Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7287/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-7287/2022 (Açar sözlər: alimentin təyin edilməsi) Bakı şəhəri, 22 noyabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3216/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X1 ananın yanında qalması, xx.xx.2022-ci il təvəllüdlü X1 18 yaşınadək saxlanılması üçün hər ay 500 manat alimentin və uşağın saxlanılmasına görə ana üçün 300 manat alimentin, ərizənin mediasiyaya verildiyi tarixdən hesablanaraq Cavabdeh alınaraq İddiaçı verilməsi barədə və əlavə olaraq 1140 manat məbləğində doğum və 1500 manat məbləğində müayinə xərclərinin, ümumilikdə 2640 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh aralarındakı nikahı xx.xx.2021-ci ildə 1 saylı Bakı “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsində 1956 saylı akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. Ailə qurduqdan sonra ilk zamanlar mehriban yaşasalar da, sonradan ailə münaisbətləri pozulmuşdur. Belə ki, aralarında yaranmış yersiz sözsöhbətlər səbəbindən münasibətlərini davam etdirmək mümkün deyildir. Hazırda onlar faktiki ayrı yaşayırlar. Alimentin alınması, uşağın ananın yanında qalması, doğum xərclərinin ödənilməsi ilə bağlı mediasiya şurasına müraciət olunmuş və rədd barədə mediasiya arayışı alınmışdır. Hazırda onun (İddiaçı) uşağı 3 aylıqdır və körpədir. Uşağa aliment təyin edilməsindən əlavə uşağın və ananın saxlanması üçün xərcə ehtiyac vardır. Onun (İddiaçı) Cavabdeh ilə uzun müddətdir faktiki ayrı yaşadıqlarını, onun hamiləlik dövründə və hazırda işləyə bilmədiyini nəzərə alaraq doğum xərcləri və hamiləlik dövründə olan həkim, müayinə xərclərinin ödənilməsinə ehtiyac vardır və hamilə olduğu müddət ərzində 1500 manat həkim və müayinə xərcləri üçün 1140 manat isə doğum xərci üçün ödəmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3216/2022 saylı, xx.xx.2022-ci il qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, doğum və müayinə xərclərinin yarısı - 667 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (Hakim: Leyla Talıbova). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir.
5. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə əsassız olaraq Ailə Məcəlləsinin AM-nin 85.1.1-ci maddəsinin tələblərini pozub. Həmin maddəyə görə, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Məhkəmə bildirir ki, guya iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim etməyib. Bu səbəbdən 85.1.1-ci maddəni təmin etmir. Halbuki, iddiaçı cavabdehin gəliri barədə sənəd təqdim etməsə də, məhkəmə aliment tələbini təmin edib və hamiləlik və doğuş zamanı ödənilmiş xərcləri yarıya bölüb. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində qeyd edilməyib ki, cavabdehin gəlirləri barədə məhkəməyə məlumat verilməlidir. Maddənin tələbi ondan ibarətdir ki, ana 3 yaşına qədər uşağına baxdığı üçün özünün də saxlanmasına görə cavabdeh aliment ödəməlidir. Məhkəmə əgər iddia edirsə ki, iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim etməyib, onda nə üçün aliment müəyyən edir? Yaxud da hamiləlik və doğuş xərclərini yarıya bölür? Məhkəmənin yanaşması tamamilə əsassızdır. Üstəlik, cavabdeh heç bir məhkəmə prosesində iştirak etməyib. İştirak etsəydi, gəlirləri barədə məlumat verərdi. Çünki iddiaçı cavabdehin gəliri barədə məlumatlı deyil. Lakin evlilik vaxtı cavabdeh işləyirdi və qazancı da kifayət qədər yaxşı sayılırdı. Məhkəmə həmçinin hamiləlik və doğuş xərclərini göstərən bütün sənədləri məhkəməyə təqdim edib. Sənədlərə əsasən, 1140 manat məbləğində doğum və 1500 manat məbləğində müayinə xərclərinin, ümumilikdə 2640 manat pulun iddiaçının hamiləlik və doğum xərclərini təşkil etdiyi sübut edilib. Lakin məhkəmə sənədləri tam araşdırmayıb. İddiaçının təqdim etdiyi sənədlərlə hesablama nəticəsində iddiaçının hamiləlik və doğuş zamanı xərcləri tam 2640 manat edib. Hətta bu sənədlər (müayinə, doğuş sənədi, çeklər, dərman resptləri və çeklər) məhkəməyə təqdim edilib. Məhkəmə yanlış olaraq yalnız 1334 manat xərcləri yarıya bölüb. Həmçinin məhkəmə alimentin hesablanmasını iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan nəzərə alıb. Baxmayaraq ki, mediasiya təklifi 18 fevral 2022-ci ildə göndərilib. Mediasiya sessiyası isə 28 mart 2022-ci ildə yekunlaşıb. Məhkəmə alimentin tutulmasını mediasiya təklifinin göndərildiyi vaxtdan hesablamalıdır. Çünki qanunvericilik dəyişilib və alimentin hesablanması məhz mediasiya prosesi başladığı vaxtdan hesablanmalıdır. Mediasiya prosesləri bəzən aylarla davam edir. Bu o demək deyil ki, tərəf məhkəməyə müraciət etdiyi vaxtdan aliment ödənilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
7. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçı tərəfə lazımi qaydada məlumat verilməsinə bamayaraq o kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
10. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
11. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.
12. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
13. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
14. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
15. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
17. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
18. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
19. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər-arvadın birbirini saxlamaq vəzifəsi göstərilmişdir. Həmçinin ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.
21. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
22. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
23. Həmin Məcəllənin 100.3-ci maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
24. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2022-ci il tarixdən uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir.
25. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Apellyasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin olunmayan hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını nəzərə alaraq, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulmasını qərara almış və alimentin ərizə məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı olmasını qeyd etmişdir.
30. Kollegiya mülki iş materiallarına iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə birgə qiymət verərək, hesab edir ki, məhkəmə alimentin hesablanmalı olduğu tarixi Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbləri baxımından düzgün müəyyən etməmişdir.
31. Qeyd edilən maddəyə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
32. Kollegiya Ailə Məcəlləsinin qeyd edilən maddəsinin təhlili nəticəsində qeyd edir ki, iddiaçının mediasiya təşkilatına müraciət etməsini nəzərdə tutan qanunvericilik onun birbaşa məhkəməyə müraciət etmək hüququnu istisna edir. Belə olan halda, iddiaçının məhkəməyə müraciət etdiyi tarix mediasiya qurumuna müraciət etdiyi tarix sayılmalıdır. Çünki, normanın məzumunda ehtiva olunan hüquqi mövqeyə əsasən qeyd etmək olar ki, məhkəməyə müraciət edilməsi mülki mübahisənin başlanması hesab olunur. İddiaçının iddia ərizəsi verməsindən əvvəl mediasiya qurumuna müraciət etməsi zərurəti isə mülki mübahisənin həmin vaxtdan başlanmasına dair nəticəyə gəlməyə əsas verir.
33. Hazırki mülki iş materiallarından görünür ki, iddiaçı mediasiya təşkilatına 18 fevral 2022-ci ildə müraciət etmişdir. Belə olduğu təqdirdə, alimentin ödənilməsi 18 fevral 2022-ci il tarixindən həyata keçirilməlidir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin aliment məbləğinin 193 manat məbləğində müəyyən edilməsinə dair gəldiyi qənaətlə razılaşır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2022-ci il tarixdən uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. İddiaçı iddia tələbində hər ay 500 manat məbləğində aliment tələb etsə də, cavabdehin əlavə gəlirlərinin olmasını sübuta yetirməmişdir. Belə olan halda, məhkəmə 500 manat məbləğində alimentin tutulması üçün əsas görmür.
35. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
37. Məhkmə kollegiyası iddia tələbinin anaya əlavə ödənişin ödənilməsi ilə bağlı hissəsinə apellyasiya şikayətinin dəlilləri ilə birgə qiymət verərək, hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.
38. Belə ki, Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
39. Hazırki işin hallarından görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulan X2 15 mart 2022-ci il təvəllüdlüdür. Kollegiya hesab edir ki, anaya (iddiaçıya) uşaq 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində pul cavabdehdən tutulub ödənilməsi həm uşağın mənafeyi, həm də tərəflərin maddi vəziyyəti baxımından məqsədəmüvafiqdir.
40. Məhkəmə kollegiyası iddia tələbinin və apellyasiya şikayətinin müayinə və müalicə xərcləri ilə bağlı hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, iş materiallarında olan “X3” MMC-nin mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 15 manat məbləğində ödəniş, “Güven Klinik” tərəfindən verilmiş qəbzdən müəyyən olunur ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 59 manat məbləğində ödəniş, “German Hospital” tərəfindən verilmiş qəbzdən müəyyən olunur ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 10 manat və xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə keysəriyyə əməliyyatı üçün 1140 manat, xx.xx.2022-ci il tarixdə 80 manat məbləğində ödənişlər olmuşdur.
41. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ümumilikdə müayinə xərcləri təqdim olunmuş sübutlara əsasən 1334 manat təşkil edir ki, həmin xərclərin ödənilməsinə hər iki valideyn cəlb olunmalı, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməli olduqlarından həmin xərcin yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
42. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, iş materiallarında olan aptek qəbzləri (i.v. 14-17) müalicə xərclərinə hesablana bilməz. Çünki, həmin qəbzlər (151.23 manat) aptekdən müəyyən məbləğdə mal alınmasını əks etdirsə də, məhz İddiaçı aid olmasını özündə əks etdirmir. Başqa sözlə, həmin qəbzlərin iddiaçıya aid olması və iddiaçının müalicəsi üçün ödənişləri ehtiva etməsi sübuta yetirilmir. Bu səbəbdən də həmin qəbzlər (151.23 manat) müayinə və müalicə xərcləri üçün hesablanan məbləğə aid edilə bilməz.
43. İddiaçı apellyasiya şikayətində həmin xərclərin düzgün hesablanmadığı və əslində 2640 manat olduğunu qeyd etmişdir.
44. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı müayinə və müalicə xərclərinin 2640 manat olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir.
45. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçının toplamda 1334 manat xərci çıxmışdır.
46. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - əlavə xərcin tutulması və aliment məbləğinin hesablandığı vaxtın müəyyən edilməsi hissəsində ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, alimentin ödənilməsi mediasiyaya müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, cavabdehdən uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
48. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
49. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
50. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
51. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3216/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə qismən, yəni əlavə xərcin tutulması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə qismən təmin edilsin, Cavabdeh, uşaq 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində əlavə xərclərə görə pul tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin hesablanması tarixinə dair hissədə dəyişdirilsin. Alimentin ödənilməsi mediasiyaya müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev