Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7299/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Tanrıverdiyev (sədrlik edən və məruzəçi) Tofiq Səməd oğlu Səmədov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Cabbarlı Sahib Məmmədbağı qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin ləğv edilməsi, təhvil-təslim aktının ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə ünvan 2rdadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə X1 və X5 ilə bağlanmış müqavilələrin ləğv edilməsi, binanın istismara verilməsi barəsində təhvil-təslim aktının ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə iddianın təmini tədbiri barəsində ərizə əlavə edərək, mübahisənin məhkəmədə həllinə qədər Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 140,3 kv.m. olan mənzilə dair cavabdeh və digər şəxslər tərəfindən təmir, müdaxilə və ya digər hər hansı hərəkətləri edilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1561/2021 saylı, 21 may 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 140,3 kv.m. olan mənzilə dair təmir, müdaxilə və ya digər hər hansı hərəkətlərin edilməsi cavabdeh və ya digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. 27.03.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3cü şəxs X5 cavabdehlər İddiaçı və Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MTK ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzilin alqısatqı müqaviləsinin və ondan irəli gələn nəticələrin etibarsız hesab edilərək, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1ci blok, 12-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzilin boşaldılaraq, cavabdeh İddiaçı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə Səbail Rayon Məhkəməsinin 2(009)-1561/2021 saylı, 21 may 2021-ci il tarixli qərardadından məhkəməyə şikayət ərizəsi təqdim edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. ünvan 2rdadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə şikayəti təmin edilərək, iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-1561/2021 saylı, 21 may 2021-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı 17.06.2021-ci il tarixdə məhkəməyə şikayət ünvanlayaraq, ünvan 2rdadının ləğv edilməsini və onun ərizəsinə yenidən baxılmasını xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, o Mars-A MTK ilə bağladığı müqavilə üzrə öhdəlikərini yerinə yetirmiş, Mars-A MTK isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək binanın isifadəyə verilməsi ilə bağlı təhvil təslim aktını ona təhvil verməmişdir, iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Kollegiya iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili Nümayəndə şikayətin təmin edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəəri Səbail rayonu, A.Abbaszadə 17 ünvanda yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 140,3 kv.m. olan mənzilin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X5 tərəfindən mübahisələndirilən Bakı şəhəri, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı 128,2 kv.m. sahəsi olan mənzilin eyni mənzil olmasını, iddiaçılar X1 və X2 nümayəndəsi və vəkili Nümayəndə ərizəsi təmin edilərək, Bakı şəhəri, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 9-cu mərtəbəsində yerləşən 4 otaqlı 184,5 kv.m. sahəsi olan mənzilə və Bakı şəhəri, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı 128,2 kv.m. sahəsi olan mənzilə dair təmir, müdaxilə və ya digər hər hansı hərəkətlərin edilməsinin cavabdeh və ya digər şəxslərə qadağan edilməsi barədə Səbail Rayon Məhkəməsinin 2(009)- 752/2021 saylı, 12.04.2021-ci il tarixli qərardadını, həmin mənzilin X4 təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması və X3 həmin mənzilə köçürülməsi barədə Səbail Rayon Məhkəməsinin 2(009)-752/2021 saylı, 21.04.2021-ci il tarixli qətnaməsini əsas gətirərək iddia təmin tədbiri barədə Səbail Rayon Məhkəməsinin 2(009)-1561/2021 saylı, 21 may 2021-ci il tarixli qərardadını ləğv etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, bir mülki iş üzrə təmin edilmiş iddia təmin tədbiri, başqa bir mülki iş üzrə eyni predmet barəsində iddia təmin tədbiri barədə ərizənin rədd edilməsi üçün əsas deyildir. İddia təmin tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə qəbul edilir, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və müvəqqəti xarakter daşıyır. Kollegiya həmçinin qeyd edir ki, eyni predmet barəsində məhkəmə qətnaməsinin mövcudluğu həmin predmet barəsində digər şəxsin iddia tələbi irəli sürməsi hüququnu məhdudlaşdırmır. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Səbail Rayon Məhkəməshüqinin 2(009)-1561/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 140,3 kv.m. olan mənzilə dair təmir, müdaxilə və ya digər hər hansı hərəkətlərin edilməsi cavabdeh və ya digər şəxslərə qadağan edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilsin. İş üzrə ünvan 2rdadı ləğv edilsin. Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 140,3 kv.m. olan mənzilə dair təmir, müdaxilə və ya digər hər hansı hərəkətlərin edilməsi cavabdeh və ya digər şəxslərə qadağan edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7299/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7299/2021
16.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver