə sistemi vasitəsi ilə Borclu barəsində Nərimanov rayon məhkəməsinə müraciət edərkən yalnış olaraq tələbkar kimi "X5 Azərbaycan” QSC-nin adından deyil, tələbkar olaraq “X3” MMC-nin adından əmr icraalı qaydasında müraciət ederek məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Nərimanov rayon məhkəməsinin 2(005)-7564/2017 saylı, 12.10.2017-ci il tarixli icra sənədi üzrə Borclu əmək haqqısından tələb olunan pul vəsaiti tam tutularaq şöbənin depozit hesabına köçürülmüşdür. İcra sənədi üzrə əldə etdiyimiz məlumata əsasən tələbkar "X3" MMC hal-hazırda fəaliyyətini dayandırmışdır və heç bir bank hesabı aktiv deyildir, icra sənədi üzrə tələbkar "X3" MMC olduğundan şöbənin depozit hesabına tutulmuş vəsaitin “X5 Azərbaycan” QSC-yə köçürülməsində çətinlik yaranmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(005)- 7564/2017 nöməli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Cəmil Tağıyevin məhkəmənin 2(005)- 7564/2017 nömrəli, 12.10.2017-ci il tarixli icra sənədinin izah edilməsi barədə ərizəsi təmin edilməməsi qərara alınmışdır. "xxxx" QSC-nin nümayəndəsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 7564/2017 saylı, 30.03.2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunması və icra şöbəsinin ərizəsinə əsasən e2(005)-7564/2017 saylı, 12.10.2017-ci il tarixli icra sənədinə izah verilərək, pul vəsaitinin "xxxx" Azərbaycan QSC-nin xeyrinə tutulması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə borclu və Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru kollegiyanın iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib,Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən tələbkarın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nərimanov rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən “Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.” Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə aydın və dəqiq olmadıqda və həmçinin ziddiyyətli olduqda onun icrası çətin və ya qeyri-mümkün olur. Bu halda məhkəmə qətnaməsində olan belə çatışmazlıqlar qətnamənin izah edilməsi yolu ilə aradan qaldırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 7564/2017 nömrəli, 12.10.2017-ci il tarixli icra sənədinin surətindən görünür ki, Borclu 522.26 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq “X1” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Borclu 522.26 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq “X1” MMC-nin xeyrinə ödənilməsi bir mənalı göstərildiyindən və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7564/2017 nömrəli, 12.10.2017-ci il tarixli məhkəmə əmrinin nəticəvi hissəsi aydın və dəqiq olduğundan Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Cəmil Tağıyevin məhkəmənin 2(005)-7564/2017 nömrəli, 12.10.2017-ci il tarixli icra sənədinin izah edilməsi barədə ərizəsini təmin etmməklə haqlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Tələbkar "xxxx" QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə 30 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar