Məhkəmə qərarları › İş №2(103)-7289/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7289/2020

06.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7289/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X4 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixdə 30/k nömrəli əmrin ləğv olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (AZE ********) xx.xx.2020-ci il tarixdə SS559528198AZ nömrəli məktubla Xətai Rayon Məhkəməsinə, xx.xx.2014-cü il tarixdən işlədiyi “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru X1 qanunsuz və qərəzli olaraq, xx.xx.2020-ci il tarixdə ona verdiyi intizam tənbehinin üzərindən götürülməsi barəsində müraciət etmişdir. Həmin məsələ öz həllini tapmamış, əksinə, xx.xx.2020-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Vaqif İmran oglu İskəndərov qanunsuz olaraq, 9-cu dərəcəli “Təsərrüfat müdiri” vəzifəsinin ixtisar olunması adı altında onu işdən kənarlaşdırmışdır. Halbuki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin fəaliyyətinin yenidən təşkil olunması haqqında xx.xx.2020-ci il tarixdə 40/kş nömrəli əmrdə MMC-nin təsdiq olunmuş yeni idarəetmə strukturuna uyğun olaraq, ümumi ştat sayı saxlanılmaqla bəzi sahələrlə yanaşı “Təsərrüfat sahəsi” xidmətinin də yaradılması qeyd olunmuşdur. Lakin, qərəzli olaraq ona xx.xx.2020-ci il tarixdə onun ali təhsilli olmağını, 6 illik qüsursuz xidmət göstərərək peşəkarlıq səviyyəsinin yüksək olduğunu, sosial vəziyyətini (həyat yoldaşının işləməməsi və 2 azyaşlı övladının olması) nəzərə almayaraq 4-cü dərəcəli növbəli iş rejimində “Atıcı” vəzifəsi təklif edilmişdir. Təklif olunan həmin vəzifənin qərəzli olduğunun sübutunu “xxxxxxxxxx” ASC-nin ona ünvanladığı xx.xx.2020-ci il tarixli 02-05-S-15/319 nömrəli məktubun mövzusundan açıq-aşkar görmək olar. “xxxxxxxxxx” ASC-nin tabeliyində olan heç bir qurumunda “Təsərrüfat müdiri” vəzifəsi ixtisara düşməyib. Üstəlik, dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi dövründə Cənab Prezidentin “dövlət qurumlarına və sahibkarlara buradan çağırış edirəm ki, onlar işçiləri ixtisar etməsinlər. Əminəm ki, işçilərin ixtisar edilməməsi çağırışım əlbəttə, nəzərə alınacaq və alınmalıdır” müraciətinə heç bir əhəmiyyət verilməyib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə qarşı “onunla xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixdə 30/k nömrəli əmrin ləğv olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən hallarla əsaslandırılmış və əlavə olaraq bildirilmişdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan işəgötürən “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2014-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən Soltanov X2 şöbəsinin müdiri 5ci dərəcəli vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi xx.xx.2014-cü il tarixədək bağlanmışdır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2014cü il tarixdə “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də Təsərrüfat şöbəsinin müdiri 5-ci dərəcəli vəzifəsinə işə qəbul edilmişdir və xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) onun əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən işçi İddiaçı ünvanlandığı xx xxxx 2020-ci il tarixli bildiriş- təklifin surətindən görünür ki, Təsərrüfat müdiri vəzifəsində çalışan İddiaçı onun vəzifəsinin ləğv olunduğu bildirilmişdir və ona “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Abşeron regionu üzrə mühafizə xidmətində böyük atıcı vəzifəsi təklif olunmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də struktur dəyişikliyi barədə 16/k saylı xx.xx.2020-ci il tarixli əmrin icrası ilə əlaqədar İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Bakı şəhərində yerləşən inzibati binasında keçirilən komissiyanın iclasına dəvət olunmuş və ona böyük atıcı vəzifəsi təklif olunmuşdur. Həmin aktın məzmunundan görünür ki, Təsərrüfat müdiri İddiaçı iş təklifini qəbul etməmişdir, həmin vəzifədən imtina etmişdir, hər hansı bir sənədin imzalamayacağını bildirmiş və iş təklifi haqqında bildirişi imza etməmişdir. İş materiallarında olan “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən işçi İddiaçı ünvanlandığı xx xxxx 2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Natıq Soltanov ona yeni iş barədə təklifini qəbul etmədiyinə görə, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən, müəssisədəki əmək stajı 5 ildən yuxarı olduğu üçün ona 6 həftə xəbərdarlıq müddəti verilmişdir, həmin müddət ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla bir iş günü əmək funksiyasının icrasından azad olunması və verilmiş müddət bitdikdən sonra ona aylıq əmək haqqının 1,7 misli məbləğində müavinətin ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin inzibati binasında struktur dəyişikliyi ilə əlaqədar vəzifəsinin ixtisar olunduğu barədə yazılı xəbərdarlıq verilmişdir, o, xəbərdarlığı oxudu, mətin vəməzmunun ona aydın olduğunu bildirdi, lakin xəbərdarlığın surətinin götürməkdən və imza etməkdən imtina etmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri cənab C.B.Abuşova ünvanlandığı xx xxxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, Həmkarlar İttifaqı Komitəsindən təsərrüfat müdiri İddiaçı işdən azad olunmasına razılığın verilməsi barədə məsələsinə münasibət bildirməkləri xahiş olunmuşdur. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx xxxxx 2020-ci il tarixli iclasın 17 saylı protokolun surətindən görünür ki, komitə təsərrüfat müdiri vəzifəsində işləyən İddiaçı xəbərdarlıq müddəti başa çatdıqdan sonra işdən azad olunmasına öz razılığını bildirmişdir. İş materiallarında olan “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 30/k saylı xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, təsərrüfat müdiri vəzifəsində işləyən İddiaçı ilə əmək müqaviləsindəki əmlakı təhvil- təslim etməklə xx.xx.2020-ci iltarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) əmək müqaviləsinə xitam verilməsi və AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı 1,7 misli miqdarında işdənçıxma müavinətin ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 30/K saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ştatları ixtisar edildikdə) əsasən xitam verilməsi xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin bazasına daxil olunmuşdur. İş materiallarında olan “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin fəaliyyətinin yenidən təşkil olunması haqqında DƏ42 saylı xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də müasir standardlara cavab verən, səmərəli və operativ idarəetmə müxanizminin yaradılması məqsədilə idarəetmə strukturu təkmiləşdirilərək yenidən formalaşdırılması qərara alınmışdır. İş materiallarında olan “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də struktur dəyişikliyi barədə 16/k saylı xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, Təsərrüfat müdiri – 1 nəfər ştat vahidi ləğv olunmuşdur. Həmin əmrin 4-cü bəndinə əsasən, ləğv olunmuş qrup, bölmə və hissələrin rəisi əvəzinə müvafiq region üzrə böyük atıcı ştatı yaradılmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nizamnaməsinin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin təşkilat strukturunun və işçılərin normativ sayını təsdiq edilməsi Cəmiyyətin təsisçisi olan “xxxxxxxxxx” ASC-nin müstəsna səlahiyyətinə aiddir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 81 saylı ödəniş tapşırığından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı hesabına 1714,34 manat məbləğində əmək haqqı ödənilmişdir. İş materiallarında olan “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 79/kş saylı xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, təsərrüfat müdiri vəzifəsində işləyən İddiaçı intizam məsuliyyətinə cəlb olunmuş, AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı X6 və X7 adlarında uşaqları vardır. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. İşin müəyyən olunmuş hallarına əsasən İddiaçı xx xxxx 2014-cü il tarixdən “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləmişdir. “xxxxxxxxxx” ASC-nin xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də təşkilat strukturunda və işçilərin normativ sayında dəyişikliklər olunmuş, xx.xx.2020-ci il tarixdə təsərrüfat müdiri ştat vahidi ləğv olunmuş, həmin ştat vahidlərin əvəzinə müvafiq region üzrə böyük atıcı ştatı yaradılmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC xx xxxx 2020-ci il tarixdə iddiaçıya müraciət edərək, təsərrüfat müdiri vəzifəsinin ləğv olunduğu bildirilmişdir, ona “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Abşeron regionu üzrə mühafizə xidmətində böyük atıcı vəzifəsi təklif olunmuşdur. İddiaçı iş təklifini qəbul etməmişdir, həmin vəzifədən imtina etmişdir və iş təklifi haqqında bildirişi imza etməmişdir. Sonradan xx xxxx 2020-ci il tarixində Natıq Soltanova yeni iş barədə təklifini qəbul etmədiyinə görə 6 həftə xəbərdarlıq müddəti verilmişdir, həmin müddət ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla bir iş günü əmək funksiyasının icrasından azad olunması və verilmiş müddət bitdikdən sonra ona aylıq əmək haqqının 1,7 misli məbləğində müavinətin ödənilməsi barədə xəbərdar edilmişdir. Lakin o, xəbərdarlıqla tanış olsa da, xəbərdarlığın surətinin götürməkdən və imza etməkdən imtina etmişdir. X3 Komitəsinin razılığı ilə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) əmək müqaviləsinə xitam verilmişdir və iddiaçıya 1,7 misli miqdarında işdənçıxma müavinəti ödənilmişdir. Aşağıda şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının vəzifəsindən azad olunması zamanı qanunvericiliyin tələblərinə əməl edildiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən, Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin “təsərrüfat müdiri vəzifəsinin ləğv edilmədiyi və bunun heç bir yerdə qeyd olunmaması” dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarında olan “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli 26 K saylı əmrinin 2-ci bəndinin “q” yarımbəndindən görünür ki, təsərrüfat müdiri vəzifəsi ləğv edilmişdir və eyni zamanda həmin əmrin 4-cü bəndində isə ləğv olunmuş qrup, bölmə və hissələrin rəisi ştatı əvəzinə müvafiq region üzrə böyük atıcı ştatının yaradılmışdır. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin digər dəlili olan xx.xx.2020-ci il tarixdə ona yeni iş təklif olunmaması barədə dəlilini də əsassız hesab edir. Belə ki, apellyator özü də şikayət də etiraf etmişdir ki, qeyd olunan tarixdə ona vəzifəsinin ixtisara düşməsi və 6 həftə xəbərdarlıq müddətinin verilməsi, həmin müddət ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla 1 iş günü əmək funksiyasının icrasından azad olunması və verilmiş müddət bitdikdən sonra orta aylıq əmək haqqının 1,7 misli məbləğində muavinət ödənilməsi barədə xəbərdarlıq təqdim olunmuş və o imza etməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib olunmuş bildiriş-təklifin məzmunundan görünür ki, İddiaçı vəzifəsinin ləğv edilməyi ilə yanaşı həmçinin ona “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Abşeron regionu üzrə mühafizə xidmətində böyük atıcı vəzifəsi də təklif olunmuşdur. Bundan sonra İddiaçı bildiriş-təklifi imza etməməsi və iş təklifindən imtina etməsi müəssisə tərəfindən akt tərtib edilərək rəsmiləşdirilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, hazırki mübahisə üzrə işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndi ilə yəni, işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə xitam verildiyindən, iş materiallarından da göründüyü kimi, xx.xx.2020-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Həmkarlar ittifaqı Komitəsinin iclası keçirilmiş və nəticədə İddiaçı xəbərdarlıq müddəti başa çatdıqdan sonra işdən azad olunmasına razılıq verilmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar