Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7277/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: uşağın saxlanılması üçün aliment tutulması, işə tərəfin iştirakı olmadan baxılması, prosessual pozuntu) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları Bakı şəhəri Səadət sarayında rəsmiləşdirilmiş, nikahlarından xx.xx.2005-ci il tarixdə Fəxrəddin, xx.xx.2009-cu il tarixdə Zahid adını verdikləri uşaqları anadan olmuşdur.
2. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların onun himayəsində saxlanılmaları” tələbi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin olunmuş, onların arasında bağlanmış nikahın pozulması, xx.xx.2005ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X7 İddiaçı yanında saxlanılmaları qət edilmişdir.
3. Həmin qətnamədən Cavabdeh nümayəndəsinin (vəkilinin) verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin olunmamışdır.
4. Onlar 2022-ci ilin mart ayından faktiki olaraq ayrı yaşayırlar və birgə təsərrüfat aparmırlar, artıq yetkinlik yaşına çatmış xx.xx.2005-ci il təvəllüdlü Fəxrəddin və xx.xx.2009-cu il təvəllüdlü azyaşlı Zahid atalarının himayəsindədirlər.
5. İddiaçı və Cavabdeh hər ikisi məcburi köçkündürlər.
6. Cavabdeh Qarabağ Regional Təhsil İdarəsində tərbiyəçi işləyir, elektron baza məlumatlarına görə aylıq əmək haqqı məbləği 1022 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2009cu il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat olmaqla cəmi 440 manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2004-cü il tarixdə rəsmi nikah bağlayaraq evlənmiş, nikahlarından xx.xx.2005-ci il tarixdə Fəxrəddin, xx.xx.2009-cu il tarixdə Zahid adını verdikləri uşaqları dünyaya gəlmişdir. Uşaqları hazırda onun himayəsində yaşayırlar. Cavabdehlə əvvəllər mehriban ailə münasibətləri olsa da, sonradan münasibətlər pisləşməyə başlamış, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehdən uşaqlarının saxlanması üçün aliment tələb edir, lakin cavabdeh aliment ödəməkdən yayınır.
9. Birinci instansiya məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay bir uşağa 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
10. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və 34-cü, Ailə Məcəlləsinin 17.2-ci, 75.1-ci, 75.2-ci, 78.1-ci, 86-cı, 99-cu, 78.2-ci, 100.2-ci, “Uşaq hüquqları haqqında” Qanunun 18-ci, 19-cu maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 oktyabr 2012-ci il tarixli qərarına istinad edən məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, uşaqların əsaslı mənafeyi nəzərə alınaraq onların saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşağa 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində aliment cavabdehdən tutulmalıdır.
11. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, işə cavabdehin iştirakı olmadan baxıldığı, işə baxılarkən tərəflərin nikahlarının pozulması və uşaqların iddiaçının himayəsində saxlanılması ilə bağlı qətnamənin qanuni qüvvəyə minmədiyinin nəzərə alınmadığı, cavabdehin rəsmi iş yerinin və rəsmi gəlirinin olması faktının araşdırılmadığı, bu səbəblə ondan sabit pul məbləğində aliment tutulmasının qanuna uyğun olmadığı arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
13. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə yanaşı, 537 manat əmək haqqı aldığını və həmin məbləğ əsas götürülməklə uşaqları üçün aliment ödəməyə etiraz etmədiyini bildirmişdir.
14. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) də apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu vurğulamaqla qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
15. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.
16. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
“Uşaq hüquqları haqqında” Qanun
20. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanun
21. Maddə 1. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
28. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Maddə 387.2.2. İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya baxışının həddi
34. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
36. Kollegiya ilk növbədə qeyd edir ki, apellyasiya şikayətinin dəlillərindən biri cavabdehin məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir.
37. Tərəflərin nikahlarının pozulmasına dair iş üzrə çıxarılmış qətnamə ilə onların 2022-ci ilin mart ayından etibarən faktiki ayrı yaşadıqları müəyyən olunsa da, birinci instansiya məhkəməsi cavabdehə iddiaçının yaşadığı ünvan üzrə bildirişlər ünvanlamış, SMS-bildiriş isə iddiaçının adına qeydiyyata alınmış telefon nömrəsinə göndərilmişdir. Başqa sözlə, iş materiallarında cavabdehin məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur; məhkəmə isə onun iştirakı olmadan işə baxılmasını Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsi cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur (§ 33).
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”.
39. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır (§ 30).
40. İşin müəyyən olunan halı ondan ibarətdir ki, tərəflərin ailə münasibətləri 2022ci ilin mart ayından pozulmuşdur və onlar həmin dövrdən birgə təsərrüfat aparmırlar, uşaqlar isə atalarının himayəsində qalmışlar.
41. Bu baxımdan kollegiyanın qənaətinə görə, iddiaçı uşaqların saxlanılmaları üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur və nikahın pozulması (uşaqların yaşayış yerinin müəyyən edilməsi) barədə məhkəmə qətnaməsinin qanuni qüvvəsini almaması bu tələbin təmin olunmasını istisna etmir.
42. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur (§ 18, 20, 21).
43. Cavabdehin aylıq əmək haqqının 1022 manat təşkil etməsini və iddiaçının sabit pul məbləğində aliment ödənilməsini istədiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən sabit pul məbləğində hər ay hər uşaq üçün 200 manat məbləğində aliment tutulması ağlabatan hesab olunmalıdır.
44. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər”.
45. Bu zaman həm də nəzərə alınmalıdır ki, xx.xx.2005-ci il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə yetkinlik yaşına çatdığından, onun saxlanılması üçün aliment məhz həmin tarixə qədər tutulacaqdır.
46. Cavabdehdən tutulmasına qərar verilmiş aliment məbləğinin illik məcmusu 5000 manatdan artıq olmadığından, qanunvericiliyin tələbinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2636/2023 saylı iş üzrə 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay hər uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. xx.xx.2005-ci il təvəllüdlü X1 üçün tutulmalı aliment məbləği xx.xx.2023-cü il tarixinədək hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə